08/07/2020 05:47
728 x 90

Azərbaycanda karantində olanların sayı açıqlandı

Koronavirusa görə Azərbaycana əlavə testlərin gətirilməsi nəzərdə tutulur

img

Azərbaycanda koronavirusa görə testləşdirmə işi xeyli artıb. Bu günə qədər 72 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb.

Trend-in məlumatına görə, bunu koronavirusla əlaqədar keçirilən brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Nazir müavini əlavə edib ki, onların 10-u sağalıb, 1-i ölüb. Təxminən 1000 nəfər karantindədir. Aşkar olunanlar arasında 2 nəfər əcnəbi var. Aşkarlanan şəxslər əsasən, 29-50 yaşlı insanlardır: "Bu xəstəlik cənub zonasında daha çoxdur. İranla sərhədlər hələ tam bağlanmamış oradan gələnlər arasında xəstələr də olub".

Maskaların apteklərdə limit çərçivəsində satılmasına münasibət bildirən V.Qasımov əlavə edib ki, maskalar aptek şəbəkələri tərəfindən alınıb-satılır.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, hazırda Azərbaycanda kifayət qədər maska, qoruyucu ləvazimatlar var. Bununla yanaşı, digər tibbi vasitələr də tədricən ölkəyə gətirilir.

Səhiyyə nazirinin müavini Viktor Qasımov 65 yaşdan yuxarı tibb işçilərinin öz vəzifə borclarını davam etdirəcəklərini də deyib. Onun sözlərinə görə, koronavirusun qarşısının alınması üçün ilk növbədə şəxsi gigiyena qaydalarına, sosial izolyasiya tədbirlərinə əməl edilməlidir: "Hesab edirəm ki, vətəndaşlar bu qərara düzgün əməl edəcəklər. Artıq ölkə daxilində də yoluxma halları müşahidə edilir".

Nazir müavini deyib ki, Azərbaycana koronavirusa görə əlavə testlərin gətirilməsi nəzərdə tutulur.

Nazir müavini əlavə edib ki, Azərbaycanda kifayət qədər test var: "Azərbaycana Türkiyədən və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə testlər gətirilib. Daha dəqiq PSR metodu ilə analizlərin aparılmasına üstünlük veririk".

Son xəbərlər