Cümə günü, 13 noyabr 2026
     

İgid ömrü - Yeddinci yazı

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Kimisi canını qurtarmaq istəyirmiş, Füzuli hamını...

- Xocalıda doğulmusuz?

- Yox? mən Həsənabadda doğulmuşam. Əslimiz Laçındandı.

- Həsənabad erməni kəndi olub axı?

- Bəli, bizimkilər az idi. Ona görə bizi çıxarıb gətirdilər Xocalıya.

- Aydındı. Füzulini necə xatırlayırsınız?

Bəhram Əhmədovla belə başlayır dialoqumuz. Füzulinin – Zaminin gənclik və ermənilərə qarşı törətdikləri bir sıra cavab xarakterli əməliyyatların şahidi və şəriklərindən biri ilə. Bəhram da son anda sağ qurtulanlardandı erməni gülləsindən. Xocalı qətliamı gecəsini nəzərdə tuturam. O gecə Füzulini görmək qismət olmayıb Bəhrama. Amma bu gecəyə qədər Bəhramı Füzuli ilə çox tellər bağlamışdı artıq. Onu dinləyək: 

- Bir az uzaqdan qohumluğumuz çatır Füzuliyə anam tərəfdən. Amma yoldaşlığımız daha çox olub. Ermənilərin bizə qarşı təxribatları, hücumları başlayandan sonra Füzuli daim qisasçılıq hissi ilə alışıb-yanırdı. Elə həmişə “qaynayırdı” ki, gedək hardasa millətimizin hayıfını çıxaq, ermənilərin nəyinisə yandıraq, dağıdaq. Çünki ermənilər bizimkiləri daşa basırdılar Əsgərandan, Xankəndidən keçəndə. Biz də çalışırdıq ki, nə yollasa bunların əvəzini çıxaq. Bir gün Xankəndiyə benzin daşıyan qatarın qarşısını almaq üçün qərara gəldik ki, gedək dəmir yolunu partladaq. Üç nəfər getdik. Mən, rəhmətlik Füzuli, bir də Felmar Rzayev. Getdik yanğınsöndürən aparat götürdük. Aminalı doldurduq içərisinə, qatar gələndə partladı. Qatar Xocalıda qaçqınların yerləşdirildiyi hissədə dayandı. Camaat töküldü konistrlərlə başladılar benzini daşımağa. Hardasa 8 saata yaxın qatar hərəkət edə bilmədi. Nəhayət, rusların 366-cı alayının əsgərlərini tökdülər ora.

- İstəyirəm sizdən Füzuli ilə bağlı daha çox bilgi alım. Aeroportun partladılması əməliyyatında siz də iştirak etmisiniz?

- Xeyr, o zaman mən orda olmamışam. Bizim işimiz ordusuz, özbaşına əməliyyatlar hazırlayıb həyata keçirmək olurdu.

- Lokal müharibəni siz aparırmışsınız...

- (gülüşürük). Hə, demək olar ki, beləydi. Biz planlaşdırırdıq ki, ermənilərdən hayıf çıxmaq üçün haranı yandıraq, haranı dağıdaq?! Ermənilərin maşınlarını daşa, bəzən hətta gülləyə tuturduq. Gülləylə vurmaq işlərini əsasən gecələr yerinə yetirə bilirdik. Bax, belə-belə işlər idi bizim işimiz. Dəfələrlə güllə atmışıq, özü də vurmuşuq erməniləri, Allah haqqı. Gedib qaz idarəsini yandırmışdıq. Sonra bizim Xocalı ilə Həsənabadın arasında alma bağımız vardı. Orda çoxlu erməniyə qan uddurmuşuq Füzuli ilə. O bağ da qaldı erməniyə. Füzulidə mən qorxu hissinin olduğunu görmədim. Bu adamda nəyinsə qabağında, loru dildə desək, əyləci basmaq, arxaya çəkilmək kimi hisslər yox idi. Deyirdim ki, Zamin, əyil aşağı, vuracaqlar səni. Kimə deyirsən, Füzulini saxlamaq olardı?! Körpünü partladanda elə bil ki, mən Füzulini kəşf elədim. Ondan sonra dedim ki, hara gedəcəyiksə, bir yerdə gedək.

Fikir verirsinizmi, əziz oxucular! Müxtəlif yaş qruplarının təmsilçilərindən olan adamların, tanışların, dostların dilindən səslənən eyni əlamətlərə: etibarlılıq, qoçaqlıq, üstəgəl mərdlik, insanlıq... Bu adamda nə qədər fiziki və mənəvi keyfiyyətlər cəmlənmişdi?!.. Onun gecələr ermənilərə hansısa bir ziyanı vurmaq üçün Xankəndiyə qədər gedib çıxmasını, təkbaşına Ağdama silah, ərzaq aparmağa gedib-qayıtmasını Bəhram da söyləyir bizlərə.

- Ağdama gəldiyini yüz faiz bilirdik hamımız. Təkbaşına gecə ilə gəlib-qayıdırdı. Həsənabada gedib “kontor”u da birlikdə partlatmışdıq.

- Bəhram, siz də özünümüdafiə batalyonuna qoşulmuşdunuz?

- Bəli, qoşulmuşduq. Komandirimiz Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynov idi.

- Bu batalyon Xocalıda bir iş görə bilirdimi? Aldığımız məlumata görə, 58 nəfərlik batalyonun cəmi 11 silahı varmış...

- Batalyon kəndin qarovulunu çəkməklə məşğul ola bilirdi ancaq. Ermənilər atdıqca biz də cavab atəşi açırdıq. Bircə ədəd qranatomyotumuz var idi.

Bəhram da Xocalıdan həmin gecə çıxanlardandı. Deyir həmin gecə Füzulini görə bilməyib. Əslində Xocalı hadisəsi zamanı kimisə görə bilmək yalnız təsadüf nəticəsində mümkün olarmış. Hamı pərən-pərən düşüb. Hərə bir tərəfə dağılışıb. Kimisi canını qurtarmaq istəyirmiş, kimisi də Füzuli kimi hamını...

Bəhram: “Erməni azərbaycan dilində çağırdi ki, bizimkilərdi, gəlin...”

Bəhram deyir 30 nəfər qız-gəlinin salamat gəlib Ağdama çıxmasının səbəbkarı o və yanındakı daha üç nəfər olub. Amma yanındakı üç nəfəri yolda ermənilər güllələyib. Onlardan bircə Bəhram yolu sona qədər gəlib çıxa bilib. Bunu Allahın lütfü kimi qəbul edən həmsöhbətim başına gələnlərin ən dəhşətli hissəsinin bir qismini də nəql edir:

- Biz Qarqar çayını keçib Kətik yolu ilə gəldik.

- Elə Kətik yolunda çox qırıblar da camaatı...

- Hə, o yolda qırmışdılar camaatı.

- Amma Naxçıvanik kəndinə çıxan yol bir qədər etibarlı olub camaat üçün deyəsən...

- Demək olar ki, bir qədər.

- Bu yolu gələnləri daha çox səhər açılanda, hava işıqlananda qırıblar. Qaraqaya deyilən yerdən adlayanda...

- Bilirsiniz, qabaqca keçənlər çatdırıb keçdilər yolu. Amma hava işıqlaşanda gəlib ora çatanları ermənilər qırmağa başladı, gülləbaran elədilər. Əsas da Naxçıvanıkə gedən asfalt yolun üstündə qırdılar milləti. BMP-dən atəş açırdılar durmadan.

- Cavab atəşi açmaqsa mümkünsüz...

- Silah yox idi ümumiyyətlə. Bircə dənə qranatamyot var idi.

- Füzulinin yaralanmasını görməmisiz?

- Xeyr.

- Heç Ağdam xəstəxanasında yaralı da görməmisiz?

- Xeyr, xeyr görə bilməmişəm.

- O, dörd-beş dəfə keçib-qayıdıbmış deyirlər...

- Yüz faiz. Bu, Füzulidən gözlənilən idi. O, sonuncu xocalılını çıxarana qədər qayıdası bir igid idi.

- Siz özünüz necə gəldiniz o yolu?

- Sizə bir fraqment danışım həmin gecədən. Hardasa 70 nəfərə yaxın qadın, uşaq, qoca var idi bizimlə birgə. Bu insanlarla gizlənə-gizlənə həmin BMP-dən canımızı birtəhər qurtardıq. Gəldik nisbətən dərə kimi bir yerdə gizləndik. 30 nəfər bir yerdə, 15 nəfər bir ayrı yerdə, belə-belə gizləndik. Siz indi ermənilərin bicliyinə, əclaflığına fikir verin. Bir erməni çıxdı. Azərbaycan dilində çağırdı ki, ay camaat, bizimkilərdi, gəlin, gəlin. Arvad-uşaq qaçdı onlara tərəf. Qaçanda bir partiya camaata səsləndim ki, dayanın! Kim məni eşitdi qaldı, kim eşitmədi, getdi o tərəfə. Həyat yoldaşım da yanımdaydı. O da dedi gəl gedək, camaat hamısı gedir. Dedim yox, mənim bu işdən gözüm su içmir, onlar ermənilərdi. Yoldaşım da əl çəkmir ki, görmürsən ferma müdiri Baloğlan gedir, əhali də ona qoşulub gedir. Nə isə, qoymadım. Bu dəstə gedib yaxınlaşanda kolların dibindən ermənilər çıxdı, bu insanları verdilər güllənin ağzına. Sonra getməyənlər arxaya süründük, səngər kimi bir yer var idi, üstü kolluqla örtülmüşdü, yarpağı da yox idi, fevralacan tökülmüşdü yarpağı, əlqərəz, onun içərisində gizləndik. Hərəsinin də qucağında bir körpə uşaq var idi. Dedim səs eləməyin, uşaqları da ağlamağa qoymayın, sizi birtəhər çıxaracam Ağdama. Ermənilər yuxarıdakı bu adamları qırdıqdan sonra düşdülər aşağıda gizlənən bir xeyli adamı tutdular, onları girov apardılar. Bizim onlarla aramızdakı məsafə 25 metr olardı. Yəni bu qədər yaxındaydıq ki, orda baş verənləri gözlərimizlə görə bilirdik gizləndiyimiz yerdən. Üstümdə dörd ədəd limonkam var idi. Qarğıları aralayıb limonkanın ikisini ora yerləşdirdim, ikisini isə özümüzə saxladım ki, son məqamda özümüzü öldürək. Gördüm ermənilər bu tutduqları camaatı uzadıblar yerə, onlara deyirlər ki, “sizə vaxtında dedik çıxın, niyə çıxmadınız? Elman Məmmədov hardadı? Niyə bayraq götürüb Əsgərana hücum edirdiniz?”. Bax, belə-belə suallar verirdilər. Birdən soruşdular ki, burada filankəsin adamı varmı? Bir kişinin adını çəkdilər, onun oğlu da mənim tanışım idi. O oğlu da orda idi və o, qucağında uşağı, nənəsi, yoldaşı da çıxdılar irəli. Bu zaman oğlanı qucağında uşaqla güllələdilər. Bunu görən yoldaşı özünü atdı erməninin üstünə, üz-gözünü cırmaqladı. Gəlinə üç güllə vurdular, gəlin qayadan uçaraq yıxılıb düşdü aşağıya. O gəlin indi də yaşayır. Bir az keçdi. Bir də gördük yuxarıdan Qaraqaya istiqamətini güllə yağışına tutdular. Sən demə, bunlar Qatır Məmmədin (Yaqub Rzayevin) dəstəsi imiş. Biz də elə bilirik ki, ermənilərdi. Başımıza tökülür güllələrin zərbindən torpaq, qar topaları-filan. Bir xeyli atdılar. Gördüm ermənilərə çaxnaşma düşdü. Mən erməni dilini təmiz bilirəm. Eşitdim öz aralarında danışırlar ki, bütün Ağdam hücuma keçib, biz indi neyləyək?! O tərəfdən onlara dedilər, əsirləri götürüb ərazidən çıxsınlar. İnanın ki, aparılan əsirləri böyrümüzdən keçirirdilər, əlimizi ata bilsəydik tutacaq qədər yaxın idilər. Onları apardılar, amma bir azca çönüb baxsaydılar, bizi də görərdilər. Amma bizi Allah saxladı. Bu məqamda cibimdən Seyid Lazım ağanın şəklini çıxarıb ondan nicat diləmişəm. Əsirləri aparandan sonra bir erməni qalmışdı, o da ora-bura atəş aça-aça gedirdi. Əlimdəki limonkanın birini buna tərəf atdım. Amma görünür, taktika keçmiş erməni idi, tez uzandı yerə. Süründüm ki, silahını götürüm. 3-4 metr sürünmüşdüm, bir də gördüm durdu qaçdı. O, yəqin unamadı (təxminən “anlamadı” deməkdi. Bu söz azərbaycanlıların vaxtilə çox işlətdiyi ifadədi – N.Z.) burda adam ola bilər, bəlkə də elə bildi minomyotdu-nədi. Həm də yəqin tək olduğuna görə qaçıb getdi. Güllə səsləri kəsiləndə baxdım ki, bir qız uşağı “ay nənə” deyə-deyə qadının üzərində ağlayır. Bir nəfər ona yaxınlaşanda bildim ki, azərbaycanlılar imiş meşədən ermənilərə atan. Əvvəl elə bildim yenə ermənilərdi, ehtiyat elədim bayaqkının təkrarlanacağından, yanımda da, dediyim kimi, nə qədər arvad-uşaq, bacım uşaqları, bacılarım, yoldaşım, görün bu halı keçirmək o vəziyyətdə nə deməkdir də... Sonra görkəmindən tanıdım ki, yox, bizimkilərdi, Şelli kəndinin camaatıdı. Eləcə kolluqdan çağırdım ki, qardaş, bizə də kömək edin. Dedi tez ol gəl. Dedim tək deyiləm, arvad-uşaq da var. Bunu eşidən kimi tökülüb gəldilər, hərəsi bir uşağı, bir qadını götürdü, bizi çıxartdılar. Yəni biz belə çıxdıq. Ardımızca da o biriləri gəldi. Kənd camaatı hamısı məni tanıyırdı. Gördülər ki, mən keçdim, onlar da ürəklənib, inanıb Şelli camaatına tərəf gəlməyə başladılar. Bu zaman ermənilər də dediyim kimi uzaqlaşmışdılar. Amma biz şosse yolu keçəndə onlar uzaqdan – hündürlükdən yenidən həmin yolu atəşə tutdular. Sadəcə uzaqda idilər deyə, bu dəfə ölüm-itim olmadı. Beləcə gəlib özümüzünkülərin yanına çatdıq.

Ona həqiqətən Azərbaycanın Milli Qəhrəmanı adı halaldı 

- Füzuli ilə bağlı daha hansı məqamları xatırlayırsız?

- Çoxlu əməliyyatlar həyata keçirmişik rəhmətliklə. Bir dəfə üçümüz bir yerdə, Füzuli, mən, bir də Felmar Rzayevlə, deməli, alma bağında güddük, güddük bir yaşlı erməni kişini tutduq. Elə orda da güllələdik. Bir dəfə isə hələ mən Həsənabadda yaşayan zaman bir erməni var idi, gəlib “Villis”dən düşürdü, arvad-uşağın yanında özünü tərbiyəsiz aparırdı.

- O zaman siz Füzulini tanıyırdız? Həsənabada da gəlib-gedirdi Füzuli?

- Əlbəttə tanıyırdım, əlbəttə gəlib-gedirdi Həsənabada. Hə, o erməni gəlib kənddə söyüşlə danışırdı. Arvadlar bizə yalvarırdılar ki, dinməyin, qətiyyən dinməyin, sizi tutarlar. Axı buna nə təhər dinməyəsən, nə təhər dözəsən?! Günlərin bir günü əlimdə təklülə tüfənglə qırqovul vurmağa gedirdim, birdən maşın səsi eşidib gizləndim. Gördüm hə, ermənilərdi, siqaret damaqlarında saymazyana şəkildə, həmin erməni də bunlarla. Bunları yadımda saxladım. Gəldim rəhmətlik Füzuliyə dedim ki, bəs vəziyyət belədi. Fikirləşmədən dedi ki, getdik. Nə isə, gəlib izlədik yenə həmin “Villis”i. Tüfənglə güllələdik bunları. Maşın gedib-gedib aşdı. Qaçdıq gəldik kəndə. Gördük kənddə hamının canına vəlvələ düşüb. O ora qaçır, bu bura qaçır, artıq bildik məsələ nə yerdədi. Dedik qaçaq kənd camaatına qoşulaq ki, bizdən şübhələnməsinlər. Orda eşitdik ki, ikisi ölüb.

Sonra bir gün Füzuli yox idi, Felmarla mən getdik laboratoriyanı partladaq. Gəldik pəncərədən gördük ki, iki erməni konservadan yeyib araqdan içib yatıb. Neyləyək, götürdük deşikdən fitili saldıq, necə partladısa içəri, bütün ətraf silkələndi. Qaçıb gəldik. Evdə gördük Xankəndinin televiziyasında laboratoriyanın partlamasından danışırlar, əclafların biri ölüb, biri isə sağ qalmışdı. Jurnalist bu sağ qalanı danışdıranda gördük deyir ki, biz yemək yeyirdik, birdən partlayış oldu. Halbuki yalan deyirdi, araqdan vurub yatmışdılar.

- Ancaq mobil döyüşləriniz olmayıb. Batalyona qoşulmuzduz siz də?

- Qoşulmuşduq. Ancaq batalyonun da cüzi silahı var idi. Batalyonun işi postları qorumaq, bir də ermənilər atanda cavab verməkdən ibarət idi. Ya bir də görürdün ki, Xocalının hansısa tərəfindən şəhərə soxulmaq istəyirdilər, biz də səngərlərdən atıb onları geri oturdurduq.

- Bir sözlə, elə ancaq əsl özünümüdafiə - müdafiə batalyonu olmusuz. Füzuli ilə başqa yoldaşlığınız da olubmu?

- Çox olub. Bəzilərini unutmuşam. Bir gün Zaminlə doqquz erməni ilə üzbəüz qalmışdım. Onu çox çətinliklə geriyə qaytara bildim. Düz ermənilərin üstünə gedirdi. O adamda, vallah, yumşaq desək, nə qorxu, nə həyəcan, nə də “tormoz” var idi. Hamımız belə vəziyyətlərə düşə bilərik. Amma adam o saat ehtiyat eləyir də. Tutalım, içəridə otumuşuq, bayırda 20 nəfəri güllələsinlər. İstər-istəməz bayıra çıxmağa ehtiyat eləyərik də. Amma o adam... göz qırpmadan çıxacaqdı. Onu məndən yaxşı tanıyan olmayıb. Ona həqiqətən də Milli Qəhrəman adı halaldı. 

(ardı var)

Nəzirməmməd ZÖHRABLI
Jurnalist-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ