Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri keçirib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər də məhkum olunmuş Mingəçevir şəhər sakini Ceyhun Qurbanov saxlanıb. Şəxsi axtarış zamanı ondan bir bükümdə narkotik vasitə olan heroin və kibrit qutusunda 7,61 qram qurudulmuş marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq C.Qurbanovun yaşadığı evə də baxış keçirilib. Oradan 21,284 qram heroin və sellofan torbada 2 kiloqram 155 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.