Bazar günü günü, 27 sentyabr 2026
     

İgid ömrü - Doqquzuncu yazı

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Körpələrin ağlaşmaması üçün ağızlarına yarpaq salırdılar...

Vətən çırpınırdı ağrı içində,
Qıvrıla-qıvrıla qalmışdı yollar.
Qeyrət qılıncını çəkib gedirdi
Vətəni anatək sevən oğullar.

Nəzakət Məmmədova. “Şəhid zirvəsi”

Bu sətirləri dünyanı cənginə alan və ölkəmizə, yurddaşlarımızın sağlıq durumuna qədər təsirsiz ötüşməyən “koronavirus” xəstəliyinin pandemiya şəklində tüğyan etdiyi, indiyədək yalnız kitablardan oxuduğumuz “karantində” - koronavirusun dünyanı vahiməyə salması səbəbindən məcburu yaşam tərzimizə çevrilən karantinli günlərimizdə yazıram. Dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da sanki həyat dayanıb, insanlar ümidsizləşib, hər kəs sabaha sağ-salamat çıxıb-çıxa bilməyəcəklərinin pessimizmini yaşayır. Şükür ki, gündəlik dəyişən nəticələr arabir müsbət istiqaməti də nişan verir. Bu təzadlı yaşam tərzinin yaratdığı qeyri-müəyyən auranın fonunda biz yenidən toparlanıb Milli Qəhrəmanımızı – Füzuli Rüstəmovu xatırlamağı, onun kimliyinin detallarını oxucularımıza və gələcək nəsillərə çatdırmağı özümüzə borc bilirik. Yolumuz onun işığında elə işıqlığa doğru yön alar inşallah...

...Özünü Xocalısız, Xocalını azərbaycanlılarsız təsəvvür etməyən Füzuli onsuz da Xocalısızlığa tab gətirib dinc dayanmayacaqdı. Bunu onu yaxından tanıyan, təmasda olduğum həmyerliləri, doğmaları dilə gətirir. Bütün maneələrə, düşmən sədlərinə baxmayaraq, Füzulinin gecələr də olsa əvvəllər gizli yollarla Xocalıdan Ağdama gəldiyi kimi, indi də əksinə - Ağdamdan Xocalıya baş çəkəcəyinə, gedib orda ermənilərdən qisas alacağına əminliklərindən bu sözü söyləyirlər. Çünki qəhrəmanımız özünü ata-anasızlıqdan çox, Xocalısız “yetim” sayırmış. Ona görə Füzulinin “Xocalını düşmən əlində” təsəvvür edib tab gətirəcəyi qətiyyən ağlabatan görünmürmüş... Amma hələ buna vardı. Hələ Füzuli xocalılıları “diriykən cəhənnəm əzabı çəkdikləri” o müdhiş gecədən çıxarmaqla məşğul idi. O xocalılılardan biri də Adilə xanımdı axı. Onunla söhbətlərimdən bəzi məqamlarla yenə hüzurunuzdayam.

Adilə: “Onun, elə bil ki, yuxusu yox idi”

- Siz hələ Xocalıdan tanıyırdız Füzulini?

- Hə, tanıyırdıq.

- Nə eşitmizdiniz onun haqqında?

- Deməli, gəlirdi camaatın içində dayanırdı. Bizim evimiz məhəllənin künc hissəsində yerləşirdi. Hamı – böyük-uşaq yığışırdı başına. Deyirdilər ki, Füzuli bu gecə Ağdama gedibmiş, nə qədər silah gətirib... Yəni tüfəng-filan. Hamı qoçaqlığından danışırdı onun. Qorxmazlığı, igidliyi dillər əzbərinə çevrilmişdi xocalılılar arasında. Bilirsiz, onun elə bil ki, yuxusu yox idi. Mənim kiçik qardaşımın 20 yaşı vardı. Nisbətən yaxın yaşdaydılar deyə, tez-tez görüşürdülər. Nə vaxt eşidirdin, deyirdi ki, Füzuli meşədən təzə keçdi gəldi. Mənim balalarım kiçik idi, onlar da gedib dururdular yanında, qulaq asırdılar, onu bir qəhrəman simvolu kimi sevirdilər. O da necə gedib-qayıtmağından, meşələri, dağları necə keçmələrindən danışardı. Uşaqlar onun fərasətindən gəlib evdə heyranlıqla söhbət açardılar. Allah ona qəni-qəni rəhmət eləsin! Mən həmişə demişəm, deyirəm və deyəcəyəm də. Ölən günümə qədər ona rəhmət oxuyacam. Ona görə ki, mənim o azyaşlı uşaqlarımın Xocalıdan sağ-salamat gəlib çıxmaqlarının başlıca səbəbkarı Füzulidi. Ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adını hələ bir az gec verdilər. O qədər azyaşlının, südəmərin çıxmasının səbəbkarı Füzuli olmuşdu. Elə körpələri deyirəm ki, inanın, onların meşədə ağlaşmaması, sakitləşdirilməsi üçün ağızlarına yarpaq salırdılar. Füzulinin haqqında kitablar yazmaqda hələ çox gecikirik, bu çoxdan yazılmalı idi. Qonşunun Ağdama gedib-gəlmək üçün öz atını ona verməməsi söhbətini, yəqin ki, eşitmisiniz. Qonşu deyib qorxuram. Füzuli isə gecə ilə atı pəyədən çıxarıb minib gedib-qayıdıb gətirib bağlayıb yerində. Atın yiyəsi bir də görüb at qan-tərin içindədi, bilib ki, bunu ancaq Füzuli minibmiş (gülüşürük).

- Ağdama qədər gəldiyiniz yol təxminən neçə kilometr olardı?

- Onu bilmirəm vallah. Çünki biz əvvəllər Xankəndidən Ağdama asfalt yolla gedib-gəlmişdik ancaq. O dəhşətli gecə isə nə qədər yol gəldiyimizi aydınlaşdıra bilmərəm. Amma Füzuli bizi çıxartdı. Yenə də deyirəm. Kaş evli olaydı, o Füzulinin bu dünyada bir yadigarı qalaydı. O övlad da Füzuli kimi qoçaq olardı.

- Belə qoçaq oğlanları itirdik, üstəlik torpaqlarımız da işğal altına düşdü...

- (ah çəkir!) Elə gözəl yerlər idi oralar... Alınsa ha, inanın ki, bu Bakı camaatı da qalmaz burda, köç edib orda yaşayarlar hamısı. Mənim bir qudam qubalıdı, o birisi İsmayıllıdandı, bu rayonların ikisində də olmuşam, Qarabağın yerini heç bir rayon vermir. Bizim yerimiz ayrı cür yer idi: havası təmiz, suyu təmiz. Erməni aldı, oturdu içində...

Koçaryanın oğlu Robert gəlmişdi, iclas eləyirdi...

Adilə Qənbərova, digər həmsöhbətlərimdən fərqli olaraq, həm də Xankəndidə yaşamış azərbaycanlılardandı. Onun ailəsi iki dəfə qaçqınlıq həyatı yaşamağa məcbur olub. Xankəndi isə ermənilərin məkrli niyyətlərini həyata keçirdikləri əsas mərkəz sayılırdı. Qarşıda bu şəhərə bu və ya digər şəkildə bağlı olan başqa həmsöhbətlərimi də dinləyəcəksiniz. İndilikdə isə Adilə xanımın hadisələrin başlanğıc anındakı bəzi söhbətlərini və ümumiyyətlə Xankəndi haqqında azacıq da olsa məlumatları yazıya gətirək. Axı yazılarımın anonsunda bildirmişdim ki, Füzuli taleyini Qarabağ taleyindən kənarda tuta bilmərəm. Füzuli özü haqqında kitabda da Qarabağa, Xocalıya səxavətlə yer verməyə bilməzdi. Bunu onun qarşımızda zamanla açılan portret cizgiləri də aydınca göstərir.

Adilə xanımsa Xankəndidə baş verənlərlə ilgili suallarımı çox həssaslıqla cavablandırır. Son sözünü yenə də Füzulinin igidlikləri, mənəvi keyfiyyətləri üzərində qurmaqla:

- Nə qədər azərbaycanlı yaşayırdı Xankəndidə?

- Çox. 18 min azərbaycanlı olmuşuq Xankəndidə yaşayan.

- Amma ermənilər daha çox idi?

- Elə bil ki. ermənilər zaman-zaman, əlaltından çoxaldı Xankəndidə. 

- Bəs əvvəllər ermənilərlə birlikdə necə yaşayırdınız?

- Vallah, yaxşı. Düzdü, erməni mənim düşmənimdi. Bu qədər doğmalarımı, millətimi qırıb. Ancaq o zamana qədər rahat yaşayırdıq. Elə bil bir günün içərisində üzləri döndü. Soruşduq, axı sizə birdən-birə nə oldu? Cavab vermədilər. Bunu İrəvan erməniləri, Koçaryangil elədilər. 1988-ci il sentyabrın 18-də evlərimizi yandırdılar gözlərimizin qabağında. Özümüz bom-boş çıxıb gəldik Kərkicahan qəsəbəsinə Xankəndinin. Ordan da Ağdamla danışdılar ki, camaat ac-susuz qalıb çayın kənarında. Onda Ağdamdan 3 böyük İkarus avtobusları göndərdilər.

- Koçaryan da Dağlıq Qarabağ ermənisi idi?

- Bəli. Mənim anamgilin evinin qonşuluğunda yaşayırdılar. Hələ 1966-cı ildə Xankəndidə üç azərbaycanlını yandırdılar. Bu zaman Koçaryanın atası şəhər sovetinin sədri işləyirdi. Mən uşaq idim. On bir yaşım vardı. Gördüm qoca nənəm anama deyir ki, Koçaryana Stepanakertdən çıxmaq üçün  24 saat vaxt veriblər. Onu, bir də Manuçarovu çıxardılar. Bu haqq-hesabları da Koçaryanla Manuçarov törədirdi. Sonra da oğlu Koçaryan davam etdirdi. Nə isə, onları çıxardılar göndərdilər İrəvana.

- Manuçarov yaşayırdı axı Xankəndidə, bağı-villası...

- Düzdü, Manuçarov sonradan icazə alıb qayıtmışdı Xankəndiyə. Amma Koçaryanın oğlunun qayıtmağı ilə prosesləri yenidən başladılar. Mən ermənilərin içərisində işləyirdim. Dillərini də bilirdim. Bir gün gördüm deyirlər ki, axşamüstü yığışıb gələrsiz “koltsevoy” (Xankəndinin mərkəzində dairəvi yer – N.Z.) deyilən yerə. Mənə dedilər sən gedə bilərsən evə. Səhəri münasibətim yaxşı olan bir iş yoldaşımdan soruşdum nə məsələ idi dünən? Dedi, Koçaryanın oğlu Robert gəlmişdi, iclas eləyirdi. Dedim hə tanıyıram, o mənimlə yaşıddı.

Bax o ata Koçaryanla Manuçarov bu hərəkətləri başlamışdılar, azərbaycanlıların qapısına kağız yazıb atırdılar ki, şəhərdən çıxmalısınız. Hələ Brejnevin hakimiyyəti vaxtlarında bu kağızları çox atırdılar. Atam da yığırdı aparıb verirdi Vilayət Komitəsinə. Sonra yığışdırdılar. Bir də Qorbaçov hakimiyyətə gələn kimi yenidən fəallaşdılar. Mən mühasib işləyirdim. Bir erməni gəlib dedi ki, artıq bu gündən bütün azərbaycanlıları işdən qovacaqlar şəhərdə. Dur get qoy kütlə gəlib səni qovmasın. Durdum geyindim çıxdım getdim. Yoldaşımı da həmin gündən işdən çıxartdılar.

- Siz Xocalıya gələndə orada yaşadığınız Fin evləri hazır idi?

- Bəli. Biz üç ay Ağdamda qalıb ora gətiriləndə bu evlər hazır idi. Burda Zamin bizə çox dayaq dururdu. Çayın sahilində, bağ-bağatlı bir evləri vardı. Yığıb onun mer-meyvəsindən də biz qaçqınlara pay gətirirdi. Yəni təkcə qoçaq yox, həm də gözəl insani keyfiyyətlər vardı onda.

Təbii, Adilə xanım. Qəhrəmanlığın bir tərəfi də insaniyyətlikdi. Qanda, gendə insanlıq olmasaydı, nə dediyiniz o qoçaqlıqlar olardı, nə milli qeyrət, nə də bunlardan vəcdə gələrək qanad açan qəhrəmanlıq...

Bu adama heykəl qoyulmalıdı, vallah!

(ardı var)

Nəzirməmməd ZÖHRABLI
Jurnalist-publisist



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ