Cümə günü, 13 noyabr 2026
     

AMEA dövlət büdcəsi üzərində ağır yük kimi oturmuş qurum kimi - Akademiyaya ayrıca ehtiyac varmı...

Image


23 yanvar 1945-ci ildən fəaliyyətə başlayan və dövlətin təsis etdiyi ali elm qurumu, respublikanın ali elmi idarəsi olan Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) ilk dəfə akademik Mirəsədulla Mirqasımov rəhbərlik edib.

Bir vaxtlar özünün intibah, inkişaf dövrünü yaşayan Elmlər Akademiyası barədə bu gün analoji fkirləri söyləmək çətindir. Məsələ burasındadır ki, son illər Akademiyanın fəaliyyətini elmi ictimaiyyət müsbət qiymətləndirmir. Elmi ictimaiyyətin böyük bir hissəsi hesab edir ki, AMEA ölkənin baş elmi mərkəzi olaraq öz üzərinə düşən işləri həyata keçirə bilmir.

Son 10-15 ildə daha çox AMEA-nın bir müstəqil elm qurumu kimi fəaliyyətini dayandırmalı olduğu haqqında fikirlərə sıx-sıx rast gəlinir. Bir çox elm adamı hesab edir ki, ya AMEA müstəqil qurum kimi fəaliyyətini dayandırmalı, Bakı Dövlət Universitetinə birləşdirilməli, ya da bu qurumda ciddi islahatlar həyata keçirilməlidir ki, Akademiya yenidən itirdiyi imicini özünə qaytarsın.

AMEA-nın müstəqil qurum kimi fəaliyyətini dayandırmasını istəyənlər daha çoxdur. Onların fikrincə, onsuz da bu qurum Prezident İlham Əliyevin AMEA qarşısına qoyduğu hədəfləri doğrulda bilmir. 10 min əməkdaşı və saysız elmi-tədqiqat institutu, şöbəsi olan bu qurumda müəyyən istisnaları, eləcə də əsl elm fədailərinin tədqiqatlarını nəzərə almasaq, demək olar ki, burada elə də ciddi işlər görülmür. Bunu da elm adamları deyirlər. Bundan başqa, elm adamları bildirirlər ki, AMEA-da kifayət qədər sanballı alim çalışır ki, onların özlərinin, tədqiqatlarının beynəlxalq elmi ictimaiyyətdə tanıdılması üçün qurum heç bir iş görmür.

AMEA-nın müstəqil qurum kimi fəaliyyətini dayandırması aktual olduğu üçün, mövzuya ekspertlərin rəyini öyrəndik.

  • “...bir ictimai qurum kimi fəaliyyət göstərə bilər”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov bu barədə “Bakı-Xəbər”ə bildirdi ki, Akademiya əvvəlki formada öz fəaliyyətini davam etdirə bilməz. “Birmənalı şəkildə deyə bilərəm ki, AMEA öz fəaliyyətini əvvəlki şəkildə davam etdirə bilməz. Biz neçə ildir bu məsələni gündəmə gətiririk, çağırışlar edirik ki, AMEA-nın yenilənməsi günün tələbidir. Azərbaycanda elmin idarə edilməsinə yeni bir baxış ortaya qoyulmalıdır. Elmin idarə edilməsi üçün dünyanın bütün elm tutumlu ölkələrində olduğu kimi, Azərbaycanda da elm, təhsil və texnologiyalar nazirliyi yaradılmalıdır. Bu zəruridir, elm, təhsil və texnologiyalar vahid mərkəzdən idarə olunmalıdır. Bu məsələyə yenidən mütləq şəkildə baxılmalıdır. AMEA bu gün köhnə fikirli, artıq elmdə heç bir yeni söz deməyən insanların yığınağına çevrilib və burada, eyni zamanda, bu insanların şəxsi maraqlarının təmin edilməsi məqsədilə işlər görülür. Akademiyanın institutları bərbad gündədir. Təsəvvür edin ki, AMEA-da 85, 90-na yaxın yaşı olan institut direktorları var. Bu insanlar hamısı köhnə təfəkkürlü, yeniliklərdən uzaq, əslinə baxanda yeniliklərə, bütövlükdə, zərbə vuran insanlardır. Burada xüsusilə dövlət vəsaitlərinin səmərəsiz şəkildə xərclənməsi gündəmdədir. Biz bu məsələni hər zaman gündəmə gətiririk və bu halın yolverilməz olduğunu deyirik. Bu təkcə dövlət vəsaitinin talan edilməsi, səmərəsiz xərclənməsi deyil, eyni zamanda, ölkənin gələcəyi ilə bağlı strateji əhəmiyyət daşıyan elm sahələrinin inkişafı, elmin dövlətin həyatında mühüm rol oynaması məsələsidir ki, bu çox müstəsna əhəmiyyət kəsb edən bir amildir. Təsadüfi deyil ki, ölkə başçısı öz çıxışlarında bu məsələyə xüsusi toxunur, dövlətin elmdən gözləntilərini ortaya qoyur. Amma elm ondan gözləntiləri doğrulda bilmir, bu gözləntiləri həyata keçirə bilmir”.

İ.Orucovun fikrincə, buna səbəb isə bu məkanın köhnə fikirli, illərlə bürokratikləşən, özlərinə və yaxınlarına komfortlu həyat şəraiti yaradan insanların məskəninə çevrilməsidir. Ekspertlər hesab edirlər ki, bu qurumda ciddi islahatların, yenilənmələrin baş verməsinə çox ciddi zərurət var. “Elmin vahid mərkəzdən idarə olunması, dünyanın elm tutumlu ölkələrində olduğu kimi, bizdə də elmin və təhsilin universitetlərdə olması çox vacibdir. Bu baxımdan, AMEA-nı bu formatda saxlamaq yanlışlıqdır. Ümumiyyətlə, dövlətin elmi-texniki siyasətinin həyata keçirilməsi mərkəzi icra hakimiyyəti orqanı olaraq yaradılmalı olan elm, təhsil və texnologiya nazirliyinə verilməlidir. AMEA isə alimlərin bir klubu, bir ictimai qurum kimi fəaliyyət göstərə bilər”.

İ.Orucov hesab edir ki, təkcə BDU-da deyil, elmin ayrı-ayrı sahələri üzrə ixtisaslaşan başqa ali məktəblərdə də elmin müxtəlif sahələrini inkişaf etdirmək lazımdır. Onun fikrincə, Akademiyanın elmi-tədqiqat institutlarını universitetlərin nəzdində sahə institutları kimi saxlamaq və inkişaf etdirmək olar. “Düşünürəm ki, artıq AMEA-nın əməkdaşlarının səmərəliliyi məsələsinə də baxılmalıdır. Bu qurumda o qədər əməkdaş var ki, heç elmlə məşğul deyil, kimlərinsə himayəsi ilə burada günlərini keçirir. Akademiyanın işləməyən, elmə heç bir səmərə gətirməyən alimləri yüksək komfort şəraitində yaşayırlar, institut direktorları da həmçinin. Amma işləyən, zəhmətkeş alimlər qəpik-quruşa möhtacdırlar. Bu da Azərbaycanda elmin sıradan çıxması deməkdir. Fikrimcə, bu istiqamətdə mütəşəkkil işlər görülməlidir” - deyə İ.Orucov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ