Azərbaycanda yerli vətəndaşlar arasında lokal xəstəliyə yoluxanlar yoxdur. Bu, yaxşı haldır. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədli deyib.
Onun sözlərinə görə, indiyədək xəstələnənlər arasında 3 nəfər sağalıb: “Hazırda 15 nəfər koronavirus xəstəsi var. Onlar arasında vəziyyəti getdikcə yaxşılaşanlar var. Bir nəfər dünyasını dəyişib, amma o da koronavirusdan ölməyib”.
Brifinqində bildirilib ki, Azərbaycanda koronavirusdan öldüyü deyilən vətəndaşın ölümünün səbəbi onun xroniki xəstəliyinin olmasıdır. Qeyd edilib ki, koronavirusa qarşı tətbiq olunan dərmanlar insanın immun sistemini zədələyir və həmin vətəndaşın immun sistemi buna tab gətirə bilməyib: ”Qalan xəstələrin vəziyyəti sabitdir, dəstəkverici müalicə alırlar. Bir xəstənin vəziyyəti nisbətən ağırdır və onun da müalicəsi aparılır, həkimlərin nəzarəti altındadır”.