Məlum olduğu kimi, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb və bir sıra rayonlarda, habelə paytaxt Bakı şəhərində hiss edilib.
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, zəlzələnin nəticəsi itkisiz ötüşüb.
“Zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb”, - deyə DİN-in məlumatında qeyd edilir.