05/04/2020 16:05
728 x 90

Azərbaycanın digər bölgələrindən Naxçıvana girişə qadağa qoyuldu, avtomobillərin giriş-çıxışı dayandırıldı

Naxçıvana xaricdən gələn vətəndaşlar tibbi yoxlamadan keçəcəklər

img

Naxçıvan Muxtar Respublikasına təyyarə uçuşları dayandırıldığından Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə Sədərək gömrük keçid məntəqəsindən keçməklə Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınan Azərbaycan Respublikası vətəndaşlarının (ölkəmizin digər bölgələrindən olanlar) keçidini dayandırmaq tapşırılıb.

Trend-in məlumatına görə, bu barədə bu gün dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib.

Eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi ilə birlikdə isə bütün xarici ölkə vətəndaşlarının muxtar respublikaya gəlişini dayandırmaq, həmçinin muxtar respublika ərazisinə bütün nəqliyyat vasitələrinin giriş-çıxışının dayandırılması, yalnız tranzit yüklərin daşınmasına icazə verilməsi, tranzit yük maşınlarının dezinfeksiya edilməsi, kiçik həcmli yüklərin sərhəd gömrük anbarlarında boşaldılması, sürücülərin mütəmadi yoxlanılması və onların hərəkət qrafikinə nəzarət edilməsi tapşırılıb.

Beynəlxalq Hava Limanından muxtar respublikaya gələn və gedən vətəndaşlar ciddi şəkildə yoxlanılmalı, Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi bununla bağlı Hava Limanına zəruri köməklik göstərməlidir.

Bundan başqa, Naxçıvana xaricdən gələn vətəndaşlarımız tibbi yoxlamadan keçəcəklər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bildirib ki, Naxçıvan Muxtar Respublikasında izolyasiya yeri kimi Yoluxucu Xəstəliklər Mərkəzi müəyyən edilib. Mərkəzdə karantinə alınan xəstələrin müayinəsi və virus aşkar edilən xəstələrin müalicəsi üçün lazımi şərait yaradılıb, yeni laboratoriya qurulub.Ali Məclisin Sədri tapşırıb ki, Səhiyyə Nazirliyi tərəfindən mərkəzin fəaliyyəti nəzarətdə saxlanılmalıdır. Eyni zamanda muxtar respublikada tibbi ehtiyatların yaradılması davam etdirilməlidir. Səhiyyə Nazirliyinə tapşırılıb ki, muxtar respublikanın tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətini, eləcə də vacib göstərişlər olmadan və zərurət yaranmadıqda ambulator xəstə qəbulunu dayandırsın. Nazirlik Dövlət Gömrük Komitəsi ilə birlikdə xarici ölkələrdən qayıdan muxtar respublika sakinlərini gömrük-keçid məntəqələrində tibbi yoxlamadan keçirməli, hərarəti olanlar təcili Yoluxucu Xəstəliklər Mərkəzində karantinə alınmalı və müvafiq tədbirlər görülməlidir.

Son xəbərlər