12/12/2019 18:28
728 x 90

Prezident Naxçıvan Dövlət Universitetinə yeni rektor təyin etdi

img

Prezident İlham Əliyev Elbrus İsayevin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.

Prezidentin digər sərəncamı ilə Saleh Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Son xəbərlər