Mingəçevir şəhər İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan baki-xeber.com-a verilən məlumata görə, koronavirus infeksiyasının qarşısının alınması məqsədilə ölkədə həyata keçirilən sosial izolyasiya tədbirləri barədə ətraflı məlumat verilib, eləcə də karantin rejiminin elan edilməsi bir daha həmin şəxslərin diqqətinə çatdırılıb.