Masazir bələdiyyəsi koronavirus dövründə belə işləyir... - VIDEO

Videoda gördüyünüz bu zibilxana Masazir kəndində yeni yaşayış massivinin cəmi 100 metrliyində yerləşir. Təxminən mindən artıq yeni tikilmiş yaraşıqlı evlərin arasındadır. Üfunət verən zibilliyin Yeni Bakı deyilən gözəl şəhərciyin də 200 metrliyində yerləşdiyini nəzərə alsaq dəhşətli təhlükənin miqyası daha da artır.
Sakinlər redaksiyamıza zəng vuraraq yeni bələdiyyənin dövründə mənzərənin daha da ağırlaşdığını bildirdilər: "Dəfələrlə bələdiyyə üzvlərinin diqqətinə çatdırsaq da, bu zibilxananı bəzən həftələrlə təmizləmirlər. Gecələr küçə itləri burada axtarış aparır, gündüzlər isə milçək və həşəratların əlindən yaxın düşmək olmur. Ən pisi odur ki, yolumuz zibilxananın içindən keçir.
Bələdiyyə ancaq pul qəbzləri paylamağı bilir. Yollar bərbad vəziyyətdədir. Yeni massivin 5 mindən çox sakini üçün bu zibilxana böyük təhlükə mənbəyinə çevrilib. Bələdiyyə və yerli icra nümayəndəliyi isə koronavirusdan qorunmaq üçün "evdən bayıra çıxmır"...
Baki-xeber.com