Cümə günü, 13 noyabr 2026
     

Heydər Əliyev Fondunun kasıb-kusuba göndərdiyi yardım məmurların evindən çıxır - rəzalətin son həddi...

Image


Pandemiya ilə mübarizə dövründə xalqımızın birliyə, həmrəyliyə nail olması müşahidə edildi və bu diqqətçəkən nümunə həqiqətdən də cəmiyyətdə müsbət əks-səda yaratdı.

Koronavirus dönəmində Azərbaycan dövləti, Heydər Əliyev Fondu, ayrı-ayrı ictimai təşkilatlar, iş adamları, imkanlı vətəndaşlar tərəfindən qayğıya ehtiyacı olan şəxslərə xüsusi yardımlar edildi. Biz, demək olar ki, hər gün bu yardımlar haqqında məlumatlar alırıq. Amma təəssüflər olsun ki, sözügedən qurumlar tərəfindən ehtiyacı olan insanlara göndərilən yardımların bəzi yerli icra hakimiyyəti başçıları və məmurlar tərəfindən mənimsənilməsi faktı ortaya çıxıb. Onlar bu yardımları ehtiyacı olan təbəqəyə yönəltmək əvəzinə, onu özlərinin və qohum-əqrabalarının evlərinə daşıyıb yığıblar ki, sonra satıb pula çevirsinlər.

Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bu məsələni də xüsusi qeyd edib: “Pandemiya ilə əlaqədar bu gün Azərbaycan dövləti bütün resursları səfərbər edib, ilk növbədə, vətəndaşları, onlara həyatını, sağlamlığını qorumaq üçün əlindən gələni edir. Operativ Qərargah, bütün aidiyyəti qurumlar gecə-gündüz işləyirlər. Hər gün bizim birinci və günün axırında sonuncu əsas işimiz bu məsələ ilə məşğul olmaqdır. Nə qədər adam xəstələndi, nə qədər adam sağaldı, neçə nəfər xəstəxanalara yerləşdirildi, onların vəziyyəti necədir, ağır vəziyyətdə olan vətəndaşların durumu, onların sağalma şansları necədir - biz gecə-gündüz bununla məşğul oluruq. Dövlət, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu, ayrı-ayrı sahibkarlar, ayrı-ayrı imkanlı adamlar öz təşəbbüsləri ilə gedib kasıb insanlara əl tuturlar. Bu yardımı mənimsəməyə nə ad vermək olar?! Bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən göndərilmiş ərzaq paylarını da aparıb öz qohumlarının evlərində saxlayırlar ki, sonra onları satsınlar. Biz buna gözmü yumacağıq? Belə adamlar ən ciddi cəzaya layiqdirlər.

İndi dünya liderlərinin bir çoxu qeyd edir ki, pandemiya müharibədir. Bəli, mən bu tezislə razıyam. Əgər indiki şəraitdə bunlar özlərini belə aparırlarsa, bundan daha ağır vəziyyət yaranarsa, onda bunlar nə edəcəklər? Bunun bir adı var – vicdansızlıq və xəyanət. Ona görə bundan sonra bu ünsürlərə qarşı mübarizə daha ciddi aparılmalıdır”.

  • Əhməd Abbasbəyli: “Heydər Əliyev Fondu və digər təşkilatlar tərəfindən sosial cəhətdən zəif insanlara göndərilən yardımları mənimsəyən icra başçıları...”

“Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, tanınmış sosioloq Əhməd Abbasbəyli baki-xeber.com-a bildirdi ki, Prezident İlham Əliyevin çıxışını əvvəldən sona qədər dinləyib.   Ə.Abbasbəylinin sözlərinə görə, Prezidentin bu çıxışında səsləndirilən fikirlərin hamısı cəmiyyəti ciddi narahat edən məsələlərə aiddir. “Prezidentin bu çıxışını əvvəldən axıra qədər dinlədim və çox emosional, eyni zamanda da çox səmimi bir çıxış idi. Hesab edirəm ki, icra başçılarının, eləcə də ayrı-ayrı vəzifəli şəxslərin işlərində hansısa qüsurlar ola bilər, amma onların bu cür cinayətlərə əl atmasına ad vermək çətindir. Kasıbların, sosial cəhətdən zəif olan insanların haqqını yemək üçün gərək çox aşağı düşüncəli biri olasan. Görün bu məmurlar nə qədər acgöz, nə qədər vicdansız və nankordurlar ki, yardım üçün ayrılan pulu, eləcə də ərzaq məhsullarını da mənimsəyirlər. Onsuz da icra başçılarının, eləcə də başqa məmurların saysız obyekti, gəlir yerləri var. Bu, qanundankənar haldır. Bu məmurlar bir çörəyə ehtiyacı olan insanın çörəyinə əl uzatmaqla böyük cinayət törətmiş olurlar. Dövlətimizin, xalqımızın pandemiya ilə mübarizə apardığı bu ağır günlərdə dövlətlə yanaşı, vətəndaşlar da bütün güclərini səfərbər edirlər. Bu gün az-çox imkanı olan şəxslər imkansız adamlara dəstək olurlar. Bütün cəmiyyətin dövlətlə həmrəylik göstərib kasıb təbəqəyə yardımlar etdiyi bir vəziyyətdə bəzi icra başçılarının, məmurların bu yardımları mənimsəməsi bağışlanması mümkün olmayan məsələdir. Cənab Prezident də bildirdi ki, belələrinə qarşı amansız davranılacaq və onlar törətdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər”.

Ə.Abbasbəyli bildirdi ki, icra başçıları, məmurlar özləri camaata yardım etmirlərsə etməsinlər, amma Heydər Əliyev Fondunun, eləcə də digər qurumların, ayrı-ayrı şəxslərin kasıblara ayırdığı yardımları mənimsəməsinlər. Rayon icra hakimiyyətlərinin vəzifəsi rüşvət yığmaq, dövlət əmlakını talamaq, vətəndaşların cibinə girmək, onlara ayrılan sosial yardımları mənimsəmək olmadığını deyən Ə.Abbasbəyli qeyd etdi ki, onlar camaatın problemləri ilə məşğul olmalı, insanların məmnunluğunu təmin etməlidirlər. Ə.Abbasbəylinin sözlərinə görə, indiyə qədər sosial yardımları mənimsədikləri üçün bir neçə məmur və icra başçısının vəzifəsindən azad edilərək cinayət məsuliyyətinə cəlb edilməsi başqalarına dərs olmalı idi, amma olmayıb. “Hesab edirəm ki, pandemiya dövründə Heydər Əliyev Fondu və digər təşkilatlar tərəfindən sosial cəhətdən zəif insanlara göndərilən yardımları mənimsəyən icra başçıları bununla xalqımıza qarşı mənəvi genosid törədiblər. Çünki bu ağır dövrdə imkansız insanların əlindən çörəyinin alınması mənəvi genosiddir. Buna başqa ad verə bilmirəm. Prezidentin çıxışı cəmiyyətə bir siqnal idi. Hesab edirəm ki, bundan sonra bu kimi əməllər törədənlərə qarşı daha ağır cəzalar tətbiq ediləcək” - deyə Ə.Abbasbəyli bildirdi.          

  • Əhməd Qəşəmoğlu: “Kasıb insanların ruzisinə göz dikən, onlara ayrılan yardımları mənimsəyən şəxslərlə bağlı daha sərt tədbirlər görülməlidir”

Digər tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu da bizimlə söhbətində yardımları mənimsəyən məmurların həm o vəzifəyə layiq olmadığını, həm də kifayət qədər insanlıq prinsiplərindən uzaq olduğunu qeyd etdi: “Bəzi dövlət məmurlarının, vəzifəli insanların, xüsusən də icra başçılarının bu kimi cinayətlər törətməsi halları mövcuddur. Bunu cənab Prezident də vurğuladı. Bu insanların çoxu heç o vəzifəyə layiq adam deyil, ona görə də onların səlahiyyətlərindən sui-istifadə edərək yardımlara əl qoyması, onları müxtəlif yerlərdə gizlətməsi, qohumlarına verməsi və s. mənə təəccüblü gəlmədi. Çünki bu adamlar dövlət vəzifəsinə layiq adamlar olmayıblar. Açıq görsənən budur ki, onları xalqın və  dövlətin  maraqları düşündürmür. Götürək elə Biləsuvarın həbs edilən icra hakimiyyəti başçısını. Bu adam kafedə kababçı işləyib, 40 yaşında pul gücünə diplom alıb və bəzi məmurlar tərəfindən irəli çəkilib, nəhayət, icra başçısı olub. Belə adamı pul qazanmaqdan, haram tikə yeməkdən başqa heç nə maraqlandırmır. Fikrimcə, kasıb insanların ruzisinə göz dikən, onlara ayrılan yardımları mənimsəyən şəxslərlə bağlı daha sərt tədbirlər görülməlidir. Düşünürəm ki, son dövrlər yardımların mənimsənilməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən insanlar həm də törətdikləri mənəvi cinayətə görə cavab verməlidirlər”.

Ə.Qəşəmoğlu hesab edir ki, belə şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onların əməllərinin ifşa edilərək cəmiyyətə çatdırılması başqaları üçün də dərs olmalıdır.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ