İran və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabinetinin yanında operativ qərargahdan baki-xeber.com-a daxil olan məlumata görə, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Bundan əvvəl xüsusi rejimli xəstəxanalaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil ağır olaraq qalır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür.