Azərbaycanda təhsil müddətinin və tədris tətilinin uzadılması ilə bağlı əlavə qərar verilə bilər. baki-xeber.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidnmətinin rəhbəri İbrahim Məmmədov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tədris vaxtının uzadılması ilə bağlı müəyyən qərar veriləcək: "Hələ 2 həftə vaxt var. Bu müddət ərzində vəziyyətə görə qərar qəbul olunacaq və açıqlanacaq. Bununla bağlı qərar vermək hələ ki tezdir".