Bazar günü günü, 27 sentyabr 2026
     

Milli dəyərlərimizin koronavirusla mübarizədə bizə verəcəkləri - Prezident niyə bu məsələni qaldırdı...

Image


“Təcrübə də göstərir ki, harada birlik varsa, milli dəyərlərə, adət-ənənələrə sadiqlik mövcuddursa, həmin yerdə istənilən problemin həlli asanlaşır”

Koronavirusla mübarizədə qalıb gəlmək üçün, sözsüz ki, milli həmrəylik, dövlətlə vətəndaşın, eləcə də vətəndaşların bir-biri ilə qırılmaz əlaqələrə malik olması vacib məsələlərdən biridir. Tarixən Azərbaycan xalqı bir-birinə səmimi, isti münasibət bəsləyib və xalqımızın bu keyfiyyəti bir ənənə kimi indi də yaşayır, yaşadılır. 

Məlum olduğu kimi, Prezident İlham Əliyev  martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi – Hövsan yaşayış kompleksinin açılışında iştirak edərkən Azərbaycan Televiziyasına geniş və məzmunlu müsahibə verib. Koronavirus təhlükəsindən itkisiz adlamaq üçün dövlət tərəfindən görülən mübarizə tədbirlərindən danışan ölkə başçısı, həmçinin adət-ənənələrimizin, milli dəyərlərimizin koronavirusa qarşı mübarizədə vətəndaşlarımıza yardım edəcəyini əminliklə bildirib:”...Yaşlı tənha insanların təminatını təchiz etmək üçün mənim göstərişimlə sosial işçilərin səfərbərliyi nəzərdə tutulur və onlar bu işi görəcəklər. Eyni zamanda, fürsətdən istifadə edərək çoxminli könüllülər ordusuna da müraciət etmək istəyirəm. Hesab edirəm ki, bizim könüllülərimiz də bu işlərə qoşulmalıdırlar, Operativ Qərargahla təmas saxlamalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqədə olmalıdırlar. Hər halda, nazirliyə də göstəriş verilib ki, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilsin, - istər dərman preparatları olsun, istərsə də ərzaq, - biz tənha vəziyyətdə yaşayan yaşlı insanları qoruyaq.

Hesab edirəm ki, xalqımızın adət-ənənələri, milli dəyərləri, bizə bu virusla mübarizədə kömək edəcək. Çünki yaşlı insanlara həmişə böyük hörmət göstərilir. Yaşlı insanlar nadir hallarda tənha yaşayırlar. Azərbaycanda belə insanların sayı çox deyil, təqribən bir neçə min nəfərdir. Ancaq onların da təminatı nəzərdə tutulacaqdır”.

Tanınmış sosioloq alim, professor Əhməd Qəşəmoğlu baki-xeber.com-a bildirdi ki, ölkə başçısı milli dəyərlər məsələsini gündəmə gətirməklə bizə əsrlərin sınağından çıxaraq günümüzə qədər gəlib çıxan əsas borcumuzu, vəzifəmizi xatırladıb. “Azərbaycan xalqını başqa xalqlardan fərqləndirən cəhətlərindən biri də xalqımızın adət-ənənələri, milli dəyərləridir. Biz tarixən dar gündə həmrəy olmağı, birləşməyi bacarmışıq. Bizi birləşməyə, həmrəy olmağa milli dəyərlərimiz, milli keyfiyyətlərimiz sövq edib. Bu gün koronavirusla mübarizədə də milli dəyərlərimizə, adət-ənənələrimizə söykənməliyik ki, bu ağır bəladan itkisiz çıxaq. Prezident İlham Əliyev milli dəyərlərimizi, adət-ənənələrimizi önə çəkməklə bizə bir vətəndaş kimi öz məsuliyyətimizi, bu ali dəyərlərə sadiq qalmalı olduğumuzu xatırlatdı. Cənab Prezident bununla bizə mesaj verir ki, xalq olaraq milli-mənəvi dəyərlərə, adət-ənənələrə söykənin, bir-birinizə dayaq olun, dəstək göstərin, ehtiyacı olanların yanında olub onlardan qayğınızı əsirgəməyin.Bu gün vətəndaşlarımız dövlətlə həmrəy olaraq bu mübarizədə onunla çiyin-çiyinə irəliləməlidir. Çox təəssüf ki, bəziləri koronavirus təhlükəsinin sovuşması üçün bütün tədbirlərin dövlət tərəfindən həyata keçirilməli olduğunu düşünür. Əslində, bir vətəndaş, ictimaiyyət, cəmiyyət, qeyri-hökümət təşkilatları olaraq bizim üzərimizə çox böyük işlər düşür. Biz bu gün mümkün qədər milli adət-ənənələrə sadiq qalaraq     ehtiyacı olan kasıb ailələrə, ahıllara, müxtəlif səbəblərdən işini itirən insanlara ən müxtəlif  şəkildə yardımlar etməliyik. Burada vətəndaş cəmiyyətinin üzərinə də az iş düşmür. Təcrübə də göstərir ki, harada birlik varsa, milli dəyərlərə, adət-ənənələrə sadiqlik mövcuddursa, həmin yerdə istənilən problemin həlli asanlaşır”.                                                                     

Ə.Qəşəmoğlu vurğuladı ki, tarixən Azərbaycan xalqı qonşusunda, kəndində, qəsəbəsində yaşayan kimsəsiz, övladsız, qohum-əqrabasız insanlara, ahıllara sahib çıxıb. Ə.Qəşəmoğlu hesab edir ki, ölkəmizi bu virusun caynağından tamamilə xilas etmək üçün hər birimiz çalışmalıyıq, dövlətə kömək etməliyik:”Bu gün dövlət səviyyəsində vətəndaşın təhlükəsizliyinin təmin edilməsi üçün hər bir iş                      görülür. Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah  daim vətəndaşları məlumatlandırır, tövsiyələr verir. Dövlət bu  istiqamətdə üzərinə düşən işləri görüb. Vətəndaşlar da  bu sahədə öz imkanlarından istifadə etməlidir. Bizə ulu babalarımızdan miras qalan mənəvi dəyərlərdən biri yardımlaşmaq, insanlara dar gündə dayaq olmaqdır. Milli dəyərlərimizə, adət-ənənələrimizə söykənib vətəndaş olaraq bir-birimizə dayaq dursaq, yardımlar etsək, ehtiyacı olanlara əl tutsaq, onların ehtiyacını qarşılasaq bu virusdan itkisiz çıxa bilərik. Əlbəttə, bir sıra məsələlərdə olduğu kimi virusla mübarizədə də milli dəyərlərə söykənməliyik”.

Bundan başqa, Ə.Qəşəmoğlu onu da bildirdi ki, hazırda dövlət insanlara bu qədər dəstək göstərdiyi, yardımlar etdiyi halda yerli banklar əhaliyə heç  bir güzəşt etmir. Ə.Qəşəmoğlu qeyd etdi ki, bir çox şəxslər banklardan götürdüyü kredit hesabına iş qurub, həmin işdən əldə etdikləri gəlirlə həm bankın aylığını, həm icarəyə götürdükləri yerin pulunu, həm də işçinin əməkhaqqını ödıyirdilər. Hazırda koronavirusa görə həmin işlərin dayandırılmasının vətəndaş üçün  bankın pulunu ödəmək məsələsində çətinlik yaratdığını deyən Ə.Qəşəmoğlu qeyd edir ki, banklar borcları dondurmalıdır. “Bu halda banklar borcları müvəqqəti olaraq dondurmalıdır ki, vətəndaş çətin duruma düşməsin”-deyə Ə.Qəşəmoğlu vurğuladı.

İradə SARIYEVA                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    

                                                                                            



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ