İrlandiyada Dublinin Triniti kollecinə baş çəkən keçmiş ABŞ Prezidenti Co Bayden və onun həyat yoldaşı Cil Fələstin tərəfdarı olan etirazçıların hücumuna məruz qalıb. Etirazçılar cütlüyün üzərinə süd paketləri atıb.
Bu barədə noyabrın 10-da “The Telegraph” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, etirazçılar “Ar olsun!”, “Əlləriniz qana batıb!” və “Soyqırımçı Co” şüarları səsləndiriblər. Etirazçılardan biri isə “Biz soyqırımın iştirakçısı olmayacağıq. Co Baydenin bu kampusda olmasına icazə verilmir” deyə car çəkib.
Qeyd edək ki, Co Bayden 2021–2025-ci illərdə ABŞ-nin 46-cı prezidenti olub. O, 2021-ci il yanvarın 20-də vəzifəsinin icrasına başlayıb, 2025-ci il yanvarın 20-də prezidentlik səlahiyyətlərini Donald Trampa təhvil verib.