İtaliyada oxuyan azərbaycanlı tələbələr Vətənə təxliyə edilirlər. Baki-xeber.com xəbər verir ki, onların təxliyəsi üçün çarter reyslər təşkil edilib.
Təxliyə edilən tələbələr bu gün Bakıya çatacaq. Onlar təhlükəsizlik məqsədilə xüsusi paltarlarla təmin ediliblər.
İtaliyanın müxtəlif şəhərlərində təhsil alan tələbələrimizin hava limanlarına gətirilməsi Azərbaycan hökuməti tərəfindən təşkil olunub.