12/12/2019 18:47
728 x 90

ABŞ-Türkiyə-NATO xəttində böyük gərginlik… ABŞ Türkiyəyə sanksiya tətbiq edir

img

ABŞ Konqresinin senatorları Lindsi Qraham və Kris Van Hollen dövlət katibi Mayk Pompeoya məktubla müraciəy edərək Türkiyəyə qarşı CAATSA sanksiyalarının işə salınmasını tələb edib.

“Səbirli olmağın vaxtı keçdi. Qanunu (CAATSA) tətbiq etməyin vaxtı gəldi. Qanunun tətbiq edilməməsi digər ölkələrə ABŞ qanunlarının heç bir nəticəsi olmadan pozula biləcəyi kimi dəhşətli bir mesaj verəcək”.

“Reuters” xəbər verir ki, Senat Xarici Əlaqələr Komitəsinin respublikaçı başçısı Cim Riç isə, jurnalistlərə açıqlamasında, komitənin Türkiyəyə sərt sanksiyalar nəzərdə tutan fərqli bir layihəni gələn həftə səsverməyə çıxaracağını söyləyib.

ABŞ Müdafiə naziri Mark Esper isə NATO-nun 70-ci Liderlər Zirvəsindən əvvəl verdiyi son dəqiqə açıqlamasında Türkiyənin Baltik ölkələri və Polşanın müdafiəsinə dair NATO planını təsdiqləməyə dair çağırışı edib.

NATO-nun baş katibi Yens Stoltenberq isə Polşa və Baltik ölkələrinə qarşı hər bir hücuma qarşılıq verəcəklərini bildirib. O, Polşa və Baltik ölkələrindəki NATO qüvvələri hesabında Rusiyaya güclü mesaj göndərdiklərini qeyd edib. 

Son xəbərlər