Cümə günü, 13 noyabr 2026
     

Arzu Zeynallı: “Laçın mənim üçün dərd deyil, həsrət qaldığım uşaqlığımdır, yaşaya bilmədiyim gəncliyimdir”

Image


Bu 28 illik torpaq həsrəti, 28 əsrə bərabər işğal, bizə yaşatdığı dəhşətləri, faciələri, sarsıntıları ilə ömrümüzdən ömür aldı…

Vətənim Azərbaycanın 30 ildir düşmən tapdağı altında qalan hər bir qarışı, bütün varlığı ilə bu gün də həmin ağrı ilə yaşayır...

Bu gün Laçının işğal günüdür. Bir az əvvəl Şuşanın işğal tarixini varaqladıq, ondan əvvəl Ağdamın... bu siyahı uzundur… o qədər ki, hər ayımıza bir qara gün düşüb. Hələ 4 bir yandan öz dogma torpaqlarınla sərhəddə yaşamağın necə acı, necə bir cəhənnəm hissi olduğunu demirəm…

Bu acı hisslərlə məmləkətimdə özümü qaranlıq qəfəsə, məngənəyə salınmış, çırpınan bir quş kimi hiss edirəm… Elə  Laçına qayıdacağı günü xəyallarında yaşadan, Laçını nağıllara yazan laçınlı jurnalist Arzu Zeynallı kimi…

Bu gün məhz onun xəyallarına, arzularına qanad olub, Laçına yollandıq. Bizimlə danışan Arzunun nağıllara çevrilən Laçın xəyalları, xatirələri idi…

O, bu xatirələri mənə hər söhbətində danışır və biz əsirlikdə qalan torpaqlarımıza yas tuturuq. Həmin anlar özümə, hamıya, elə Arzuya verdiyim, bəlkə də ən acizanə, ən üsyankar sualım bu olur: “Laçını necə xatırlayırsan, Laçınsız necə yaşadın, Axı, Laçını niyə qoruya bilmədin Arzu?..

O da mənə eyni sualı verir: sən necə yaşadın Tahirə, sən niyə qorumadın dədə torpağını - Vedibasarı, Zəngəzuru, elə Laçını?..

Demək olar ki, bu, hər dəfə Arzudan dinlədiyim, ən kədərli, həm də ən şirin real hekayədir. Vətən sevgisi, vətən həsrəti, onu azad etmək eşqi, əzmi var bu hekayədə... O, danışanda ağlayır, hönkürtü ilə… mən də qoşuluram ona. Bəzən o, ağlamır, ağlayan mən oluram… İşğal günlərində torpaqlarımızın həsrətini beləcə ovundururuq… Xeyir, bu heç də acizliyimiz, zəifliyimiz deyil, əsla!.. Bu, düşmənə olan qəzəb hissinin qələbə yürüşündən əvvəl doğurduğu göz yaşlarıdır. Bilirik ki, daha belə davam etməyəcək!.. Buna əminəm. Çünki, Arzular, Mübarizlər qisas gününü gözləyir - ŞƏHİD, ya da QAZİ kimi…

Versus.az-ın baş redaktor müavini, tanınmış jurnalist Arzu Zeynallı suallara cavab verərkən gah bir uşaq, gah da bir döyüşçü oldu…

 “Şəhidlərdən utanıram… Sanki dil açıb, hansı üzlə hüzurlarına getdiyimi soruşurlar…”

- Arzu, Laçını səndən yenə soruşsam, onu necə təsvir edərdin?

- Laçın haqqında laçınlı şairlərimiz çox yazıblar, vəsf ediblər, ağrılarını, acılarını ədəbi dillə təsvir ediblər. Hər kəs onu necə görür, xatırlayırsa, o cür də təsvir edib. Düzü, bəlkə də mən yeganə laçınlıyam ki, Laçınla bağlı ictimai tədbirlərə can atmıram, işğal günündə Şəhidlər Xiyabanını ziyarət etməyə yollanmıram, kütləvi mərasimlərin təşkilində iştirak etmirəm. Bu 28 ildə saysam bəlkə də 8-10 dəfə laçınlılarla birgə toplantıda olmuşam. O da ilk vaxtlar. Həmin vaxtlar isə sakitcə çıxışçıları seyr etmişəm, bütün diqqətimlə və cəhdimlə daxilimdəki 18 yaşlı Arzunu ovutmaqla məşğul olmuşam. Tədbir iştirakçıları çıxış edib, mən onların üz cizgilərində Laçının “dal küçə”sini, “şəhərin başı”nı, “şəhərin ayağı”nı axtarmışam, “Dağdağan bulağı”ndan axan suyu ovuclamışam, “köhnə hamam” məhəlləsindən keçib kəndimizə gedən avtobus dayanacağına qaçmışam… Ağırdı mənə, çox ağır… Çünki aradan az vaxt keçməyib. Hər il eyni təkrarçılıqdan başqa heç bir yenilik, irəliləyiş yoxdur. Artıq utanıram Şəhidlər Xiyabanını ziyarət etməkdən. Şəhidlərdən utanıram… Sanki dil açıb, hansı üzlə hüzurlarına getdiyimi soruşurlar…

Soruşursan ki, Laçını necə təsvir edərdin… Çox deyil, bir neçə şeirimdə, bir az küncə çəkilib kağızlara köçürdüyüm düşüncələrimdə təsvir etmişəm. Nə qədər təsvir edə bilmişəm bilmirəm. Bilmirəm pis haldır, ya yaxşı haldır, amma Laçın və uşaqlığımın, yay tətillərimin keçdiyi kəndimiz olan Qovuşuq mənim gözlərimdə, baxışlarımda, xəyallarımdadır. Yalnız məni daha yaxşı tanıyanlar, duyanlar söhbətlərim zamanı onu görə bilir. Belə dillə, sözlə təsvir etməyi bacarmıram. Bir də adam təsvir etməyə də qorxur. Sanki Laçını o qədər vəsf etdik ki, hər kəsin tamahı keçdi. Qonşu ölkələrin gözü düşdü və əlimizdən aldılar. Eləcə də Şuşanı, Ağdamı, digər işğal edilmiş rayonları.

“Laçınsız qalmağım, Laçının işğalda qalması mənə çox əzab verir”

- Laçınsız 28 ilin 25 ilini səni tanıyıram və hər dəfə də Laçınlı günlərdən danışanda ağladığını görürəm. Özü də sən kiminlə gəldi bölüşmürsən o xatirələrini. Aradan 28 il ötür, amma hər dəfə sanki bu gün ayrılıbsanmış kimi həyəcanla, gözyaşı ilə danışırsan. Deyirlər ki, zamanla dərdlər köhnəlir, amma gör bu necə hissidr, bu nə dərddir ki, zaman keçdikcə təzələnir. Qaysaq bağlamayan bu yaranın adı nədir, dərmanı nədir…

- Hə, Laçınla bağlı göz yaşlarımı ancaq sən görmüsən. Nə bilim, bəlkə sən danışdıra bilibsən, yaxud, dinləməyi daha yaxşı bacarıbsan...

Laçın mənim üçün dərd deyil, həsrət qaldığım uşaqlığımdır, yaşaya bilmədiyim gəncliyimdir. Laçın dərd olsaydı köhnəlməsə də, qaysaq bağlayardı. Laçın mənim üçün sadəcə doğulub böyüdüyüm vətən deyil. Laçın sevdiyimdi. “Laçın” sözünün özünü belə sevirəm. Laçın mənim qanımdır, canımdır… O mənin damarlarımda, baxışımda, yerişimdədir. Bu yaranın adı “Əsir qalan vətən”, dərmanı isə Azadlığıdır. Yəqin ki, hər bir laçınlı üçün də bu, belədir. Və yəqin ki, çoxları özüylə Laçını tək görür, mənim kimi. Bir şeirimdə dediyim kimi:

Bir mən, bir də ki, Laçın...

Əsir düşmüşük!

Mən qəribliyin kölgəsində,

O, yadların caynağında.

 

Bir mən, bir də ki, Laçın...

Ayağımız dəymir yerə!

Mən taqəti kəsilmiş,

O, tapdanıb əzilmiş.

 

Bir mən, bir də ki, Laçın...

Açılıb göyə əlimiz!

Mən Vətən yalvarışlı,

O, övlad duaçısı.

 

Bir mən, bir də ki, Laçın...

Əzabın içində biz!

Mən qanadı qırılmış,

O, dizləri bükülmüş.

 

Bir mən, bir də ki, Laçın...

Uzalıdır qollarımız!

Mən ağuşuna sığınmağa,

O, qucub oxşamağa.

Nənələrim, əmim, atam Laçına həsrət köçdülər bu dünyadan. Hardasa onların ölümünə həsəd də çəkirəm. Özləri gedə bilməsələr də, yəqin ki, ruhları Laçını, Qovuşuğu gəzir…

Laçınsız qalmağım, Laçının işğalda qalması mənə çox əzab verir. Torpağının, evinin yağı düşmən əlində olduğunu bilə-bilə yaşamaq, ölümdür. Amma, bu gün hələ də ayaqdayıqsa, varıqsa, demək bizi yaşadan o ümiddir. Laçını azad etmək, ora yenidən dönmək ümidi... Laçın onu xəyallarımda  canlandıranda göz yaşlarıma sahib çıxa bilmədiyimə görə məni bağışlasın, özümdən asılı deyil. Bu da mənim üsyanımdır... Ona görə bağışlasın ki, mən ona ağlamalı deyiləm, onun üçün vuruşmalıyam...

“...“Laçına gedəndə” gözlərim yaşarır, özümü diz çöküb hönkürən görürəm”

- Arzu, bir dəfə “facebook” səhifəndə bir statusunda laçınlı günlərin haqqında xatirəni oxumuşdum. Mən xəyallarının əsirliyini yaşıyan bir gənci gördüm o xatirələrdə. Bilirəm ki, hər gün xəyallarında Laçına gedirsən. Orda Laçın səni necə qarşılayır - döyüşçü kimi, yoxsa bir uşaq kimi? Laçına dönən zaman özünü hansı obrazda görürsən?

- Hə, xatirələrimin əsiriyəm. Elə ki, Laçının adı çəkilir gözümün qarşısında böyük bir ekran açılır. O ekranda yaxşı-pis, yaşadıqlarımın hamısını görürəm.

30 il əvvəl filmlərdə uzun illərdən sonra nəhayət vətəninə dönə bilən insanların ayaqları vətən torpağına dəyən kimi necə diz çöküb onu öpdüklərini görəndə o yaşanan hisslər mənə çatmırdı. Fikirləşirdim filmdir də… Amma indi… Xəyalımda Laçına getdiyimi canlandıranda belə, gözlərim yaşarır, özümü diz çöküb hönkürən görürəm. Bununla bağlı şeirim də var:

İçin-için ağlamaqdan yoruldum,

Göz yaşımın damlasında boğuldum,

Vətənsizlik yanğısıyla qovruldum

Laçınımda hönkürmək istəyirəm!

 

Qucaqlayıb daş-kəsəyin yalayım,

Talan olmuş qəbirlərin ağlayım,

Yarasını yaralarımla bağlayım

Laçınımda hönkürmək istəyirəm!

 

Qismət ola dağ, dərəsin gəzişəm,

Laçınımsız çöl, biyaban, dəvrişəm,

Hayqırtıyla deyəm - geri gəlmişəm,

Laçınımda hönkürmək istəyirəm!

- Laçının laçınlılarla olan son günlərini necə xatırlayırsan?

- 1991-ci il idi, orta məktəbin sonuncü sinfini bitirirdik, son zəng öncəsi uşaqlarla 1941-1945 abidəsini ziyarət etdik, orda vədələşdik ki, 5 ildən sonra, yəni ali təhsili bitirib qayıdanda məktəblilərin son zəng günü burda görüşərik… O vəziyyətdə yenə də ümid edirdik ki, hər şey yoluna düşəcək. Amma məktəblərdən hərbi hazırlıq dərsləri üçün əyani vəsait olaraq istifadə edilən silahlar da həmin ərəfələrdə Laçına yerləşdirilən sovet əsgərləri tərəfindən yığılanda vəziyyətin ürəkaçan olmayacağı hiss olunurdu.

Hardan biləydik ki, ermənilər tarixi düşmənçiliklərini növbəti dəfə həyata keçirməyə başlayıblar...

“Ermənilər müharibə etmədikləri üçün qoruya bilmədik Laçını…”

- Hansı epizodlar yadından çıxmır. Bu işğal laçınlıların həyatında hansı faciəni yaşatdı? "Niyə Laçını qoruya bilmədik" sualını verərkən, hansı cavabı ala bilirsən?

…Ermənilər üç saatdan bir Laçını atəşə tuturdular. Atışma başlayan kimi hamı təlaşla, çığırtıyla yaxınlıqdakı kəndə tərəf qaçırdılar. Bir ananın uşağının əlindən tutub necə qaçdığını həmişə xatırlayıram. Ana qaçır, xəbəri yox idi ki, əlindən tutduğu körpəsini yerlə sürütləyir. Uşağın üz-gözü qan içində idi, çığırtısını isə o qədər çığırtının içində eşitmirdi…

Bizim evin bir qapısı “o tay” dediyimiz dağlara baxırdı. Hər axşam pilləkəndə oturub evlərin işıqlarını sayırdım… Hər gün işıqlar bir az azalırdı. Bu, məni ağladırdı. Hiss edirdim ki, daha Laçını görmüyəcəyik...

Laçında son Novruz bayramı da yadımdadır. Böyük atəşfəşanlıq, təmtəraqlı şənliklər… Sanki Laçında sonuncu yazı qarşılayırdıq…

Bir epizod da məni çox kövrəldir xatırlayanda. Laçından çıxırdıq artıq. Alt evə düşüb anamın taxçalara səliqə ilə düzdüyü mürəbbə, kampot bankalarına baxdım, qapını örtüb çıxdım. Sonra toyuq-cücənin saxlandığı qapını açdım, torbadakı dənləri yerə səpdim, digər kisəni isə aşırıb yarısını dağıtdım ki, bizdən sonra ac qalmasınlar. Qapılarını da açıq qoydum ki, dən qurtarsa çıxıb çöl-bayırda dənlənsinlər. İndi deyəcəksən ki, evdəkilər nə hayda imiş, sən nə hayda…

Laçının son günlərini sonralar atamın dilindən eşitdik. Mayın 10-da bizi Bərdəyə dayısıgilə yola saldı. Dedi kişilər toplaşıb döyüşəcəyik. Camaatdan silahlar götürülmüşdü, tək-tük adam silahını gizlədə bilmişdi. Silah da nə silah olacaqdı – təklülə, qoşalülə, ən yaxşı halda beşatılan. Bu silahla o boyda pulemyotun, avtomatın, digər yüksək texnikanın qarşısında nə etmək olardı? Atam mayın 16-da gəlib çıxdı. Ovurdları batmış, gözləri böyümüşdü… Əslində mən o simaya baxanda əlimi Laçından tamam üzdüm…

Bəzən görürsən kimlərsə qandı-qanmadı irad tutur ki, niyə döyüşmədiniz, niyə qaçdınız. Mən belələrinə cavab verə bilmirəm. Susuram… Bilirsən niyə? Elələrinin qarşısında hesab verirmiş kimi hiss etdirmək istəmirəm özümü. O sualı verənlərə baxanda “məndən ötdü, qardaşıma dəydi belə” səslənir qulaqlarımda…

"Niyə Laçını qoruya bilmədik" sualını verərkən, özümdən aldığım cavab bu olur: Ermənilər müharibə qanunları ilə döyüşmürdülər. Onlar ümumiyyətlə müharibə etmirdilər, sadəcə məhv edirdilər. Məhv etmək, yox etmək idi ermənlərin missiyası. Bu, tarixən belə olub və belə də davam edir… Məhz müharibə etmədikləri üçün qoruya bilmədik Laçını…

Nə isə… Danışılası çox xatirələr var. Hər şeyi olduğu kimi danışsam bir kitab olar. Müsahibəyə isə bu qədərini sığışdırmaq istəməzdim. Ən yaxşısı istəyənlər səhifələməyə başladığım kitabımdan oxusunlar.

“Bax o sözü eşitmək üçün Laçını qaytarmalıyıq”

- Xəyalında bir döyüşçüsən, Laçın uğrunda vuruşan döyüşçü. Vətən torpağını çox görmək istəyirsən, sülh platforması çərçivəsində Qarabağa edilən jurnalist səfərlərinə qoşulmaq istərdinmi?

- Əgər xəyalımda Laçın uğrunda vuruşan döyüşçüyəmsə, jurnalist səfərlərinə qoşulmağım ümumiyyətlə düz olmaz. Düzdür, jurnalistlərimizin sülh platforması çərçivəsində Qarabağa getməsi heç ürəyimcə olmadı. Onsuz da illərdir o yerləri xarici mətbuatın gözü ilə görürük. Dronlarla qeyd edilən görüntülər bütün sosial şəbəkələrdə paylaşılır. Ermənilər özləri necə lazımdır foto və videoların dili ilə acıq verirmiş kimi bizə virtual səyahət etdirirlər o yerləri. Amma bu azmış kimi düşmənin işğalında olan yerlərə elə düşmənin bələdçiliyi ilə də baxış keçirmək… Qəbullanmadım, vəssalam! O kimsə deyir e, heç olmasa gedim dədə-baba yurdumu görüm, onları nə anlaya bilirəm, nə də qınaya. Amma yazığım gəlir, çox pis, zavallıca yazığım gəlir…

- 28 illik ayrılıqdan sonra laçınlı qızın Laçına nə sözü var?

- Laçına biz laçınlıların sözü ola biməz. Amma yəqin ki, Laçının bizə çox sözü var. Bax o sözü eşitmək üçün Laçını qaytarmalıyıq.

- Dünənin laçınlısı ilə bu günün laçınlısının xarakterində nə dəyişib?

- Dünən tariximizi oxuyurdum, bu gün tariximizi yaşayıram, sabah isə tariximizdən boylanacam. Bu günün laçınlısı dünənin laçınlısına həsədlə baxır. Xarakter isə dəyişmir, insanın özü ilə doğulur, özü ilə ölür. Yəni dünənin laçınlısı ilə bu günün laçınlısı fərqli xarakterdə ola bilər.

“Amma biz hazır vəziyyətdə idik, özümüzü döyüşçü kimi görürdük… Olmadı”

- Heç bir laçınlıya yox, sənə bu sualı həmişə vermişəm və yenə təkrar edirəm: niyə Laçını qoruya bilmədin, Arzu?

- Yadımdadır ki, 1990-cı ilin 20 yanvar faciəsinə etiraz olaraq sinif yoldaşlarımla birlikdə Komsomol biletimizi “şəhərin başı” deyilən yerdə, mərkəzdə hamı ilə bərabər yandırdıq. Hələ o vaxtdan artıq məktəbdə tənəffüs zamanı oğlanlar partizan dəstəsi yaratmaqla bağlı öz aralarında söhbət edirdilər. Diqqətimiz onlarda idi, yəqin ki, belə bir dəstə yaratsaydılar bu işdə onları tək qoymayacaqdıq. Bilmirəm bunu Laçın uğrunda mübarizə adlandırmaq olar, ya yox, amma uşaqdan böyüyə hər kəs artıq Laçını düşməndən necə qorumaq barədə düşünürdü. Təbii ki, müəllimlər baş verən hadisələrin düşmən təxribatı olduğunu deyərək xüsusilə gəncləri sakitləşdirmək istəyirdilər. Amma biz hazır vəziyyətdə idik, özümüzü döyüşçü kimi görürdük… Olmadı…

Fakt budur ki, özümüzü qoruduq. Ümid edirəm ki, özümüzü qorumağımız əbəs olmadı. Artdıq, çoxaldıq, yüksək biliklərə yiyələndik, döyüş taktikalarına sahib olduq, tariximizi daha yaxşı öyrəndik və sair üstünlüklərə, keyfiyyətlərə sahibləndik. Hansı ki, bunlardan yararlanaraq o torpaqlarımızı geri qaytara bilərik.

- Bir jurnalist olaraq, necə hesab edirsən, torpaqlarımızın işğalı ilə bağlı dünyaya yetərincə məlumat ötürə, erməni vandallığını, işğal faktını göstərə bilmişikmi? Nə etməliyik?

- Jurnalistlər yalnız işğalla bağlı yazılarıyla bunu edə bilir. Elə məcburi köçkün həyatını yaşayanlarla bağlı hazırlanan video-müsahibələr, şəhidlərimizdən bəhs edilən və müxtəlif dillərdə tərcümə edilən kitab və jurnallar da bu qəbildəndir. Yalnız jurnalistlərin deyil, hər bir ictimai-siyasi, sosial, mədəni sahənin insanları bu yöndə əllərindən gələni edirlər. Amma sanki dünya özü kar və kordur. Nə eşitmək, nə də görmək istəmir. Düzdür, o başqa məsələdir ki, hər bir halda apardığımız təbliğat 30 ilə yaxın bir müddət üçün bu çox azdır. 30 il ərzində ən azı 30 ən mükəmməl, dünyaya səs sala biləcək filmlər çəkmək olardı. Çünki ən güclü təbliğat da elə filmdir. Digər dövlətlər yaşadıqları müharibəni, müsibəti elə lentə alıb yayırlar ki, baxdıqca o aləmə düşürsən sanki, tarix gözlərində varaqlanır. Təəssüflər olsun ki, bizə o cür filmlərə baxıb həsəd çəkmək qalır.

Dünyanın diqqətini çəkmək üçün xarici aktyorları, hansı ki, dünya özü sevir o aktyorları, dəvət etmək, yüksək texnologiya bilicilərini bu işə cəlb etmək lazımdır.

Eyni zamanda, istər orta, istər ali məktəblərdə tariximiz, faciələrimiz barədə yalnız anım günlərində xatırlamaqla deyil, dərslik vəsaiti kimi hansısa bir formada işlər görmək olar.

İctimai yerlərdə soyqırımlarımız göstərilən monitorlar quraşdırılmalıdır. Şəhidlər Xiyabanının girişindəki böyük ekran lövhədə də lazer üsulla işıqlandırılmaqla soyqırım, işğal kadrlarını nümayiş etmək olar. İdeyalar çoxdur və mən əminəm ki, hər bir vətəndaşımızın fikrində bu yöndə ideyalar çoxdur. Sadəcə dinləyən, dəyərləndirən lazımdır.

- Sənin Laçınla bağlı bir nağılın da var…

- Hə, yazmışdım bir yuxumu… Gəl elə o nağılla da söhbətimizi bitirək. Çünki ondan sonra davam edə bilmiyəcəm…

- Danış, o nağılın yaxşı bitəcəyinə inanıram.

- … Biri var idi, biri yox idi.

Dağların qoynunda qocaman bir Laçın var idi. Laçının o qədər oğul-uşağı, nəvə-nəticəsi, kötücəsi var idi ki, hər kəs, bütün yadellilər ona paxıllıq edərdi.

Laçın hər millətdən olan insanlara icazə vermişdi ki, onlar da onun övladları ilə birlikdə yaşasınlar. Laçının bu qonaqpərvərliyi barədə bütün məmləkətin xəbəri var idi və buna görə onu daha da sevirdilər…

Lakin günlərin bir günü süfrəsinin bir kənarında yer verdiyi millətlərdən biri onun bu qüdrətini əlindən almaq fikrinə düşdü...

…Qara bulud göy üzünü qəfil aldı. Laçın güllə səslərindən diksindi. Bu qəfil hücumdan qorxub pərən-pərən düşən övladlarını bir yerə toplamaq üçün özünü unudub, onların dalınca dartındı. Ancaq sinəsində açılan şırımlar onu hərəkət etməyə qoymurdu...

Laçın çırpınırdı, Laçın dəli bir bağırtı salmışdı aləmə. Övladları onun harayından xəbərsiz kimi başlarını götürüb hara gəldi qaçırdılar. Laçın bilirdi ki, düşməni dəf etməyin yeganə yolu hamılıqla bir yerdə olmaq, gələnlərin ağzından vurub geri qaytarmaqdadır. Ancaq bunu balalarına necə başa salsın ki, onlar öz canlarını xilas etməkdən başqa heç nə düşünə bilmirdilər. Laçın var-gücünü toplayıb, bütün səsi ilə QAYIDIN! dedi. Onun səsi bütün dağ-dərədə əks-səda verdi. Bircə övladları sanki kar olmuşdular…

Laçın sinəsinə dəyən zərbələrin qarşısında getdikcə heydən düşür, səsi xırıldayırdı. Taqətsiz halda dizləri üstə çökdü. Qəhərdən boğulan səslə son dəfə QA..YI..DIN… dedi. Başı taqətsiz halda sinəsinə əyildi... Gözlərindən axan yaş bütün yeri-göyü yandırdı… Ah-nalə etdi Laçın…

Aradan çox illər keçdi. Bu illər ərzində Laçın elə bir gün, elə bir an olmadı ki, başını qaldırıb gözlərini uzaqlara dikərək yalnız özünün eşidə biləcəyi səslə «qa..yı..dın...» - deyə, hayqırmasın...

..Bu müddət ərzində çörəkləri dizlərinin üstündə olan yağılar onun canını çox yaxdılar. Bütün gözəlliklərini məhv edib, sinəsinə dağ çəkdilər. Amma bu yaralar Laçının daxilindəki yaraların yanında heç nə idi. Onu burda tək qoyan övladlarının acısını çəkirdi. Bircə qayıtsınlar… Laçın onları əvvəlki kimi bağrına basardı. Nə küsərdi, nə inciyərdi, elə hey sevələyərdi...

..Laçın hər gün gözləyirdi övladlarını. İnanırdı ki, bir gün yaşadıqları qorxu onları tərk edəcək və onlar geriyə ANAlarına qayıdacaqlar. O gün yaxındaydı. Yuxusuna inanırdı Laçın. Bilirdi ki, gec-tez bu yuxular gerçəkləşəcək, ana-bala həsrətinə son qoyulacaq…

...Bir səhər də nağıla bənzər bir yuxunun şirinliyi ilə gözlərini açmışdı Laçın. Yuxuda görmüşdü ki, neçə illərdir yad nəfəsi, yad səsi ilə mundarlanan havasında qəfil bir dəyişiklik, təmizlik hiss olunur. Qulağına doğma addım, şirin danışıq səsləri gəlir. Sinəsinə əyilməkdən daha da ağırlaşan başını güc-bəla ilə qaldırıb yollara baxsa da, heç nə görmür. Səslər isə getdikcə daha da yaxınlaşırdı. Laçın əllərini dizlərinə dayayıb bütün vücudunu silkələyərək üstündəki ağırlıqları yerə tökür və ara-sıra eşidilən səslərə bir daha diqqət kəsilir. Səslər yaxınlaşdıqca aydınlaşır. Laçın neçə illərdir hərəkətsiz qalmaqdan daşa dönmüş əlləri ilə mamır bağlayan gözlərini silir. Gördükləri ona illərdir çəkdiyi bütün ağrı-acıları unutdurur...

Qəhərdən tutulan səsi birdən-birə açılır, zəifləyən gözlərinə işıq gəlir, küyüldəyən qulaqları da səsi səsdən seçməyə başlamışdı, bir andaca canlanır, cavanlaşır, taqəti kəsilmiş dizlərinə güc gəlir, əvvəlki vəziyyətinə qayıdır. Sevinirdi Laçın...

…Laçın elə dodağında donmuş təbəssümlə də gözlərini açdı. Daha sinəsinə dağlar çəkən ermənilərin, yadların səslərini eşitməz olmuşdu. Laçın bu səhərki yuxusunun mütləq çin olacağına inanırdı…

- Hə Arzu, Laçına mütləq qayıdacağıq. Ola bilər ki, o zaman 28 illik həsrətin sənə yuxu kimi görünsün. Sənin kimi vətən eşqi ilə yaşayan qızlar, oğullar varkən, inan ki, o gördüyün yuxun çin olacaq. Söz verdiyin kimi, sən də məni Laçında gəzdirəcəksən. İndidən sənin o yerləri mənə necə həvəslə, sevgi, həyəcanla göstərdiyini düşünməyimin özü belə məni təsirləndirir...

İnşaallah! Allah Qəzamızı Mübarək Eləsin!

TAHİRƏ QAFARLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ