Azərbaycanda 10 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan baki-xeber.com-a verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.
İnfeksiyaya yoluxmuş həmin şəxslər müxtəlif vaxtlarda Almaniya, Fransa, Türkiyə və İrandan Azərbaycana qayıdıblar.
Hazırda Azərbaycanda 33 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Eyni zamanda vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək kimi qaydalara əməl etmək tələb olunur.