Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVID-19) bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirir.
“Trend”in məlumatına görə, bu barədə ÜST-in Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilir ki, ÜST-in mandatı hər bir ölkədə, o cümlədən, Azərbaycanda inkişaf üçün sahələri müəyyənləşdirmək, COVID-19 təhlükəsinə qarşı cavab tədbirlərinin gücləndirilməsinə dəstək göstərməkdir.
ÜST-in Azərbaycandakı Ofisi regional ofis və baş qərargahla sıx təmasda olmaqla hökumətlə kliniki idarəetmə, infeksiyaların qarşısının alınması və nəzarət, eləcə də risq kommunikasiyası kimi önəmli sahələrdə əməkdaşlıq edir.