Cümə günü, 13 noyabr 2026
     

Sosial şəbəkələrdə hibrid avtomobil sahiblərini qorxudan qərəzli kampaniya – dövlət müharibə ehtiyacları üçün vətəndaşların əmlakını hansı qanunla götürə bilər...

Image


Sosial şəbəkələrdə yayılan məlumatlara görə, yarı yük, yarı minik avtomobili olan PKP-ları vətəndaşlardan dövlət ehtiyacları üçün götürürlər. Bu yöndə yayılan  məlumatların nə qədər səhih olduğunu deyə bilmərik. Amma dünya təcrübəsində belə hallara rast gəlinir ki, dövlətin müharibə zamanı vətəndaşlara aid olan mülkiyyətləri, evləri, ofisləri avtomobilləri, silahları və sairi hərbi ehtiyaclar üçün götürmək səlahiyyəti var və bu hüquqa malikdir, bunun qanuni əsası var.

Bunun qanunla tənzimlənməsi hansı mexanizmlə olmalıdır və olur? Dövlət hansı hallarda vətəndaşların əmlakını müharibə ehtiyacları üçün səfərbərliyə almaq hüququna, imkanına malikdir və hansı qanunla?

Ekspertlər bizimlə söhbətlərində bildirdilər ki, ümumiyyətlə, bu gün Azərbaycan Ordusu lazımi texnika, resurslar, müxtəlif cür avtomobillərlə tam təzhiz olunub, bu səbəbdən də sosial şəbəkələrdə yayılan məlumatların əsası olmaya bilər. Amma, bütün hallarda, bu, tələb olunarsa, Azərbaycan vətəndaşları dövlətin bu çağırışlarına ürəkdən yanaşmalıdırlar. İndiyə qədər öz canını, həyatını dövlətin ərazi bütövlüyü uğrunda fəda edən insanların saysız olduğunu deyən ekspertlər hesab edirlər ki, belə bir ehtiyac olarsa, Azərbaycan vətəndaşları heç bir tərəddüd etmədən öz mülkiyyətlərində olan obyektləri də, avtomobilləri də dövlətin ixtiyarına verməkdən çəkinməməlidirlər. Bütün müharibələr zamanı ayrı-ayrı ölkələrdə müharibə ehtiyacları üçün dövlət vətəndaşların mülkiyyətində olan obyektləri, silahları, maşınları əvəzini ödəməklə alıb, vətəndaşı başqa bir yerdə evlə, yaşayışla təmin edib.

  • Əziz Qəmbərov: “Əsas qanunumuzun tələblərindən belə aydın olur ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi...”

Azərbaycana gəlincə, ekspertlərin fikrincə, bizim mövcud qanunvericilikdə bu məsələ ilə bağlı mexanizm var. Amma bunun bizim üçün hüquqi tərəfdən daha çox mənəvi məsələ olduğunu deyən tanınmış hüquqşünas Əziz Qəmbərov bildirdi ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər. O hesab edir ki, bu məsələ qanunvericiliklə tənzimlənməmiş olsa da belə, vətəndaşlar dövlət ehtiyacları üçün öz malını-mülkünü əsirgəməməlidirlər. “Sualınızın cavabını iki aspektdən cavablandıracam. Həm maddi, həm də mənəvi aspektlərdən. Bildirirəm ki, dövlət və vətəndaşın mülki, siyasi və sair hüquqi münasibətlərini tənzimləyən ölkəmizin əsas qanunu olan Konstitusiyamız var. Həmin Konstitusiyamızın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə də Konstitusiyamızın 25-ci maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ var. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər. Əsas qanunumuzun tələblərindən belə aydın olur ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi yalnız onun dəyəri qabaqcadan ədalətli şəkildə ödənildikdən sonra mümkündür. Bu baxımdan, hər bir vətəndaşın mülkiyyəti dövlətin güvəncəsi altındadır. Azərbaycan xalqının bununla bağlı keçən əsrin 90-cı illərində acı təcrübəsi olduğu üçün, hazırkı vəziyyətdə insanlar narahatdırlar. Ancaq hesab edirəm ki, narahatlığa heç bir əsas yoxdur. Belə bir şərait yaranarsa, mülkiyyətçinin hüquqları qanunla qorunacaq. Hesab edirəm ki, bu şəraitdə bunu ajiotaja çevirməyə maraqlı olan qüvvələr var. Ancaq bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, belə bir vəziyyətdə, müharibənin başlanıb-başlanmaması sual altında olduğu bir məqamda dövlət orqanlarının əməkdaşlarının sui-istifadə hallarına yol verməməsi üçün dövlətin hüquq-mühafizə orqanları ayıq-sayıq olmalıdırlar. Bununla bağlı zərurət yaranarsa, konkret iş planı və normativ baza yaradılmalıdır”. 

Məsələnin mənəvi tərəfinə izah verən Ə.Qəmbərov qeyd etdi ki, bu gün hər birimiz torpaqlarımızın işğaldan azad olunması üçün canımızı qurban verməyə hazır olduğumuzu bəyan ediriksə, ancaq malımızı bu yolda əsirgəyiriksə, deməli, biz vətənin müdafiəsində səmimi deyilik. “Hesab edirəm ki, vətəndaşlarımızın narahat olduğu məqam mülkiyyətlərinin ordu üçün yığılmasında deyil. Əsas narahatlıq bu məsələdən sui-istifadə edərək, rüşvətxorluq və korrupsiyaya şərait yaradılmasındadır. Ona görə bir daha qeyd edirəm ki, bu məsələdə dövlət maksimum şəkildə tədbirli olmalıdır. Belə bir məqamda vətəndaşı dövlətdən narazı salmaq düşmən mənafeyinə xidmətdir” - deyə hüquqşünas bildirdi.

Akif Nağı: “İnanmıram ki, Azərbaycan dövlətinin, ordusunun vətəndaşların maşınına, mülkünə ehtiyacı olsun”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının fikrincə, bu məlumatın əsası yoxdur. A.Nağının sözlərinə görə, müharibə şəraitində bu cür təxribatçı fikirlər yayan maraqlı qüvvələr var. “Biz hələ müharibə ərəfəsindəyik, prosesin nə zaman müharibəyə çevriləcəyi hələ məlum deyil. Amma ölkədə hərtərəfli hazırlıq işləri gedir. Təbii ki, düşmən də rahat durmur, düşmənin təxribat mərkəzləri müəyyən məsələləri düşünürlər, müəyyən şayiələr hazırlayıb sosial şəbəkələrə ixrac edirlər. “Azərbaycanda da həmin mərkəzlərə xidmət edən müəyyən adamlar var. Amma bəzi insanlar bu məlumatın mahiyyətinə varmadan onları yayırlar, bəziləri əsassız olaraq təlaşa düşürlər. PKP maşınlarının yığılması ilə bağlı məsələyə gəlincə, inanmıram ki, Azərbaycan dövlətinin, ordusunun vətəndaşların maşınına, mülkünə ehtiyacı olsun, çünki bizim ordu hərtərəfli şəkildə təchiz olunub, ordumuzun hər şeyi var. Hesab edirəm ki, o maşınların yığılmasına da ehtiyac qətiyyən olmayacaq. Amma, digər tərəfdən, müharibə ehtiyacları üçün maşınların yığılmasına ehtiyac yaranarsa, hər bir vətəndaş könüllü şəkildə öz vətəndaşlıq borcunu yerinə yetirərək, o prosesdə iştirak etməlidir. Hər kəs deyir ki, canımız Vətənə qurban, şəhid olmağa hazırıq. Bu mənada, müəyyən məqamlarda insanlar malından-mülkündən keçməyi də bacarmalıdırlar. Bu müharibə ağır, çətin müharibə olacaq, hər bir vətəndaşın bu müharibədə iştirakı vacibdir. Kimisi canı, kimisə də malı ilə iştirak etməlidir. Dinimizdə də cihad məsələsi var - kimisi canı, kimisi də mal-mülkü ilə cihada gedir. Bu, müqəddəs bir savaş olacaq, burada heç kəs heç nəyi əsirgəməməlidir. Ancaq yenə də deyirəm ki, Azərbaycan Ordusunun vətəndaşın maşınını toplamağa qətiyyən ehtiyacı yoxdur. Burada başqa məsələ var. Bu da şayiələrlə bağlıdır. Ölkədə qarışıqlıq, anlaşılmazlıq, hakimiyyətə, orduya inamsızlıq yaratmaq üçün bundan da pis, vətəndaşın təşvişinə səbəb olan şayiələr yayıla bilər. İndi elədir ki, sosial şəbəkələrin imkanları genişdir, kimlərsə orada nəsə deyir, o da yayılmağa başlayır, buna da müxtəlif reaksiya verilir. Hər kəs bu məsələdə ehtiyatlı olmalıdır. Sosial şəbəkələrdəki yazılara da, fikirlərə də hər kəs diqqətli yanaşmalıdır, insanlarımız düşünməlidirlər ki, atdığı addım, etdiyi hərəkət bizim ümumi işimizə, dövlətin maraqlarına, torpaqlarımızın işğaldan azad edilməsi maraqlarına xidmət edir, yoxsa yox. Bu mövqedən yanaşılmalıdır”.

A.Nağı qeyd etdi ki, həm media, həm ictimai-siyasi təşkilatlar, qeyri-hökumət təşkilatları, siyasi partiyalar bu cür təxribatların qarşısını almaq üçün qüvvələrini səfərbər etməlidirlər. Onun fikrincə, Azərbaycan Respublikasının səfərbərlik və səfərbərliyə hazırlıqla bağlı qanununda da göstərilir ki, müharibə, səfərbərlik şəraitində hər bir vətəndaşın, hər bir təşkilatın üzərinə məsuliyyət düşür və hər kəs də öz məsuliyyətini dərk edərək bu prosesdə iştirak etməlidir.

  • İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ