Bazar günü günü, 20 sentyabr 2026
     

Ölüm sevinməsin qoy… - FOTO

Image


“Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Hər birimiz deyirdik, ürəyimizdə deyirdik və sözdə də deyirdik ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı geri almalıyıq. Əlbəttə, hər bir insanın həyatdan getməsi böyük faciədir - həm onun ailəsi üçün, yaxınları üçün, qohumları üçün, həm də cəmiyyət üçün. Ancaq bizim şəhidlərimiz haqq yolunda həlak olublar, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunur. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq”.
İlham Əliyev

Sentyabrın 27-də əks-həmlə ilə başlanan və Vətən müharibəsi kimi xarakterizə edilən İkinci Qarabağ müharibəsi cəmi 44 gün çəkdi və  bizim böyük zəfərimizlə başa çatdı. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi bu müharibədə özünü daha bariz şəkildə göstərdi. Öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcıları kimi onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. 44 gün davam edən Vətən müharibəsi həm də neçə-neçə həyat hekayəsi, qəhrəmanlıq salnaməsi ilə yadda qaldı. Azərbaycan Ordusunun mayoru, “Tənha canavar” ləqəbli 36 yaşlı şəhid kəşfiyyatçı Elçin Elşən oğlu Mansurovun həyat hekayəsi də bir örnək, qəhrəmanlıq nümunəsidir. Müharibənin elə ilk günü şəhadətə qovuşan Elçin göstərdiyi sücaətə görə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı və “Vətən uğrunda” medalı ilə təltif edilib. Elçin Mansurov 1984-cü il noyabrın 25-də Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki "Aviaşəhərcik" adlanan, aeroport işçilərinin yaşadığı şəhərcikdə anadan olub. Əslən Yardımlı rayonunun Kürəkçi kəndindən idi.

 

Elçin Mansurov ilk təhsilini Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbdə alıb.  2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Şəhid baş leytenant Fərid Əhmədov onun kursant yoldaşı olub. 2007-ci ildə ali hərbi məktəbi nümunəvi kursant olaraq bitirdikdən sonra təkmilləşdirmə kursu keçib. 2007-ci ilin iyul ayında Tovuzda yerləşən "N" saylı hərbi hissədə leytenant rütbəsi ilə xidmətə başlayıb. 2009-cu ildə Goranboyda yerləşən "N" saylı hərbi hissədə kəşfiyyatçı zabit olaraq xidmət edib. 13 illik hərbi qulluq müddətində Tovuz, Murovdağ və Füzulidə yerləşən "N" saylı hərbi hissələrdə çalışıb. Qorxmaz kəşfiyyatçı kimi ən çətin tapşırıqlara yollanıb, komandanlıq tərəfindən daim təqdir edilib. İctimai televiziyaya verdiyi müsahibədə çox danışmağı sevməyən mayor fikrini qısaca belə ifadə edib: “Kəşfiyyat ordunun görən gözüdür. Məqsədimiz hərbi qulluqçulardan peşəkar kəşfiyyatçılar yetişdirməkdir. Mən fəxr edirəm ki, kəşfiyyatçıyam”.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan bu əməliyyatlarda Elçin Mansurov böyük qəhrəmanlıq göstərdi. Gecə döyüşləri zamanı Cəbrayıl rayonu istiqamətində əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu. Həmin vaxt Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" adlandırdığı müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edildi. O döyüşlərdən 2 il sonra Elçin Mansurov II dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edildi.Elçin Mansurova 2020-ci ilin yay aylarında mayor rütbəsi verilib.

Elçin Mansurov 3 il idi ki, Füzuli rayonunda, təmas xəttində xidmət edir və işğal olunmuş əraziləri kəşfiyyat məqsədilə ziyarət edirdi. Döyüş yoldaşları danışırlar ki, Elçin tez-tez təkbaşına kəşfiyyata gedib əsir gətirdiyi üçün dostları arasında həm də “Tənha canavar” ləqəbi ilə tanınıb. Düşmən onun sağ ələ keçirilməsi üçün külli miqdarda mükafat təyin edib.

Elçin Mansurov leytenant Fərid Əhmədovla kursant yoldaşı olmaqdan başqa həm də  yaxın dost olub. Hər dəfə kəşfiyyata yollananda deyirmiş ki, Fəridin intiqamını almaq üçün ova çıxır. Elə ovu da həmişə, necə deyərlər, “qanlı” olurmuş. Yaxın qohumu Şəbnəm Əlizadə deyir ki, 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə Fərid Əhmədovun da  Mübariz İbrahimov kimi  şəhid olması Elçini dərindən sarsıdıb. Amma nə vaxtsa müharibə olacağına, Fəridin, Mübarizin qisasının alınacağına inamını itirməyib. Elçin son illərdə qaynar bölgədə-Füzulidə xidmət göstərib. Müharibənin başlaması ilə arzuladığı qisas planını həyata keçirə bilib, igidliyi ilə Mübariz, Fərid kimi adını tarixə yazdırıb.

Deyirlər, hər insan şəhid və qəhrəman ola bilmir. Şəhidlər cəsarətin, hünərin, qorxmazlığın, şərəfin, namusun, qeyrətin, fədakarlığın simvolları, millətin, dövlətin adıdır, iftixarıdır.

Vətənin qorunması, müdafiəsi uğrunda canından keçmək, özünü və gələcəyini bir an tərəddüd etmədən yurdun-torpağın üçün fəda eləmək, qəhrəmanlıq zirvəsinə ucalmaq isə hər birimiz üçün ən böyük şərəf və qürurdur.  Qarabağda son davamız da göstərdi ki,  bunlar hər bir azərbaycanlı gəncin can atdığı,  çatmaq istədyi ən müqəddəs, ən uca zirvələrdir.

Müharibənin ilk günü döyüşdən əvvəl hamı ilə söhbətləşib əsgərlərinə qələbə arzulayan, azad edilən ərazilərə də ilk bayrağı sancan məhz Elçin olub.  “Xidmət illəri ərzində 6 medalla təltif edilib. Onu sağ ələ keçirmək mümkün deyildi. Yəni sözün əsl mənasında canavar kimi oğul idi”,– deyə dostlarından biri yazıb.

Elçin son dəfə sentyabrın 26-da axşam saatlarında bacısı ilə danışıb, ona narahat olmamasını, hər şeyin yaxşı olacağını söyləyib.

2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulur, ölənlər və yaralananlar olur. Həmin gün saat 09:30 radələrində Elçin Mansurovun 25 nəfərlik  qrupu Füzuli istiqamətində təmas xəttini ilk yaranlardan olur. 45 dəqiqə ərzində Elçin Mansurovun qrupu tərəfindən iki dəfə hücum gerçəkləşir, Ermənistan Ordusunun iki taqımı darmadağın edilir və əvvəlcə, üç, sonra iki xüsusi əhəmiyyətli post və strateji yüksəklik ələ keçirilir. Elçin həmin yüksəkliklərdə yaralansa da 12 yaralını döyüş meydanından çıxara bilir.  Sonra qəhrəmanımız tabeliyində olan qrupdan ayrılıb düşmən bölmələrinin yerləşdiyi dərinliklərə təkbaşına həmlə edir, daha 22 düşmən əsgərini məhv edir. Təəssüf ki, geri qayıdarkən sentyabrın 27-də “Buğra dərəsi” adlanan yerdə arxadan snayper gülləsi ilə şəhid olur. Uzun müddət tapılmayan nəşi birinci atəşkəs günü, yəni 10 oktyabr 2020-ci ildə tapılır və ertəsi gün II Şəhidlər Xiyabanında,  general Polad Həşimovun məzarının yaxınlığında dəfn olunur. Elə gün olmur ki, gül-çiçəyə qərq olmuş məzarını dostları, tanışları ziyarət etməsinlər.

Mayor Elçin Mansurov “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə yanaşı "Vətən uğrunda", Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə də təltif edilib.

Kəşfiyyatçı mayorla bağlı xatirələr bitmir. Qardaşı Rövşən Mansurov: "Qardaşımın uşaqlıqdan hərbiyə marağı olub, uşaq vaxtı  həmişə avtomat, tank, tapança kimi oyuncaqlarla oynayardı. 8-ci sinifdən etibarən isə tam olaraq qarşısına hərbiçi olmağı məqsəd qoymuşdu. Nəhayət, 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur və oranı uğurla bitirdikdən sonra leytenant rütbəsində hərbçi kimi fəaliyyətə başlayır. İşinə çox bağlıydı, heç vaxt bayram, ad günlərini bizimlə qeyd eləmirdi. Məzuniyyətə gələndə belə bir həftədən artıq qalmazdı. “Mənim yerim dağ-təpədi, yumşaq, isti yerlərə öyrəşməmişəm”- deyərdi. Qardaşımla bağlı xatirələrim çoxdur, qardaş yox, atam rəhmətə getdikdən sonra əslində ata əvəzi olmuşdu bizə. Hər çətinlikdə qardaşımın varlığı o işin öhdəsindən gəlməyə kifayət edərdi. Hər kəs rahatlıqla dərdini bölüşərdi onunla, amma özü heç vaxt heç bir problemini, çətinliyini deməzdi, gizlədərdi. Əslində, hərbiçilərə bir o qədər də xas olmayan ürəyi yumşaqlıq, mehribançılıq var idi ətrafındakılara qarşı. Qardaşım şəhid olduqdan sonra onunla xidmət edən əsgərlər mənə zəng edib qardaşımın onlara əsgər yox, qardaş kimi rəftarından danışırdılar. Fiziki cəhətdən çox dözümlü, cəsur idi. Qorxu deyilən bir şey yox idi onda. Müharibə başlayanda da qardaşımı   tanıyan hər kəsdə sanki bir rahatlıq var idi ki, o cür insana heç bir şey olmaz. Müharibə vaxtı  əsgərlərinə bir şey olmasın deyə tabeliyində olan qrupdan ayrılıb düşmən postuna təkbaşına hücum edib. 20-dən artıq düşmən əsgərini məhv edib, qəhrəmancasına şəhid olub. Bu cür qardaşı itirmək nə qədər ağırda  olsa, torpaq yolunda, Vətən yolunda canını qurban verən oğulun qardaşı olmaq  bir o qədər qürurvericidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Şəbnəm Əlizadə: "Elçin Mansurov mənim dayım oğludur. Özüm onunla çox ünsiyyətdə ola bilməsəm də, Elçin dayı haqqında bir az məlumatım var idi. Şəhid olduqdan sonra onu daha da yaxşı tanımaq imkanım oldu. Məlumatları da əsgərləri sayəsində əldə etmişəm.

Elçin dayı zahirən nə qədər sərt görünsə də, əslində, bir o qədər də səmimi və zarafatcıl insan idi. İstər hərbi həyatında, istər məişət həyatında insanlara qarşı qayğıkeş, düzgün, mehriban davranmağı ilə hamının rəğbətini qazanmışdı. O, komandiri olduğu əsgərlərinə dost kimi diqqətli olub, bir valideyn nəvazişi göstərib. Bir əsgəri yazmışdı ki, Elçin Mansurov leytenant olanda bayramlarda digər komandirlər öz evinə getdiyi halda, o bizimlə qalır, zarafat edir, bizim darıxmamağımız üçün əlindən gələni edirdi.

Bir nəfər yazmışdı ki, mənim komandirim olub Mansurov Elçin. 2009-cu ildə kəşfiyyat taqım komandirim olub. O, bizə komandir yox, qardaş idi, qardaşdan da bəlkə üstun idi bizə. Heç inanmaq istəmirəm həyatda olmamasına. Allah yerini cənnət etsin, kaş bir yerdə şəhid olaydıq. Məni düşmən gülləsindən qurtarıb bu igid oğul, mənə güllə dəyməsin deyə məni qucaqlayıb sipər etmişdi özunü. Ona görə yanıram, ürəyimə dağ çəkilib sanki. O insan unudulmaz qəhrəman, eləcə də gözəl qardaş idi. Allah rəhmət etsin, yeri cənnət olsun".

Elçin Mansurov yaxınlarının, dostlarının təkidinə baxmayaraq heç vaxt ailə qurmayıb. Bəlkə… Bəlkə də bütün varlığını Vətənə fəda edən Elçin özündən sonra arxasınca ağlayan, göz yaşı tökənin olmasını istəməyib. Onun ömrü keşməkeşli olub. O, yaşadığı şərəfli ömürdə  həyatın hər çətinliyini, sevincini-kədərini görüb. Bu barədə saatlarla danışmaq, yazmaq olar. Yəqin ki, nə vaxtsa qələm əhli onun həyatını bir kitaba çevirəcək. Qəhrəmanın o qədər də uzun olmayan, amma şərəfli həyatına güzgü tutacaq. Bəli, bu bir həqiqətdir ki,  Elçin kimi igidlərin qəhrəmanlıq dastanı hər zaman dillərdə dolaşacaq.

Nə yaxşı ki, Elçin kimi döyüşlərdə yaralanan dostlarını çiyninə alıb yüksəklikləri fəth edən oğullarımızın mərdliyi,  igidliyi hələ də dillər əzbəridir. Vətənin, xalqın haqlı mübarizəsinin önündə gedən, ölüm-dirim savaşında əsl rəşadət göstərən əsgər və zabitlərin, savaşa könüllü qatılan Azərbaycan oğullarının qəhrəmanlığı, hərb sənətində sərgilədiyi cəngavərlik nümunələrini saymaqla qurtarmaz. Onlardı şəhid olaraq, qazi olaraq illərlə həsrətində olduğumuz ana yurdu qanı-canı bahasına işğaldan azad edənlər, Qarabağ səmasında üçrəngli bayrağımızı dalğalandırıb həsrətimizə birdəfəlik son qoyanlar...

Ölməz ruhunuz qarşısında baş əyirik, Vətən övladları! Siz ölmədiniz! Qoy, ölüm də sevinməsin buna...

Kəmalə MİRZƏYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı…

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ