Azərbaycanda 50 nəfərdə koronavirus aşkarlanıb, 40 nəfər sağalıb 1 nəfər vəfat edib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan baki-xeber.com-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, arterial hipertenziya və ürəyin işemik xəstəliyi olan 1957-ci il təvəllüdlü vətəndaş vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1365 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.