Cümə axşamı günü, 12 noyabr 2026
     

Zəfərin özü

Image


Azərbaycan Böyük Vətən müharibəsi Ordumuzun tarixi zəfəri ilə başa çatdı. 30 ilə yaxın müddətdə işğalçılıq siyasətini “qalib tərəf” ədası ilə “əsaslandırmaq” cəhdində bulunan, öz “qalibiyyət”indən başı gicəllənən düşmən tarixi məğlubiyyətə uğradı. Müzəffər Ordumuzun məğlub etdiyi qüvvələr yalnız Ermənistan silahlı qüvvələri deyildi, yalnız Ermənistan hərbi-siyasi rəhbərliyi deyildi... Azərbaycanın qələbəsi yalnız bəlli şəhərlərin, qəsəbə, kənd və strateji yüksəkliklərin azad edilməsi deyildi. Bu zəfər, necə deyərlər, zəfər kimi zəfərdir – öz bəşəri mahiyyəti ilə bir zəfərdən daha artıqdır! Deyim, necə:

Ermənistan yalnız özünü təmsil etmir, o bütün şər qüvvələrin ümumiləşmiş obrazıdır, özəlliklə, XXI yüzildə faşizmin əsas simasıdır. Almaniyanın, İtaliyanın müvafiq olaraq, Hitler və Mussolinidən sonra rəsmən imtina etdiyi faşizmin XX yüzilin sonları XXI yüzilin əvvəllərində harada baş qaldıracağı barədə 40-50 il bundan öncə müzakirə açılsaydı, çox güman ki bunun “müttəfiq respublika”da baş verəcəyini proqnozlaşdıran olmazdı. O zamanki Ermənistan SSRİ-nin tərkibində idi və SSRİ-nin əsas tarixi nailiyyəti məhz faşizm üzərindəki qələbə idi. Məgər ki faşim əleyhinə çıxış edə-edə, beynəlmiləlçiliyi, bərabərliyi, sosializm qardaşlığını və s. tərənnüm edərək də fazişmi bəsləmək mümkün imiş. Bu mümkünsüzü mümkün etməkçün gərək erməni olasan, Ermənistan olasan. Gərək dildə beynəlmiləlçilik deyə-deyə beynində faşizm “deyəsən”, ruhun zədəli ola gərək. Başqa necə bu qədər diametral şəkildə ikiləşmək, nihilizmə yuvarlanmaq olar? Qaregin Nijdeəyə 6 metrlik heykəl ucaldan, terrorçuluğu danılmaz Monte Melkumyana Milli Qəhrəman adı verən, onun qəhrəmanlığını kitab-dəftərə  salan hansı zehniyyətdir? Nijdeyə heykəl ucaltmaq yox, mümkün olsa, heykəl alçaltmaq lazımdır. Bax, Ermənistan belə Ermənistandır: Köçəryan, Sarkisyan, Paşinyan... adlar dəyişir, ideoloji-siyasi qiyafə dəyişir, faşizm xətti isə əsla dəyişmir. Əgər Xocalı suçluları Köçəryan-Sarkisyan ikilisindən sonra, onları tənqid edərək, inqilab yolu ilə hakimiyyətə gəlmiş Paşinyan da faşizm yolu tutdusa, deməli adlar yox, o cəmiyyət, o dövlət binədən zədəlidir. “Guya demokrat” Paşinyan sələflərinə dırnaqarasında rəhmət oxutduracaq qədər nadürüst oldu, cəbhədən uzaq Gəncəyə, Bərdəyə dinc sakinlərə, körpələrə, uşaqlara, qadınlara, qocalara qadağan olunmuş raketlər atdı. Sələflərindən fərqli olaraq, “mın etməmişəm” dedi. Əlbəttə, etiraf edib-etməməsindən asılı olmayaraq, Köçəryan-Sarkisyan ikilisinin adı üstündə Xocalı suçlularıdır, bununla belə Paşinyan demokrat libası geyərək meydana atılmışdı və onlardan daha uzağa getmək planları içindəydi. Azərbaycan Dəmir Yumruğu onun Azərbaycanla bağlı hərbi-siyasi planlarını ildırıma, silkələnməyə məruz qoydu. 44 gün içində, Ermənistan cəmiyyətinin içində olduğu qəflət yuxusu qaçırıldı. İndi olmayan papaqlarının qabaqlarına qoyub fikirləşmələri lazım. Qriqoryanlıq yarımməzhbində də tövbə formulu var yəqin – tövbə etməlidir o cəmiyyət, o xalq. Tövbə Tanrı ilə bəndəsi arasında olan məsələlər kaeqoriyasına aiddir; biz isə uğursuz, baş tutmamış Ermənistan dövlətini beynəlxalq məhkəmlərə verəcək, təzminat tələb edəcəyik. O qədər təzminat ki Ermənistanda tutar qalmayacaq – qalmasın da, zatən, qalmasın! Özünə xeyri olmayan, yalnız başqasına ziyan verməkçün mövcud olan bir dövlətin batması haqdır! Bu missiyanı Azərbaycan dövlətinin əi ilə edən Haqqa, Tanrıya şükür! Demək ki, bizim işimiz haqq işidir, mübarizəmiz İlahi qaynaqlıdır.

Görün, biz kimi məğlub edərək Zəfər qazanmışıq!

Sentyabrın 27-dən başlayan döyüşlərin gedişatı, tapdaqdan qurtulmuş torpaqları­mızda aşkarlanan heyrətamiz hərbi istehkamlar, sıradan çıxarlmış, qənimət götürülmüş, (təqribən 3-4 milyard dollar civarında) müxtəlif çapda və növdə olan hərbi texnika, silah-sursat... aydın göstərir ki, Ordumuzun qarşısında, illər uzunu aşırı dərəcədə təşkilatlanmış düşmən vardı;

Kürəyində güclü əllər duran Ermənistan, beynəlxalq aləmdə xərçəng kimi yayılmış dünya erməniliyi ilə özünü yenilməz hiss edirdi. 44 günlük müharibə boyu “kürəkdəki əllər” grünməmiş dərəcədə fəallaşdı, Xeyrin təmsilçisi Azərbaycana qarşı öz Şər üzü (üzsüzülüyü!) ilə ciddi təzyiqlərə başladı;

Ermənistan 30 il ərzində “Azərbaycanın öz torpaqlarını hansı istiqamətdən azad etmə hərəkatına başlayar?” – sualına qarşı tədbirlər tökərək, özəliklə, Ağdam, Füzuli istiqamətində bir neçə qat möhkəmləndirilmiş, eşelonlaşdırılmış müdafiə sistemi, “siçovul yuvaları”, hərbi hiylə mexanizmləri və s. qurmuşdu. Tank əleyhinə artilleriyanı, dağatıcılarını, bəlkə digər bölmələrdən bir neçə dəfə güclü hazırlamış, tər yerinə qan çıxıncayadək məşq etmişdilər sanki. Ancaq bir şeyi hesabla­mamışdılar – onlar işğalı möhkəmləndirmə işlərini (qaraniyyətlə və) əllə görmüşdü, biz isə öz torpağımızı azad etmək işini yalnız əl-ayaqla deyil, eşqlə, özləmlə və ruh gücü ilə gördük! Bu halda, erməni tərəfi şeytan fəhləliyi edib, bizim hərbçilərin gördüyü iş isə sənətkarlıqdır. – Bəli, bu, sənətdir, bu estetikadır. Müharibəni də, dinc yaşamı da gözdən, urvatdan salan Ermənistana qarşı qızıl ləyaqətli müharibə apardıq biz. – Əcdadımızın hərb ənənələrini çağdaş hərb texnologiyalarının kamil tətbiqi ilə birləşdirərək, doğrudan sənətkarlıq etdik. Və bu, düşmənin miskinliyini, saxtakarlığını bir daha üzə çıxardı, öz qazdığı quyuya özü düşməsini şərtləndirdi.

Qarabağ torpaqlarımıza bəlkə Ermənistandakı ailələrin sayı qədər mina basdıran düşməni nə o minalar, nə “keçilməz Ohanyan xətt”i, nə torpağın altda qazdıqları “siçovul yuvaları”, nə bizim olan Qarabağın göyüzünü bizdən “qoruyan”... “S-300”lər-filanlar... xilas edə bilmədi. Bizim qabağımızı kəsə bilmədilər, işğalçıları iti qovan kimi qovduq. Azərbaycan əsgəri yalnız irəli getdi! Həmin o Ohanyan da, başqa yaxası dəmir-dümür dolu saxta “qəhrəman”lar da rüsvayçılıqdan qurtula bilmədi. O Ohonyan Şuşa ətrafında doğulmuş, böyümüşüdü, Şuşanın azadlı­ğından az öncə öz istəyi ilə “Şuşa komendantı” təyin olunmuşdu; Şuşa da Şuşadır – məlumunuz – dağlar başında təbii istehkamlı, az yollu, çox qayalı bir şəhər. O şəhər ki biz, orada tankla-topla, minamyotla və s. müdafiə olunan düşmənə dağlardan dırmaşarq, bıçaqla, tapança ilə qalib gəldik! Dağa dırmaşanlarımız içində ən yüksək rütbə polkovnik idisə, şəhərin erməni “komendantı” yaxası dəmir-dümür dolu, sərəncamında çoxsaylı hərbi bölmələr olan təcrübəli general-polkovnik idi! Deməli, məsələ malik olduğun ruhda, ruh gücündə, qan yaddaşındadır! Ohonyanın zabit şərəfi olsaydı, intihar edərdi. Ümumən Şuşanın azad edilməsində sonra Ermənistan hərbi-siyasi rəhbərliyi öz dəmir-dümürlərindən, fəxri ad və titullarından, daşıdığı vəzifədən imtina etməyibsə, deməli, abırsızlıqdan ciddi əziyyət çəkirlər.

Gəlin etiraf edək ki, işğalçı Ermənistan ordusunun zabitləri Fransada, Rusiyada, Livanda, başqa ölkələrdə ali hərbi təhsil almış, ixtisasa uyğun xidmət etmiş və çağdaş hərb texnolo­giyalarını, yenilikləri vaxtaşırı öyrənmişdi; Rusiyadan, Fransadan, digər aparıcı ölkələrindən erməniəsilli döyüşçülər, xüsusi təyinatlılar, PKK, ASALA ter­rorçuları, Suriyadan, Livandan və b. yerlərdən xeyli sayda peşəkar muzdlu bizim Ordumuza qarşı döyüşlərdə vuruşurdu.

Ordumuz bax belə mürəkkəb, çalkeçir amillərin mövcudluğu ortamında tarixi zəfər qazandı.

Bu tarixi zəfəri daha da qiymətli edən, onu şərtləndirən daha hansı məqamları fərqləndirə bilərik? -

Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi;

Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda yüksək nizam-intizamın, çevikliyin olması;

Dərin düşünülmüş hərb strategiyası, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, durumu nəzarətdə saxlamağa imkan verən döyüş taktikasının seçilməsi;

Doğma torpaqlar uğruna vuruşan Azərbaycan əsgər və zabitinin yüksək mənəvi-psixoloji durumu, vətənpərvərliyi;

Dövlət-Xalq birliyi və b...

Bunlar hər dövrdə hər xalqda olmur. Bunlar bizim nemətimizdir.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan 8 noyabrı – Zəfər Günü elan etmək haqqında Sərəncam imzalayıb. Ali Baş Komandan Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb; 2020-ci il, dekabrın 4-də saat 12.00-da respublika ərazisində bir dəqiqəlik sükut elan edilib, eləcə də, 10 dekabrda Qələbə Paradı keçiriləcək. Bütün bunlar şəhidlərimizin ruhuna əbədi ehtiramın ifadəsi, milli dövlətçilik irsimizə sədaqətin təntənəsi, ulularımızın ruhuna dərin sayğının parlaq təcəssümüdür.

Azərbaycan Böyük Vətən Müharibəsində 2783 nəfər hərbi qulluqçumuz şəhid olub, 100 nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş hesab edilir, 1245 hərbi qulluqçumuz hazırda tibb müəssisələrində müalicə alır. Heç şübhəsiz, şəhidlərimizin adı, təvəllüdü, rütbəsi, keçdiyi döyüş yolu haqqında layiqli şəkildə bilgilər toplanacaq, qəhrəmanlarımızın həyatı dastanlaşacaq, döyüş yolu öyrəniləcək. İtkin hərbçilərimizin tapılması üçün zəruri təbdirlər görüldüyü də şübhəszidir. Həkimlərimiz də öz sıralarında yaralı hərbçilərimizə fədakarcasına qulluq edir. Hər kəsə təşəkkürlər!

Zəfərin mübarək olsun, Azərbaycanım!
Bayrağın uca olsun, əziz Dövlətim!
Ordumuzun uğurları bol olsun, şəhidlərimizin ruhu şad olsun,
yaralı qazlərimiz tez sağalsın, itkinimizin yolu yaxın olsun!
Dövlətimiz zaval görməsin!

Əkbər QOŞALI
Beynəlxalq “Alaş” ədəbi mükafatı laureatı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Dublində Prezident İlham Əliyevin Paşinyanla görüşü keçirilir

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ