Cümə günü, 13 noyabr 2026
     

Karantin müddəti mayın 31-dək uzadıldı - Aktiv yoluxma zonaları - Gəncə və Lənkəran...

Image


Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.

Bu barədə baki-xeber.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Eyni zamanda, əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına qərar verilib.

Məhdudiyyətlərin yumşaldılması mövcud sanitar-epidemioloji vəziyyət, xəstə sayı və yoluxma sürəti əsas götürülərək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçirilir.

Bununla əlaqədar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən:

• dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunur (fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcək);

• “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;

• xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;

• bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;

• bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən:

• yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;

• “DOST” mərkəzləri xidmət göstərdikləri ərazilər üzrə ünvanlı dövlət sosial yardımı və sosial sahə üzrə bank kartlarının təqdim olunması istiqamətlərində fəaliyyətini bərpa edir;

• dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur;

• restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);

• bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür;

• qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur (ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna olmaqla);

• xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyəti bərpa edilir;

• bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olunur;

• bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunur.

Xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

Respublika üzrə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılır.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların, habelə ticarət və xidmət sahələrinin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir.

Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız zəruri hallarda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməyə, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.

Növbəti mərhələdə sanitar-epidemiloji vəziyyətdən asılı olaraq mövcud məhdudiyyətlərdən daha bir qisminin aradan qaldırılması ilə bağlı qərar veriləcək.

Qeyd edək ki, COVID-19 virusu ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək müvafiq qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə bağlı ölkədəki vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.

  • 65 yaşdan yuxarı şəxslərin məsələsinə mayın 11-dən sonra baxılacaq

“Mayın 11-dən sonra 65 yaşdan yuxarı şəxslərin evdən çıxması məsələsinə baxılacaq”. Bunu isə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mayın 11-dək ölkədəki vəziyyət qiymətləndiriləcək və vəziyyətdən asılı olaraq qərar veriləcək: "Mayın 4-dən tətbiq edilən yumşaldılmaya ola bilsin ki, mayın 11-də yenidən baxılsın və həmin mərhələdən sonra yumşaldılma haqqında qərar qəbul olunsun və yaxud əksinə. Situasiya diqqətlə izlənəcək və yumşaldılma barədə qərar qəbul olunacaq".

  • Sağalmış koronavirus xəstələrinin plazmasının ağır xəstələr üzərində tətbiqi üçün işlərə başlanır

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı isə deyib ki, sağalmış koronavirus xəstələrinin plazmasının ağır xəstələr üzərində tətbiqi üçün işlərə başlanır. Yəqin ki, mayın 2-dən ilkin donorlardan plazma alınaraq onların pasportlaşdırılmasına başlanacaq.

Onun sözlərinə görə, yoluxma hallarının aşkarlanması davam etdirilir: “Ölkədə diaqnostik müayinələr də davam etdirilir. Hazırda Azərbaycanın bütün bölgələrində PSR laboratoriyaları fəaliyyət göstərir. Müayinə nəticəsi pozitiv aşkar edilən xəstələrin yaxınları müəyyən edilərək onların da müayinəsi aparılıb”.

  • İlk modul tipli xəstəxana gələn həftə təhvil veriləcək

R.Bayramlı bildirib ki, gələn həftə Azərbaycanda ilk modul tipli xəstəxana TƏBİB-ə təhvil veriləcək. Onun sözlərinə görə, hazırda ölkədə modul tipli xəstəxanaların tikintisi davam etdirilir:

“Gələn həftə ərzində ilk xəstəxana TƏBİB-ə təhvil veriləcək. Bu xəstəxananın işçiləri üçün təlimlər başa catmaq üzrədir. Belə xəstəxanaların tikintisi ilə çarpayı fondu və kadr potensialı daha da zənginləşdirilir”.

  • Həftələr üzrə yoluxma sayında azalma...

R.Bayramlı Azərbaycanda həftələr üzrə yoluxma sayında azalma müşahidə edildiyini deyib. Onun sözlərinə görə, amma aprelin 27-dən sonrakı həftə ərzində karantin rejiminin yumşaldılması ilə əlaqədar yoluxma sayındakı azalma tendensiyasında da bir azalma müşahidə edilir. Bu da onu göstərir ki, biz hər cür ssenariyə hazır olmalıyıq: "İndiyədək Azərbaycanda 1 854 nəfər koronavirusa yoluxub, 25 nəfər isə dünyasını dəyişib. Hazırda 464 nəfər aktiv xəstə Bakıda və regionlarda ayrılmış xüsusi xəstəxanalarda müalicəsini davam etdirir. Onların 20-si reanimasiyadadır ki, bu xəstələrdən 8-i süni tənəffüs aparatına qoşulub".

R.Bayramlı bildirib ki, ölkə üzrə yoluxma hallarının təxminən 50 faizi Bakının payına düşür. Yoluxma hallarının 22 faizi 50-59 yaşlı insanlar arasında qeydə alınır. Yoluxma halları daha çox qadınlar arasında müşahidə edilir.

  • Aktiv yoluxma halları daha çox Gəncə və Lənkəranda müşahidə edilir

R.Bayramlı qeyd edib ki, hazırda koronavirusa aktiv yoluxma halları daha çox Gəncə və Lənkəranda müşahidə edilir. Onun sözlərinə görə, bu, həmin ərazilərdə əhalinin karantin rejiminə əməl etməməsinin nəticəsidir: “Buna görə də əhalini karantin rejiminin tələblərinə daha ciddi əməl etməyə çağırırıq. Əgər göstəricilər arzuedilməz səviyyədə dəyişərsə, sərt və uzunmüddətli məhdudiyyətlər tətbiq edilə bilər".

  • ...qoruyucu vasitələrdən istifadə məcburi olacaq

R.Bayramlı bir sıra ictimai yerlərdə qoruyucu vasitələrdən istifadənin məcburi olacağını deyib. Onun sözlərinə görə, Azərbaycanda karantin rejimi ilə əlaqədar vətəndaş qəbulu, ictimai nəqliyyatda, bazar və yarmarkalarda, turizm və ictimai iaşə obyektlərində, ayrı-ayrı ofislərdə fəaliyyətin hərəkəti üzrə 6 yeni təlimat göstərişləri hazırlanıb.

TƏBİB sədri bildirib ki, göstərişlər müvafiq orqanlara təqdim edilib: "Mayın 2-də onlar koronavirus.info saytında yerləşdiriləcək. Bu təlimatların icrası çox ciddi şəkildə həyata keçirilməlidir”.

R.Bayramlı qeyd edib ki, ictimai yerlərdə sosial məsafənin saxlanması önəmlidir: “Bir sıra ictimai yerlərdə qoruyucu vasitələrdən istifadə məcburi olacaq. Bununla bağlı məsələ təlimatlarda öz əksini tapacaq”.

  • Narıncı zonada koronavirusa yoluxma daha təhlükəlidir

“Narıncı zonada koronavirusa yoluxma daha təhlükəlidir. Bu zonada icazə əvvəlki sistemlə qalacaq. Sarı zonada isə karantindən çıxış daha sürətlidir”. Bunu isə İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, icazə sistemi rayonlarda ləğv olunub. Vətəndaşın evdən hər hansı yerə getməsi üçün icazəyə ehtiyac yoxdur. İ.Məmmədov qeyd edib ki, dövlət orqanlarında işləyənlərin sayında tədricən artım olacaq. Amma bəzi qadağalar hələ də qüvvədə qalacaq.

Qeyd edək ki, sanitar-epidemioloji vəziyyətə əsasən narıncı rənglə qiymətləndirilən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundan sarı rənglə qeyd olunan ölkənin digər ərazilərinə gediş və gəliş qadağası qalır. Lakin sarı zona və narıncı zona daxilində hərəkət sərbəstdir.

  • Kütləvi tədbirlərlə bağlı qadağa hələ də qüvvədədir

İ.Məmmədov deyib ki, Azərbaycanda kütləvi tədbirlərlə bağlı qadağa hələ də qüvvədədir. Onun sözlərinə görə, növbəti mərhələdən sonra bu məsələyə baxılacaq: "Hələlik qadağalar mövcuddur. Bundan əlavə, idman oyunları və digər kütləvi tədbirlərə də icazə verilmir. Hazırda yeni yoluxmalar qeydə alınsa da, vəziyyətə nəzarət olunur. Amma hələ ki, yoluxma halları olduğundan, bu qadağalar ləğv edilmir".

Toy və yas mərasimlərinə tətbiq olunan qadağanın da aradan götürülmədiyini deyən İbrahim Məmmədov əlavə edib ki, bundan əlavə, qərarda hərbi hissələrdə görüşə də icazə verilmir.

  • Metronun fəaliyyətinin bərpası...

İ.Məmmədov metronun fəaliyyətinin bərpasının müzakirə olunduğunu da deyib. Onun sözlərinə görə, bununla bağlı müzakirə hələ bitməyib: "Qarşıdakı həftədə məsələ ilə bağlı qərar qəbul ediləcək. Ondan sonra ictimaiyyətə məlumat veriləcək".




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ