Cümə axşamı günü, 12 noyabr 2026
     

Son nəfəs...

Image


Mən nə vaxt dərk etsəm ki, sən həyatda yoxsan, həmin an mənim ürəyim partlayacaq və son nəfəsim olacaqsan. Sən mənim ömürlük əsgərlikdə olan balamsan. Nümunəvi əsgər olduğun üçün səni həmişəlik hərbidə saxlayıblar. Zəng etməyə də imkanın yoxdu. Sonuncu dəfə dedin "ana, gözlə zəng edəcəm". Həm zəngini, həm dönüşünü gözləyirəm, Akifim...

Bir şəhid anasının hər gün oğlunun otağında, oğlunun çarpayısının yanında dikilib eyni sözləri dediyini duyduğumda o ananın ürəyinin necə böyük bir alovda qovrulduğunu hiss etdim. Hər kəlməsi ürəyimdə yaraya, gözlərimdə yaşa döndü Xanım ananın. Oğul adlı yarasını qanatdığım üçün ürəyim bir başqa göynədi. Ancaq oğlu şəhid olan ananın ürək yarası hər zaman ilk günkü kimi qanayar.

Abbasov Akif Elşən oğlu 2001-ci ildə Ağcabədi rayonunda dünyaya göz açıb. Akif ailənin ilk övladı olub. Elə körpəlikdən yaşından böyük davranışları ilə seçilməyi bacarıb. Özündən kiçik bacısı Lalənin sirdaşı, dostu, güvən yeri olub. 2006-cı ildə (5 yaş yarımında) Ağcəbədi rayon 1 N - li tam orta məktəbdə təhsil almağa başlayıb. Məktəbdə oxuduğu zamanda hər zaman vətənpərvərlikdən bəhs edən tədbirlərdə iştirak edib. 2017-ci ildə məktəbi bitirib. Hərbi xidmətə çağırılmağını səbrsizliklə gözləyən Akif komissarlığa müraciət edib. Nəhayət ki, o çağırış vərəqəsini alıb. 2019-cu il aprelin 4-də hərbi xidmətə gedib. Xidmətinə Gəncə şəhərində başlasa da sonradan Tovuz istiqamətinə gedib. Oktyabrın 6-da məzuniyyətlə 10 günlük evlərinə gəlib. Babasına hədsiz sevgisi olan Akif həmin vaxt babası ilə duyğularını bölüşüb. "Mən növbədə olanda ermənilərin bizim torpaqlarda gəzdiklərin görürəm, onların bizim olan əraziləri sahiblənməyinə dözə bilmirəm. Çox istəyirəm ki, düşməni məhv edib o əraziləri geri qaytarım və vətənim uğrunda şəhid olum". Sanki Akif olacaqları arzu şəklində babasına deyirmiş. 16 oktyabrda ailəsi ilə vidalaşıb yenidən Vətən adlı sərvətini qorumağa gedib. Bəli, onun dünyada ən dəyərli sərvəti Vətən idi. Dostuna "bu dünyada ən çox istədiyim insan anamdı" deyən Akif Vətən məfhumuna olan sevgisini torpağa qanı ilə yazıb. Özündən sonra isə 10 yanvarda göndərdiyi şəkilləri və "ana, gözlə zəng edəcəm" sözlərini son xatirə qoyub.

2020-ci il bir çox ailələr kimi Abbasovlar ailəsinin də xatirəsində kədərin silinməz izi ilə həkk olunub. Yanvarın 16-da komissarlıqdan Akifin silahı ilə birlikdə yoxa çıxdığı haqqında məlumat gəlir. Atası "Əgər oğlum silahı ilə birlikdə yoxa çıxıbsa onu işğalda olan ərazilərdə axtarın" deyir. Günlərlə Akifin heç bir izinə rast gəlinmir. Bütün təşkilatlar, yerli camaat Akifin axtarışına çıxır. 1 aydan çox aparılan axtarış fevralın 13-də nəticə verir. Akifin cansız bədəni Ermənistanla həmsərhəd olan Tovuz rayonunun Ağdam kəndində tapılır. Günlərlə oğul axtarışında olan ata dünyanın ən ağır dərdini ürəyinə yığır. Yoldaşının həssaslığını bilib Akifin nəşini evlərinə gətirdiyi ana qədər oğlunun sağ olduğunu və onu evlərinə gətirəcəyini deyir. Ana sevincək oğul yolunu gözləyir. Fevralın 20- də bir anda qapı açılır və Xanım ana bir neçə günə saç-saqqalı ağaran, dərddən qocalan yoldaşı ilə qarşılaşır. "Bəs Akif hanı" sualı ilə gözləri dolan şəhid atası "Balamız şəhid olub" deyir. O an Xanım ananın fəryadı yeri-göyü inlədir. 21-i gələn bir zənglə deyilən "qürur duyun, oğlunuz Mübariz İbrahimov kimi qəhrəmanlıq göstərib" sözləri sanki ailəyə mənəvi güc olur. Fevralın 22-si hər kəs günlərdi gözlədiyi şəhidini qarşılamaq üçün yollara axın edir. İmişlidən Ağcəbədiyə qədər kiçikdən böyüyə hər kəs şəhidinin gələn yollarına göz yaşı çiləyir. Oğul yollarına dikilən ana gözləri bayraqlı bir tabutun gəlişini izləyir. Gözündən yaş, könlündən qan damlayan ana oğul tabutunu sığallayır. O an ananı qəribə bir duyğu bürüyür. Sanki oğlunun nəfəsini duymuş kimi, sanki oğlundan güc almış kimi ayağa durur. İlk göz ağrısı, yeganə oğul payı anasından əbədi ayrılır. Bacısının ürəyində olan bütün qardaşlı arzulara nida qoyulur. 22 fevral tək Abbasov Akif Elşən oğlunun torpağa tapşırıldığı gün kimi yox, ümidlərin öldüyü gün olaraq da ailənin yaddaşına həkk olunur. Yenilməyən, hər zaman düşmənə sinə gərən Ağcəbədi torpağı daha bir şəhidinə məzar olur. Ağcəbədi rayon Şəhidlər xiyabanında uyuyan şəhidlər cərgəsində 19 yaşlı Akif də yer alır.

SON NƏFƏS

Sonuncu nəfəsində nə düşündün, şəhidim?

Ananımı düşündün, yoxsa ki, atanımı?

Yoxsa sənli arzunu gözünə ümid edib, 

Tək qardaşın itirib, dayaqsız qalanımı?

Toxunanda o nəfəs torpağın ürəyinə,

Dağlandımı ananın dağlanan qəlbi kimi? 

Görəsən hansı xain kor qurşuna tuş etdi, 

Neçə arzuya məskən olan o ürəyini? 

Son baxışını dikib hansı buluda baxdın, 

O bulud göz yaşıyla islatdımı cismini?

Oxşadımı küləklər bir ay soyuqdan donan, 

Torpağın üzərində parçalanan cismini? 

Nə pıçıldadın şəhid, torpağın qulağına?

Lal olan torpaq demir sonuncu sözlərini.

Akif o torpaq öpdü, bu dünyadan doymayan,

Əbədilik yumulan o gözəl gözlərini.

Manya SƏXAVƏTQIZI 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ