Azərbaycanda koronavirusa görə yaranmış qlobal böhranla əlaqədar hotel biznesinə dəstək üçün təkliflər hazırlanıb. Bunu “Trend”ə Azərbaycan Hotel Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlam deyib.
Onun sözlərinə görə, təkliflərin hazırlanmasında məqsəd hotel biznesinə dəyən zərəri nəzərə alaraq, bu sahəyə dövlət dəstəyinin göstərilməsini təmin etməkdir.
Təkliflərdə hotel biznesi üçün müəyyən güzəştlərin tətbiqi məsələləri yer alıb.
Artıq təkliflər baxılması üçün müvafiq dövlət qurumlarına təqdim edilib.