Cümə günü, 03 iyul 2026
     

Azərbaycan “koronavirus kabusunu” sındırdı, 3 nəfər sağaldıldı, bütün kütləvi toplantı və iaşə tədbirləri qadağan edildi - YENİLƏNDİ

Image


Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi koronavirusla bağlı şayiə yayan tələbələrə ciddi xəbərdarlıq edib. Bu barədə “Trend”ə AzTU-nun mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova deyib.

Onun sözlərinə görə, universitet rəhbərliyi tərəfindən həmin tələbələrə ciddi xəbərdarlıq olunub:

"Tədris başlayanda bir daha belə bir halın yaşanmaması üçün xəbərdarlıq ediləcək, eyni zamanda təlim-tərbiyə işinə nəzarət gücləndiriləcək".

Xatırladaq ki, Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsi Faiq Həsənov tələbə yoldaşı Eyvaz Cəfərovun koronavirusdan ölməsi barədə məlumat yayıb. Tələbələrin zarafatlaşması ictimaiyyət arasında ciddi başa düşülüb və böyük rezonansa səbəb olub.

  • Şayiələrin yayılmasına dəstək olanlar…

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əhalini koronavirusla (COVİD-19) bağlı şayiələrin yayılmasına dəstək olmamağa çağırıb. Birlik əhalini ən son və doğru məlumatları rəsmi mənbələrdən almağa səsləyib.

  • Hotellərdə bron yerlər ləğv edilir

Koronavirusla əlaqədar yaranan qlobal problemə görə ölkədəki hotellərin dolma göstəricisi aşağı düşüb. Hazırda bu göstəricilər dəqiqləşdirilir. Bunu isə Azərbaycan Hotel Assosiasiyasının (AHA) Baş icraçı direktoru Günay Sağlam deyib.

Onun sözlərinə görə, hotellərdə bronlaşdırılan yerlərin ləğvi davam etdiyindən qarşıdakı aylarda da dolma göstəricinin aşağı olmasının müşahidə ediləcəyi gözlənir.

Bu prosesin nəinki Azərbaycanda, bütün dünyada müşahidə edildiyini deyən G.Sağlam hazırda hotellərdə koronavirusla əlaqədar dezinfeksiya tədbirlərinin davam etdiyini, işçilərin müvafiq biliklərlə təlimatlandırıldığını nəzərə çatdırıb.

AHA rəsmisi qeyd edib ki, dünya təcrübəsini nəzərə alaraq, hotellərin istifadə edə bilməsi üçün koronavirusla bağlı məlumatlandırıcı buklet də hazırlayırlar.

G.Sağlam indiyədək hotellərdə xəstəlik hallarının qeydə alınmadığını da bildirib. O əlavə edib ki, mövcud vəziyyətin öyrənilməsi üçün hotelçilərlə görüşlər keçirilir: ”Hazırda ümumən dünya turizmində problemlər var. Biz ölkə turizminə dəyən zərəri dəqiqləşdirib sənayeyə dövlət tərəfindən dəstək edilmə məsələsini müzakirə edir və təkliflərimizi hazırlayırıq”.

Onun sözlərinə görə, martın 11-dən Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə yaradılmış “Macəra Yaxındadır!” kampaniyasına start götürüb: "Kampaniya Azərbaycan vətəndaşları və Azərbaycanda müvəqqəti, yaxud da daimi yaşamaq icazəsi olan şəxslər üçün ölkədaxili turizm paketlərini bir yerə cəmləyən platformadır. Bu kampaniya hotelçillər tərəfindən çox yaxşı qəbul edildi. Əslində bu, yaranmış vəziyyətdən çıxmaq üçün dünyada tətbiq olunan təcrübənin bir parçasıdır. Çünki Avropa ölkələrində də belə bir təcrübə var".

  • AMEA-nın Mərkəzi Elmi Kitabxanası bağlandı

Mərkəzi Elmi Kitabxana (MEK) koronavirus təhlükəsi ilə əlaqədar oxuculara xidməti müvəqqəti dayandırıb. Məlumata əsasən, AMEA-nın Mərkəzi Elmi Kitabxanası qeyri-müəyyən vaxta qədər oxuculara xidmət göstərməyəcək. Belə ki, kitabxana koronavirus təhlükəsi ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlər çərçivəsində oxuculara xidməti martın 13-ü saat 14:00-dan etibarən müvəqqəti dayandırıb.

  • Dünya Səhiyyə Təşkilatı qiymət verdi…

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda səfərdə olan missiyası ölkəmizin koronaviurusa (COVID-19) qarşı hazırlıq tədbirlərini gücləndirdiyini və bunu alqışladığını açıqlayıb. Vəziyyətin öyrənilməsi məqsədilə ÜST-nin 5 nəfərdən ibarət ekspert qrupu martın 9-dan 13-dək Azərbaycanda səfərdə olub.

ÜST ekspertləri bildiriblər ki, ölkədə koronavirusa yoluxma hallarının olduğu təsdiqlənib. Hazırda ÜST COVID-19-a cavab planı hazırlamaq üçün milli cavabdeh qurumlarla işləyir.

ÜST qrupu zəruri səhiyyə xidmətləri və iş davamlılığı, milli sınaq laboratoriyalarına nəzarət strategiyası, xəstəxanaların hazırlığı, infeksiyanın qarşısının alınması və bu prosesə nəzarət, zəruri dərman, diaqnostika və sağlamlıq üçün avadanlıqların olmasını təmin etmək, məlumatı paylaşmaq, risqləri minimuma endirmək üçün tövsiyə olunan tədbirlər barədə məsləhət vermək və s. istiqamətlər üzrə iş aparır.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) xəstələri müalicə edən səhiyyə işçiləri və laboratoriya əməkdaşları üçün fərdi mühafizə cihazları alacaq. Bu barədə ÜST-ün martın 9-dan 13-dək Azərbaycanda səfərdə olan missiyasının hesabatında qeyd edilib.

ÜST ekspertləri bildiriblər ki, Azərbaycan ÜST-ün laboratoriya müayinəsi testlərini alan 17 ölkədən biridir.

Azərbaycana ilk test partiyası fevral ayında gətirilib. İkinci partiya isə hazırda göndərilməkdədir. Ölkə, həmçinin, ÜST-dən sərhəd bölgəsində COVID-19 şübhəsi olan və ya təsdiq edilən xəstələri müalicə edən səhiyyə işçiləri və labaratoriya əməkdaşları üçün fərdi mühafizə cihazları da qəbul edəcək.

  • Xaricdə təhsil alan tələbələrimiz hansı şərtlər daxilində ölkəyə qaytarılır…

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondu virusun geniş yayıldığı ölkələrdə Xaricdə Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin sağlamlıq və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi və zəruri hallarda ölkəmizə qayıtması ilə bağlı təxirəsalınmaz tədbirlər görməkdədir.

Fonddan verilən məlumata görə, bununla yanaşı, yarana biləcək hər hansı təhlükənin qarşısının alınması, eləcə də zəruri tədbirlərin operativ həyata keçirilməsi məqsədilə xaricdə təhsilini davam etdirən proqram iştirakçıları və onların təhsil aldıqları universitetlərlə sıx təmaslar davam etdirilir. Mütəmadi olaraq, tələbələrin ehtiyacları və müvəqqəti yerləşmə ölkəsində və şəhərindəki vəziyyətlə bağlı məlumatlar alınaraq, təhlil olunur, müvafiq ölkələrdə yerləşən diplomatik nümayəndəliklərimizlə əlaqələndirilir.

Zəruri hallarda və tələbələrin istəklərinə uyğun olaraq, onların ölkəmizə qaytarılması təmin olunur.

Xaricdə Təhsil Proqramı çərçivəsində hazırda ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, İsveç, Niderland, Norveç və Rusiya Federasiyasının aparıcı universitetlərində gənclərin təhsil prosesi dövlət tərəfindən dəstəklənir.

Xaricdə təhsilin maliyyələşdirilməsi üzrə müsabiqə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq, Gənclər Fondu tərəfindən 2019-cu ildə keçirilib. Müsabiqə çərçivəsində 74 ixtisas istiqaməti üzrə ABŞ və Avropanın aparıcı ali təhsil müəssisələrində magistr pilləsi üzrə təhsil almaq hüququ qazanmış gənclər iştirak ediblər.

Gənclər Fondu, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar həmçinin gənclərin beynəlxalq tədbirlərdə iştirakı və beynəlxalq təşkilatlarda təcrübə proqramlarına da müəyyən məhdudiyyətlər tətbiq etməkdədir.

  • İtaliyada təhsil alan tələbə: “Hər yer bağlanıb, Azərbaycana qayıtmağı gözləyirik…”

İtaliyada koronavirusa görə əksər obyektlər bağlanıb. Bu barədə İtaliyanın Roma şəhərindəki Sapienza universitetinin tələbəsi Turanə Hüseyn deyib. Hazırda Romada olan tələbə xanım bildirir ki, koronavirusa görə Romada tam karantin elan olunub: "Hər yer bağlanıb, bütün mağazalar, kafe-restoranlar, iri ticarət mərkəzləri hamısı qapanıb. Bütün təhsil müəssisələrində dərslər dayandırılıb, əhalinin küçələrə səbəbsiz çıxması qadağan edilib. Hazırda market və aptekdən başqa heç yer işləmir. Dərslər onlayn qaydada keçirilir".

T.Hüseyn bildirib ki, insanlar market və ya aptekə gedərkən bir-birilə məsafəli ünsiyyətdə olurlar: "Aptek və marketlər günün müəyyən saatlarında işləyir. Yəni istədiyimiz vaxt istədiyimiz market və aptekə gedə bilmərik. Ora da növbə ilə buraxırlar. İnsanlar əvvəlcə xüsusi təlimatlandırılır, nə məqsədlə hara getdiyi öyrənilir, bunun üçün təlimat sənədləri, blanklar doldurulduqdan sonra növbəlilik əsasında küçəyə çıxmağa icazə verilir. Market və aptekə gedərkən insanlar arasında məsafə saxlamaq zəruri hesab edilir və xüsusi tapşırılır. İş yerləri tam olaraq dayanıb".

Tələbə xanım bildirib ki, ölkəmizə qayıtmaq üçün Azərbaycanın İtaliyadakı Səfirliyinə müraciət edib: "Müraciət etmişik ki, qayıtmaq istəyirik. Diasporadan bizimlə əlaqə saxlayıb qeydiyyata alıblar. Gözləyirik ki, təxliyə barədə bizə məlumat versinlər".

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 15 113 nəfərə çatıb. Ölənlər isə 1016 nəfərdir. Xəstəlikdən sağalanların sayı 1258 nəfər təşkil edir.

  • Azərbaycanda koronavirusa yoluxan 19 nəfərdən üçü sağalıb

Bu günə qədər Azərbaycanda 19 koronavirusa yoluxma faktı qeydə alınıb.  Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Bakı ofisində keçirilən mətbuat konfansında deyən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayevanın sözlərinə görə, xəstələrin 3-ü artıq sağalıb.

ÜST-ün Azərbaycana səfər edən missiya rəhbəri Karolina Braun Azərbaycana koronavirusa yoluxma hallarının erkən aşkarlanmasını tövsiyə etdiklərini bildirib.

  • İran və İtaliyadan qayıdan dörd azərbaycanlıda koronavirus aşkarlandı

İran və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumata görə, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Bundan əvvəl xüsusi rejimli xəstəxanalaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhəti stabil ağır olaraq qalır. Xəstə ciddi nəzarət altında saxlanır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür.

Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanır.

  • Ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqinə qərar verildi

Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınmışdır. Həmçinin, dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini diqqətə çatdırır:

• ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir;

• ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır;

• ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir; (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla)

• dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur;

• restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir;

• restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir;

• saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır;

• ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir;

• aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır;

• ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcək;

• tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir;

• dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər;

• dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir;

• özəl tibb müəssisələri Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə (TƏBİB) koordinasiya şəraitində çalışmalı, yarana biləcək hər hansı hallar üçün yüksək hazırlıq səviyyəsi təmin edilməlidir;

• qeyd olunan müddətdə dövlət strukturlarının, özəl qurumların, bank və iaşə obyektlərinin və digər qurumların fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və iclasların təşkili üçün xüsusi qaydalar işlənib hazırlanmalıdır;

Koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaq.

Eyni zamanda ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək.

Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur.

Belə ki, hazırda koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır.

  • Sosial şəbəkələrdə və “WhatsApp”da yayılan şayiələrə inanmayın…

Sosial şəbəkələrdə və “WhatsApp” ani mesajlaşma əlavələri vasitəsilə koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün Bakı şəhərində ərzaq mağazalarının bağlanacağı və onların iş rejiminə ciddi fasilələr tətbiq olunacağı barədə səs yazısı yayılır. Nazirlər Kabineti yanında Operativ Qərargah bildirir ki, hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaq: “Yayılan iddia şayiə xarakterlidir və cəmiyyətdə süni ajiotaj yaratmaq məqsədi daşıyır. Hazırda aidiyyəti orqanlar tərəfindən bu tipli şayiə yayan şəxslərin aşkarlanması və onların barəsində hüquqi məsuliyyət tədbirləri görülməsi üçün müvafiq iş aparılır”.

  • Azərbaycanla ÜST arasında Donor Sazişi imzalandı

Martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədəki baş qərargahında “Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında Donor Sazişi” imzalanıb.

Sözügedən donor sazişi dünyada koronavirus epidemiyasının yayılması risqinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə Azərbaycan Respublikası Hökumətinin ÜST-ə könüllü maliyyə yardımının ayrılması barədə 2020-ci il 6 mart tarixli qərarına əsasən imzalanıb.

Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov və ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesusu tərəfindən imzalanmış donor sazişi Azərbaycan Respublikası Hökuməti tərəfindən ÜST-ün “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutur.

Sənədin imzalanma mərasimi zamanı ÜST-ün baş direktoru Azərbaycan Hökuməti tərəfindən verilmiş bu qərarın çox təqdirəlayiq olduğunu vurğulayaraq, ölkəmiz tərəfindən səhiyyə sektoruna, xüsusilə hazırda COVID-19 virusu ilə mübarizəyə yönəlmiş diqqət və qayğının, həyata keçirilən bütün lazımi ehtiyat tədbirlərinin ÜST tərəfindən diqqətlə izlənildiyini və yüksək qiymətləndirildiyini bildirib. ÜST-ün baş direktoru Azərbaycan tərəfindən COVID-19 virusu ilə mübarizə üçün ayrılmış könüllü maliyyə töhfəsinin qlobal həmrəyliyin nümunəvi nümayişi olduğunu diqqətə çatdıraraq, ÜST adından Azərbaycan Hökumətinə verilmiş bu qərara görə dərin minnətdarlığını ifadə edib. ÜST-ün baş direktoru qeyd edib ki, 2018-ci ilin iyul ayında rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və keçirilmiş bir sıra digər görüşlər ölkəmizin ÜST ilə əməkdaşlığının yüksək səviyyədə olmasının təzahürüdür.

Cavab olaraq, daimi nümayəndə V.Sadıqov Azərbaycan tərəfindən ÜST ilə əməkdaşlığa yüksək önəm verildiyini vurğulayaraq, Azərbaycan Hökumətinin müraciəti əsasında ÜST ekspert qrupunun ölkəmizə hazırda davam edən səfərinə görə minnətdarlığını ifadə edib.

Görüş əsnasında V.Sadıqov Azərbaycanda səhiyyə sahəsində və COVID-19 virusu ilə mübarizədə görülən işlər və həyata keçirilən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb. Daimi nümayəndə Azərbaycan Respublikası tərəfindən ÜST-ün qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərinin yüksək qiymətləndirildiyini bildirərək, COVID-19 virusu ilə bağlı ÜST-ün tövsiyələrinin Azərbaycan tərəfindən nəzərə alındığını və tətbiq edildiyini nəzərə çatdırıb.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan Respublikasının səhiyyə sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq qurumdur. Azərbaycan Respublikasının ÜST ilə əməkdaşlığı təşkilatın baş qərargahı və Kopenhagen şəhərindəki ÜST-ün Avropa üzrə Regional Ofisi vasitəsilə həyata keçirilir. Eyni zamanda, ÜST-ün ölkəmizdə ofisi mövcuddur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ən son göstəricilərə görə, virus dünyanın 127 ölkəsində qeydə alınıb.

Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 127 ölkə/ərazi üzrə 134 768 nəfərdir. Son yoluxma sayı 102 nəfərdir.

Onların içərisində 8-i yeni olmaqla 4983 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 70 387 şəxsin sağaldığı qeydə alınıb.

Statistikaya əsasən, onlardan 1300 nəfər yeni sağalanlardır.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

03.07.2026 / 22:55
Hikmət Hacıyev ABŞ-ı Müstəqillik Günü münasibəti ilə təbrik etdi

03.07.2026 / 22:42
Ukraynadan Rusiyaya ağır zərbə - Krımda çox sayda qırıcı məhv edildi...

03.07.2026 / 22:15
Novorossiysk benzinsiz qalıb…

03.07.2026 / 20:17
İran prezidenti Xamenei üçün göz yaşı töküb…

03.07.2026 / 20:08
Rusiya Paşinyanın adını "İnnoprom"a dəvət olunmuş natiqlər siyahısından sildi...

03.07.2026 / 19:40
Rusiyada yanacaq böhranı qonşu ölkələri də vurdu - Qırğızıstan Azərbaycandan kömək istədi...

03.07.2026 / 19:33
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edib - FOTO

03.07.2026 / 19:03
Apellyasiya Məhkəməsində ermənilərin vəsatətlərinə baxıldı...

03.07.2026 / 18:35
Uşaqların virtual aləmdə fəaliyyəti özbaşına buraxıla bilməz...

03.07.2026 / 18:18
“Rəqəmsal inkişaf dövlət siyasətinin əsas vektorlarındandır” - Əhliman ƏMİRASLANOV yazır...

03.07.2026 / 18:02
Moskvadan İrəvana növbəti xəbərdarlıq – “Aİ-nin siçan tələsində” pendir pulsuz olmayacaq...

03.07.2026 / 17:47
Türk general Azərbaycan HDQ-də...

03.07.2026 / 17:30
Sabunçuda saxlanan şəxslərdən 19 kq-dan artıq marixuana aşkarlandı

03.07.2026 / 17:26
Vüqar Rəhimzadə: Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir

03.07.2026 / 16:53
Qərb bu dəfə Ermənistanı Rusiyaya yem edəcək...

03.07.2026 / 16:39
Makron niyə ABŞ-ı Ukrayna ilə bağlı "neytrallıqdan" məhrum etdi

03.07.2026 / 16:30
Dünya yanır-Azərbaycan indiki sabitliyini yalnız bu şərt daxilində saxlaya bilər...

03.07.2026 / 16:24
Peskov Avropanın silahlanmasından narahatdır - “Avropa… çoxlu pul xərcləyir”

03.07.2026 / 16:09
"Cənubi Qafqazda sülh Avropanın rifahına töhfə verəcək" - Avrokomissar

03.07.2026 / 15:46
Əliyevə ictimai etimadın araşdırılması maraqlı nəticələr verdi...

03.07.2026 / 15:41
Vətənə və xalqa həsr olunmuş ömür

03.07.2026 / 15:30
Zalujnı Zelenskini əvəzləməyə hazırlaşır: “Prezidentliyə namizəd olacağam”

03.07.2026 / 15:14
Netanyahunun ABŞ yardımından imtinasının arxa planları var...

03.07.2026 / 15:05
Avropa "yaşıl enerji" iddialarından çəkilir, yenidən neft və qaza üz tutur...

03.07.2026 / 15:00
İmtahandan kəsilən müəllimlər üçün iş imkanları araşdırılır...

03.07.2026 / 14:54
Rusiyadan yanacaq tədarükü kəsildi, Qırğızıstan Azərbaycana üz tutdu

03.07.2026 / 14:52
Qondarma genosiddən 1 il əvvəl Türkiyədə doğulmuş erməni qadın 112 yaşında öldü - ucuz təbliğat...

03.07.2026 / 14:26
Etibar Pirverdiyevlə əlaqələndirilən şirkətin sabiq rəhbəri həbs edildi

03.07.2026 / 14:13
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin beşinci təlimi

03.07.2026 / 13:50
Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILDI...

03.07.2026 / 13:37
İsrailin Əraqçi və Qalibafa sui-qəsd planı necə pozuldu? – ABŞ-dan İsrailə qarşı İrana kəşfiyyat dəstəyi... ŞOK İDDİA...

03.07.2026 / 13:18
Birinci Qarabağ müharibəsi şəhidi Rauf Əhmədov Goranboyda dəfn olundu

03.07.2026 / 13:06
Hikmət Hacıyev iqtisadiyyat professoru Ceffri Saksla görüşüb - FOTO

03.07.2026 / 12:46
İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edildi

03.07.2026 / 12:10
Azərbaycan vasitəsilə Ermənistana 976 ton buğda göndərildi

03.07.2026 / 11:26
Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

03.07.2026 / 11:06
Səfərbərlik Xidməti 88 nəfərin işini Baş Prokurorluğa göndərdi

03.07.2026 / 10:50
Dövlət torpaqlarını zəbt edib satan 11 nəfər məsuliyyətə cəlb edildi...

03.07.2026 / 10:36
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr çıxarmağa başladı...

03.07.2026 / 10:15
Məhkəmə “Arzum 9999” ləqəbli tiktoker bərəsində hökmə aydınlıq gətirdi

03.07.2026 / 09:59
Rusiyadan NATO ölkəsinə nüvə təhdidi - artıq hədəf siyahımızdasınız...

03.07.2026 / 09:41
Yenilənmiş 100 manatlıqlar gəlir - iyulun 15-də...

03.07.2026 / 09:30
Bakıda ölümlə nəticələnən qəza - "Prius” dəmir məhəccərə çırpıldı...

03.07.2026 / 09:06
Netanyahu açılış mərasimində həyat yoldaşından irad “yedi” - “Sənin üzündən…”

03.07.2026 / 06:34
Rusiya İsveçə nota verdi

03.07.2026 / 06:00
İsrail İranla təkbaşına savaşmağa hazırdır - ölkənin müdafiə naziri belə deyir…

03.07.2026 / 05:58
Belarus vətəndaşlarını Rusiya səfərindən çəkinməyə çağırdı

03.07.2026 / 04:40
İranda Xamenei ilə vida mərasimi başlayır

02.07.2026 / 23:12
Sovet tarixşünaslığının səhvləri: Qızıl ordu, yoxsa qırmızı ordu?

02.07.2026 / 22:34
Zəngəzur dəhlizi üçün Rusiyadan yeni şərt - tranzit qaydaları Aİİ reqlamenti əsasında...

02.07.2026 / 22:08
Ursula xanımın Bakı səfərindən xalqın əsas gözləntisi - “fəal dialoq Avropanın qərəzinin kökünü kəsməlidir”...

02.07.2026 / 21:48
“Türkiyənin aparıcı partiyası” yazısı CHP-də niyə yoxa çıxdı?..

02.07.2026 / 21:40
Xoşbulaq yaylağında naməlum siklopik qalanın struktur və memarlıq xüsusiyyətlərinin təhlili - Rizvan Qarabağlı yazır...

02.07.2026 / 20:28
Avropadan böyük etiraf - Qafqaza sülh Əliyevin şəxsi liderliyi ilə gəldi...

02.07.2026 / 20:10
Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

02.07.2026 / 19:47
Avropa Qafqazda ticarətin 70 faizini Azərbaycanla edir - Əliyev hansı perspektivə işarə etdi...

02.07.2026 / 19:30
Bakıda Türk Dünyası Milli Kitabxanaları Birliyinin və Birinci Türkoloji Qurultayla bağlı nəşrlərin təqdimatı keçirilib

02.07.2026 / 19:17
“Türk Dünyası Həftəsi” çərçivəsində Qarabağ Universitetində konfrans keçirilib

02.07.2026 / 18:51
Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ

02.07.2026 / 18:30
Tramp Ankara zirvəsi öncəsi NATO ölkələrini hədəf aldı, dərhal da Berlindən cavab gəldi - itaət etməyəcəyik...

02.07.2026 / 18:17
Paşinyan Türkiyə və Azərbaycanla enerji əməkdaşlığının vacibliyindən danışdı

02.07.2026 / 18:07
Nazir Prezident İlham Əliyevi əmin etdi: "...öz andına həmişə…" - FOTO/VİDEO

02.07.2026 / 18:05
Kapitalist Amerikanın sosializmə keçidi başlandı - sosialistlər hücumda...

02.07.2026 / 18:02
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar

02.07.2026 / 17:56
Azərbaycan HHQ komandanı Türkiyədə "Anadolu Qartalı - 2026" təlimində... - FOTO

02.07.2026 / 17:44
Tramp NATO ölkələrini yenə tənqid etdi – hamıdan çox xərcləyirik, ancaq faydasını görmürük...

02.07.2026 / 17:30
ABŞ-İran danışıqlarının növbəti raundu 18 iyulda keçiriləcək...

02.07.2026 / 17:22
Uşaqların sosial şəbəkələrə yox, sosial şəbəkələrin uşaqlara çıxışı məhdudlaşacaq - dünya nəhayət "açarı tapdı"...

02.07.2026 / 17:09
108 ildir insanların və gələcəyin keşiyində - VİDEO

02.07.2026 / 16:40
Azərbaycan ÜDM-də rəqəmsal iqtisadiyyatın payını artırır - hədəf göstərildi...

02.07.2026 / 16:31
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı

02.07.2026 / 16:14
Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

02.07.2026 / 16:06
"Bütün yollar Azərbaycana aparır" - Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya bir arada...

02.07.2026 / 15:50
108 il qanunun keşiyində - VİDEO

02.07.2026 / 15:45
Rəqəmsal İnkişaf Şurası konkret hədəflərə yönəldi - vətəndaşlara dövlət xidməti tam dəyişəcək...

02.07.2026 / 15:16
Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

02.07.2026 / 14:52
Gürcü məmurlar İrəvandakı qondarma genosid abidəsinə xüsusi baş əyir...Niyə?

02.07.2026 / 14:17
Paşinyan bu dəfə spiker vəzifəsini Simonyana vermədi, o da mandatdan imtina etdi...

02.07.2026 / 14:01
Aİ Avropaya ixracı təşviq etmək üçün Ermənistana bir qrup ekspert göndərəcək...

02.07.2026 / 13:46
Rusiyanın İsveçdəki səfirliyinə PUA hücumu – Moskvadan sərt açıqlama...

02.07.2026 / 13:32
Bir əsr Asayişin Keşiyində

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ