Azərbaycan Respublikasında 40 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan baki-xeber.com-a bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 1894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1411 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 458 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.