2021-ci il 13 dekabr tarixindən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edilir.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qərarın 2.5-8-ci bəndində nəzərdə tutulan xidmətlərdən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan, yaxud COVID-19-a qarşı peyvəndə əksgöstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilərlər.