Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Bakıda gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək xüsusi kommunal texnikalar vasitəsi ilə şəhərin küçələri yuyulacaq.
Baki-xeber.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.