Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistan “Rusiyanın Qafqazdakı forpostu” təhqiramiz statusunu da itirir…

Image


Türkiyə-ABŞ münasibətlərinin pisləşməsi, Moskva-Ankara əlaqələrində davam edən isinişmə Ermənistanda getdikcə daha böyük həyəcan yaradır.

Məsələ ilə bağlı Ermənistanın “politik.am” portalı yazır ki, qarşıdakı dövr ərzində hadisələr Rusiya və Türkiyəni daha çox yaxınlaşdıracaq və bu hal Ermənistanı daha çox arxa plana atacaq: “Türkiyə ilə yaxınlaşan Rusiya minimum istəklərinə nail olub. ABŞ və Türkiyə arasında münasibətlər gərgindir. Hətta Türikyənin NATO-dan çıxması məsələsi də gündəmə gətirilir. ABŞ-ın Türkiyədəki hərbi bazalarının bağlanması da gündəmdədir. Ankara bununla bağlı sərt mövqe sərgiləyib.

Türkiyədəki ABŞ bazaları bağlansa, bunun Ermənistan üçün acınacaqlı nəticələri olacaq. Məsələ burasındadır ki, ABŞ hərbçiləri Türkiyəni tərk etsə, onların olduqları bazalara Türkiyə öz hərbçilərini yerləşdirəcək. Bu isə Rusiya üçün olduqca sevindirici bir xəbər sayılacaq. Ən azı o baxımdan ki, Rusiyanın cənub sərhədlərində artıq NATO-nun nüvə silahları, radarları olmayacaq. Bunlar o vaxtda baş verəcək ki, Türkiyə Rusiya ilə strateji müttəfiqə çevrilir. Deməli, Türkiyə Rusiya üçün hansısa təhdid yaratmır. Məhz bu vəziyyətdə Ermənistan Rusiyanın cənubda forpostu kimi Moskva üçün əhəmiyyətini tam itirir. Bu halda Avrasiya İttifaqında, KTMT-də, MDB-də də Ermənistan Rusiya üçün əhəmiyyətsiz olacaq. Hətta mümkündür ki, Rusiya belə vəziyyətdə Azərbaycanın Ermənistanı sülhə vadar etmək üçün daha ciddi səylərinə də göz yumsun. Buna görədir ki, ABŞ-Türkiyə münasibətlərinin pisləşməsi Ermənistanın zərərinədir”.

Xatırladaq ki, bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “İncirlik” və “Kürəcik” bazalarının ABŞ üçün bağlana biləcəyini bəyan edib. Bu açıqlama ABŞ-da ciddi narahatlığa səbəb olub. Pentaqonun məsələ ilə bağlı bəyanatında bildirilir ki, ABŞ Türkiyənin hərbi bazalarını, o cümlədən “İncirlik”aviabazasını yalnız Ankaranın icazəsi ilə istifadə edir: “ABŞ qüvvələri Türkiyənin hərbi bazalarını, o cümlədən “İncirlik” aviabazasını yalnız Ankaranın icazəsi ilə istifadə edirlər. Biz Türkiyədəki qüvvələrimizin statusunu NATO üzrə müttəfiqimizlə əməkdaşlığımıza və onu qorumağa bağlılığımızın simvolu kimi görürük. Türkiyə NATO-nun Əfqanıstanda, Kosovoda, İraqda missiyalarına töhfə verir və ABŞ Milli Təhlükəsizlik Strategiyasının məqsədləri üçün vacib rol oynayır. Biz Türkiyəni S-400 və digər fikir ayrılığı yaranmış sahələrlə əlaqədar daha konstruktiv siyasət yürütməyə çağırırıq və bu münasibətləri qorumağa çalışırıq”. Amma məsələ ondadır ki, ABŞ özü Türkiyə siyasətində konstruktivlikdən uzaqlaşır. Rusiyalı siyasi ekspert Aleksandr Bloxin də məsələyə məhz bu prizmadan yanaşır: “Amerikalılar çox kobud şəkildə davranır və Türkiyəni özlərindən daha da uzaqlaşdırırlar. Hətta deyərdim ki, Rusiyaya tərəf sürükləyirlər. Amerikalılar bütün etik qaydaları pozmaqdan çəkinmirlər. Misal üçün, “erməni soyqırımı”nın tanınması Türkiyəyə beldən aşağı zərbədir. ABŞ Konqresi bu məsələnin həssaslığına önəm verməyərək qərar qəbul etdi”. Ekspert bildirib ki, Türkiyəni tamamilə itirmək ABŞ üçün fəlakət ola bilər: “Ankaranın aviabazaları qapatması ABŞ üçün Türkiyənin düşmənə çevrilməsinin göstəricisi olacaq. ABŞ manevr imkanları baxımından xeyli ərazi itirəcək. Türkiyə NATO olduğu müddətdə amerikalılarla sövdələşmə edərək xallar qazana bilər”.

Elə politoloq Qabil Hüseynli də vurğulayır ki, hazırda Ankara-Vaşinqton, Ankara-NATO münasibətləri arzuolunan istiqamətə getmir: “Xüsusilə ABŞ-la münasibətlər gərginləşməkdə davam edir. ABŞ Senatının qondarma “erməni soyqırımı“nı qəbul etməsi münasibətlərin daha da alovlanmasına gətirib çıxardı. Bu çox yanlış qərar idi, tarixçilərin araşdırması ilə təsdiqini tapmayan bir layihənin elementar tarixi biliyi olmayan senatorlar tərəfindən qəbul olunması iki böyük strateji ortaq arasında soyuq küləklər əsdirməyə başladı. Türkiyənin Rusiyadan S-400-ləri alması da bu məsələdə az qızışdırıcı rol oynamadı. Düzdür, ABŞ “Patriot” hava hücumundan müdafiə sistemləri təklif elədi, lakin artıq gec idi, çünki sövdələşmə baş tutmuşdu, digər tərəfdən istehsalında iştirak etdiyi F-35 tipli ən müasir beşinci nəsil qırıcı təyyarələrin alınmasından da məhrum edildi. Ardınca Türkiyə üçün ağır olan qondarma “soyqırım“ın təsdiqi münasibətləri daha da korladı”.

Qabil Hüseynli Türkiyənin hazırda buna cavab tədbirləri hazırladığına diqqət çəkib: “ABŞ həm də Türkiyəni sanksiyalarla, ticarət əlaqələrinin minimuma endirilməsi ilə təhdid edir. Bütün bunlar olacaqsa, Türkiyə də “İncirlik“ və “Kürəcik“dəki hərbi hava bazasının bağlanacağını bildirir. Digər tərəfdən Aralıq dənizində Yunanıstan, İsraillə yaşanan qarşıdurmalar, Suriyada yaşanan çətinliklər və bu məsələdə Türkiyənin strateji tərəfdarları tərəfindən müəyyən qədər aldadılması, qonşuları ilə münasibətlərin korlanması xeyli narahatlıqlar yaradır. Belə şəraitdə həmin bazaların bağlanmasına gedilməsi vəziyyəti daha da ağırlaşdıracaq”. Məhz belə durumda, aydındır ki, Türkiyə Rusiya ilə yaxınlaşmaqda daha çox maraqlı olacaq. Çünki indiki halda Rusiya özünü Türkiyənin əsl müttəfiqi kimi aparır. Kreml Ankara ilə hərbi, siyasi, iqtisadi və digər müstəvilərdə əməkdaşlığa xüsusi maraq göstərir. Türkiyənin də bunlara qarşılıq verməsi artıq regionda Ermənistanı çox ciddi narahat edir. Çünki yuxarıda qeyd olunduğu kimi, bu halda Ermənistan Rusiya üçün çox arxa plana keçəcək. Elə bundan irəli gəlir ki, İrəvan və erməni lobbisi var gücü ilə Türkiyə-Rusiya yaxınlaşmasına qarşı çıxır. Amma görünən budur ki, onların cəhdləri hansısa nəticə vermir və çox əhəmiyyətsizdir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ