Uzun illərdir Lerik rayonunda Piran kəndin camaatı rayon mərkəzinə getməkdə əziyyət çəkirlər. Səbəb də SSRİ dağılanı ictimai nəqliyyatın ləğvidir. Kənd rayon mərkəzinə çoxda uzaq deyildir. 40 kilometr məsafədir, yolda ki, dövlət tərəfindən son vaxtlar çəkilib, dünya standartlarına uyğun olaraq olduqca rahatdır . Camaatı narahat edən marşrut avtobusun yoxa çıxması və budan istifadə edib nəzarətsiz fəaliyyət göstərə ara sürücülər tərəfində istənilən vaxt mərkəzə gedib-gəlmək qiymətini qaldırmaqdır.
Lənkəran-Lerik yolu Piran kəndinin içindən keçir. Ətraf yaşayış məntəqələrin camaatı da bir yerə çıxanda buraya düşməli olurlar. Lənkəran rayonundan Pirana marşrut avtobusu işləyir. Özü də camaat onun xidmətindən çox razıdır. Halbuki, piranlıların, eləcə də başqa kəndlərin əhalisinin müəyyən işlərin həllindən ötrü öz rayon mərkəzinə tez-tez yolları düşür. İctimai nəqliyyat yoxdur, onun işini özbaşına görən ara sürücülər sərnişinlərdən artıq pul alırlar. Elə bunun nəticəsidir ki, məhdud maddi imkanlı insanlar aylarla rayon mərkəzinə gedə bilmirlər.
Aydın Şükürov uzun illər kənd məktəbində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olub. Bir ağsaqqal ziyalı kimi el- obada böyük nüfuz və hörmət sahibidir. O, deyir:- Lerikin heç bir kəndinə marşrut avtobusları işləmir. Piran rayonun ən böyük yaşayış məntəqəsidir. Kənddən rayon mərkəzinə gündəlik işə gedən də vardır. Qaldı ki, rayonda sovet dağılanı ictimai nəqliyyat yoxdur, camaat mərkəzə, eləcə də ətraf yerlərə getməkdə çətinliklə qarşılaşır. Buna görə kəndlərə marşrut avtobusların bərpası indiki zaman üçün çox vacibdir.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü