Cümə günü, 13 noyabr 2026
     

“Mobil notariatlar” etibarnamə verilişlərinə başladı - Azərbaycanda daha bir ilk...

Image


Məlum olduğu kimi, artıq "Mobil notariat"la etibarnamə verilməsinə başlanıb. Prosesə start verildiyi ilə bağlı məlumat Ədliyyə Nazirliyinin keçirdiyi “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda videokonfransda səsləndirilib.

“Ədliyyə xidmətlərinə əlçatanlığın asanlaşdırılması məqsədilə mobil notariatın imkanları genişləndirilərək növbəti addım kimi əhaliyə yeni – nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin elektron qaydada təsdiq edilməsi xidməti təqdim olunur” - deyə sözügedən konfransda vurğulanıb.

Qeyd edilib ki, bu xidmət mülkiyyətçi və ya etibarnamə əsasında onu təmsil edən şəxsin avtomobilin satılması, bağışlanması, dəyişdirilməsi, ipotekaya qoyulması, icarəyə verilməsi, daxili işlər orqanlarında qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması üzrə səlahiyyətlərin seçim üzrə bütünlüklə, yaxud qismən digər şəxsə verilməsini təmin edir.

Yeni mobil tətbiq vasitəsilə avtomobil sahibləri, o cümlədən, ölkədən kənarda olan vətəndaşlar mülkiyyətçisi olduğu nəqliyyat vasitəsinə dair etibarnaməni heç yerə getmədən onlayn qaydada verə biləcəklər.

Fasiləsiz rejimdə göstərilən yeni xidmətin əsas özəlliyi ilk dəfə olaraq etibarnamələrin rəsmiləşdirilməsində videoyazı vasitəsindən istifadə edilməsidir ki, bu da həmin əqdlər üzrə sui-istifadə və vətəndaşların əmlak hüquqlarının pozulmasının qarşısını almağa xidmət edir.

Etibar edən şəxsin razılığı barədə "Mobil notariat" tətbiqində aparılan videoçəkiliş aidiyyəti notarius tərəfindən yoxlanıldıqdan və etibar edən şəxs isə hüquq və vəzifələri barədə ətraflı izahlar əldə etdikdən sonra etibarnamə qanunvericiliyə uyğun qaydada təsdiq edilir.

Etibarnamələrin elektron nüsxəsi mobil tətbiqin qovluğunda saxlanmaqla istənilən yerdə təqdim oluna bilər. Eyni zamanda, verilmiş etibarnamələr təsdiq edildikdə bu barədə məlumat dərhal daxili işlər orqanlarına informasiya sistemi vasitəsilə ötürülür.

Bu gündən tətbiq edilən yeni xidmətdən nəqliyyat vasitələrinin mülkiyyətçiləri mobil telefonların “App Store” və “Google Play” satış platformalarından "Mobil notariat" tətbiqini ödənişsiz yükləməklə, habelə artıq istifadəçi olanlar isə proqramı yeniləməklə rahatlıqla istifadə edə bilərlər.

Elektron etibarnamələrin verilməsi qaydası barədə ətraflı məlumat Ədliyyə Nazirliyinin “Facebook” sosial şəbəkə səhifəsində yerləşdirilib.

Qeyd edək ki, pandemiya dövrü ilə əlaqədar olaraq bu yenilikdən bütün vətəndaşlar, ən çox da 65 yaşdan yuxarı insanlar istifadə etməyə başlayıblar.

“Elektron sistem üzrə verilən etibarnamələr xaricdə yaşayan vətəndaşlarımızın da işinin asanlaşdırılması üçün çox müsbət bir vasitədir”

Nazirliyin yeni onlayn layihəsinin əhəmiyyətini şərh edən tanınmış hüquqşünas Əziz Qəmbərov “Bakı-Xəbər”ə bildirdi ki, bu, vətəndaşlar üçün nəzərdə tutulan xidmətlərin əlçatanlığının təmin edilməsi baxımından çox müsbət haldır: “Əvvəlcə qeyd edim ki, Ədliyyə Nazirliyinin tətbiq etdiyi bu layihənin vətəndaşlar üçün böyük əhəmiyyəti var. Xüsusən də pandemiya dövründə belə bir layihənin gerçəkləşdirilməsi təqdirəlayiqdir və faydalıdır. Dövlət vətəndaş üçün bu istiqamətdə xidmətin əlçatanlığı üçün mühüm addım atıb. Burada əsas diqqətçəkən məsələ dövlətin həyata keçirdiyi bu layihənin yaratdığı imkanlardan vətəndaşın məsuliyyətlə istifadə etməsi və sui-istifadə hallarına yol verməməsi ilə bağlıdır.

Əgər elektron etibarnaməni verən şəxsin özü elektron sistemin arxasında olacaqsa və öz iradəsini ifadə edəcəksə, təbii ki, bunun çox böyük effekti olacaq. Vətəndaş bu sistemdən istifadə etməklə notariat ofislərinə getməyəcək, vaxt itkisindən, nəqliyyat xərcindən xilas olacaq. Bu, vətəndaşa  elektron etibarnamənin qazandırdığı üstünlüklərdən biridir. Bunun müsbət tərəflərindən biri də ondan ibarətdir ki, bu sistem vasitəsilə təkcə Azərbaycan ərazisində deyil, dünyanın hər yerindən “mobil etibarnamə”nin verilməsinin mümkün olmasıdır. Hazırda elə vətəndaşlarımız var ki, pandemiyaya görə xaricdədir, yaxud orada işlədiyi üçün Azərbaycana gələ bilmir və təcili bir etibarnamə verməlidir. Onlar gedib yaşadıqları ölkənin notariat ofislərinə müraciət etmək məcburiyyətində qalır və həmin etibarnaməni verən zaman əlavə xərclər ödəyirlər. Əlavə xərclər həmin etibarnamənin tərcümə edilməsi və sairdən ibarədir. Bunlar böyük xərc tələb edir. Ancaq elektron sistem üzrə verilən etibarnamələr xaricdə yaşayan vətəndaşlarımızın da işinin asanlaşdırılması üçün çox müsbət bir vasitədir”.

Ə.Qəmbərovun sözlərinə görə, elektron etibarnamənin tətbiq edilməsi müsbət haldır, ancaq bundan sui-istifadə halları da ola bilər. “İndi gənc və orta nəslin nümayəndələri müasir texnologiyanı bildikləri üçün rahat şəkildə etibarnamə verə bilərlər. Əsas problem yaşlı nəsillə bağlı yaşana bilər. Bu problem nədən ibarət ola bilər? Tutalım, yaşlı nəslin hansısa bir nümayəndəsi öz iradəsini ifadə etmək üçün müvafiq məsələlər üzrə bir etibarnamə vermək istəyir, amma onun müasir informasiya texnologiyalarından istifadə etməklə bağlı təsəvvürü yoxdur. Bu halda o, kömək üçün bir başqasına müraciət etməli olar. Bu halda həmin adam ona müraciət edən yaşlı şəxsi aldada da bilər. Yəni yaşlı insanın ona göstərdiyi etibardan sui-istifadə edərək onu aldada, həmin etibarnaməyə başqa səlahiyyətlər də əlavə edə bilər, bu etibarnaməni öz maraqlarına yönəldər. Yəni həmin şəxsin bu etibarnaməni öz istədiyi şəkildə tərtib etməsi və bunun yaşlı şəxsin iradəsini ifadə etməməsi təhlükəsi də yarana bilər. Bu da gələcəkdə problemlər yaradar, məhkəmə predmeti olar. Bu ehtimallar da, təhlükələr də var. Bilirsiniz ki, Azərbaycanda yaşlı nəslin çox böyük bir hissəsinin texnologiyadan istifadə bacarığı yoxdur. Çox təəssüf ki, müəyyən insanlar onlara kömək üçün müraciət edən yaşlı insanların etibarından sui-istifadə etməyə meyl göstərirlər. Belə hallar ənənəvi etibarnamə verilmə prosesində çox olub”.

Ə.Qəmbərov xüsusi vurğuladı ki, vətəndaşlar, xüsusən də yaşlı nəslin nümayəndələri elekton etibarnamə verərkən diqqətli olmalıdırlar ki, bunu onun əvəzindən edən şəxslər vətəndaşın etibarından sui-istifadə etməsinlər.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ