Cümə axşamı günü, 05 noyabr 2026
     

Naxçıvanda media problemləri üzrə beynəlxalq konfrans keçirildi...

Image


Noyabrın 30-da Naxçıvan şəhərində “Onlayn media və sosial şəbəkələr: yeni dövrün çağırışlarında jurnalist peşəkarlığı və cəmiyyətin mənafeləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Naxçıvan mediasının nümayəndələri və gənc jurnalistlərlə yanaşı, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Aker, üzvləri  Ali Hancerli, Nurhan Günsev, Nick Nvolisa, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, sədr müavini Umud Rəhimoğlu, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə və Rəşad Məcid, şuranın əməkdaşı Əvəz Rüstəmov iştirak edib.

Tədbirdə onlayn medianın və sosial şəbəkələrin cəmiyyətə təsir imkanları haqqında ətraflı söhbət açılıb. Konfrans çərçivəsində Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması ilə bağlı ikitərəfli memorandum imzalanıb.

1992-ci ildə söz və ifadə azadlığı ilə bağlı məsələlərə önəm vermək, jurnalist peşəkarlığının forma və xüsusiyyətlərini təhlil etmək, mövcud istiqamətdəki standartların tətbiqinə dəstək olmaq məqsədilə yaradılan Ümumdünya Mətbuat Şuraları Assosiasiyası tərkibində Avropanın və Asiyanın nüfuzlu media strukturlarını birləşdirir. 2005-ci ildən quruma üzv olan Azərbaycan Mətbuat Şurasının beynəlxalq əlaqələrinin qurulmasında və inkişafında mühüm rol oynayıb. Şura hazırda Avropa Mətbuat Şuraları Alyansında təmsil olunur, dünyanın müxtəlif beynəlxalq media qurumları ilə əməkdaşlığa, həmçinin Avropa Şurası, BMT kimi nüfuzlu qurumlarla sıx təmaslara malikdir. Naxçıvan Mətbuat Şurasının da bu quruma üzv olması Naxçıvan mətbuatının qarşısında yeni perspektivlər açır.

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının rəhbəri Melek Sule Aker bizimlə söhbətində çox önəmli bir konfransın  gerçəkləşdiyini vurğuladı: “Mənim üçün faydalı toplantı oldu. Naxçıvandan qatılan media nümayəndələri çox dəyərli fikirlər söylədilər. Və daha önəmlisi də Naxçıvan Mətbuat Şurası Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv oldu. Birlikdə daha gözəl nailiyyətlərə imza atacağımıza inanıram. Bu hər iki tərəf üçün faydalıdır. Naxçıvanda mətbuat sənət səviyyəsindədir. Üzvlük məsələsinə gəlincə isə bu, Naxçıvan mətbuatının qarşısında geniş imkanlar açır.

Mən özüm həm də universitet müəllimiyəm. Müşahidə etdiklərim nə oldu? Naxçıvan Dövlət Universitetindəki tələbələrin fəallığı, yaradıcılığı, gördükləri işə könüldən bağlı olmaları məni çox təsirləndirdi. Bəzi gənclər pul qazanmaq naminə hansısa peşəni seçir. Amma o tələbələr gördükləri işlə maraqlanırlar. Onlar bu işi öyrənməyə cəhd göstərirlər. Gələcəkdə mətbuatı məhz onlar da  irəli aparacaqlar”.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da Naxçıvan Dövlət Universitetinin jurnalistika ixtisası tələbələri üçün yaradılan şəraiti yüksək qiymətləndirdi: “Jurnalist tələbələrlə görüşdük. Sual-cavabda hiss etdim ki, fəal tələbələrdir. Sonra məlum oldu ki, həmin tələbələr “Şərq qapısı” qəzetinin və Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ayrı-ayrı redaksiyalarina təhkim olunublar. Müvafiq ixtisasların dövlət qurumlarına hamiliyə verilməsinin, tələbələrin bu qurumlarda təcrübə keçmələrinin onların ixtisaslı kadr kimi formalaşmasında mühüm rol oynayacağını düşünürəm. Həmçinin bəziləri artıq müvafiq işlə təmin olunub. Universiteti bitirdikdən sonra həmin tələbələr redaksiyalar üçün hazır kadrdırlar. Bu kifayət qədər çox müsbət təcrübədir. Mən əminəm ki, paytaxtda  fəaliyyət göstərən digər universitetlərə də bu təcrübəni şamil etsək, əhəmiyyətli olar. Həm universitetlərin jurnalistika fakültələrinin imicləri artar, həm də bu sahəyə gənclər arasında maraq daha da çox olar. Eyni zamanda redaksiyalar artıq özlərinin vidalaşdıqları əməkdaşları ilə bağlı elə də problem yaşamazlar. Çünki artıq onların yerinə yeni kadrlar gələcək. Mediada gənc kadrlara önəm verilməlidir. Bu təcrübəni Naxçıvanda gördüm və alqışlayıram. Qəzet redaksiyasında diqqətimi çəkən maraqlı bir nüansa toxunum. Dörd korrektor çalışırdı. Bu təcrübəni də geniş yaymaq lazımdır. Ölkədə bir sıra qəzetlər var ki, onlarda ya bir korrektordur, ya da korrektor əməyindən ümumiyyətlə istifadə olunmur. Bu da səhvlərin getməsi ilə nəticələnir. Texniki təchizat kifayət qədər yüksəkdir. Nəşriyyatda olduq. Çap olunmuş kitabların keyfiyyətini gözümüzlə gördük. Naxçıvan televiziyasının studiyalarında olduq. Redaksiyaları gəzdik. Texnikanın tamamilə yenilənməsi diqqətimizdən yayınmadı. Peşəkarlıqla yanaşı, müasir texnika da olmalıdır ki, jurnalist özünü daha yaxşı ifadə edə bilsin. Bütün bunların hamısı Naxçıvanda, bütövlükdə ölkədə media siyasətinin necə düzgün qurulması ilə bağlıdır”.

Beynəlxalq konfransla bağlı fikirlərini də bölüşən Azərbaycan Mətbuat Şurasının sədri bu tədbirin Naxçıvanda təşkilinin önəmli olduğunu bildirdi: “Ölkədə və bütün dünyada ictimai fikir əsasən sosial şəbəkələr vasitəsilə formalaşır. Bu da problemin nə qədər aktual olduğunu göstərir. Naxçıvandakı bu tədbir eyni zamanda ona görə önəmlidir ki, Naxçıvanın bütün ərazisi yüz faiz internetlə təmin olunub. Belə bir rəqəmi hətta digər ölkələrlə bağlı söyləmək mümkün deyil. Konfransın başqa bir  əhəmiyyəti Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması idi. Bu, Naxçıvan mətbuatı qarşısında yeni perspektivlərin açılması deməkdir. Belə bir önəmli tədbirin yüksək səviyyədə reallaşmasına görə nümayəndə heyətimiz adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımı bildirirəm”.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu: “Bu konfrans kifayət qədər ciddi bir mövzuya həsr olunmuşdu. Naxçıvanın beynəlxalq media qurumuna üzv olması düşünürəm ki, hər birimizin uğurudur. Həm ümumilikdə ölkənin, həm də Naxçıvan mətbuatının uğurudur.

Naxçıvanda bizim inkişaf etməkdə olan mediamiz var. Naxçıvanın ən ucqar kəndlərində belə internet var. Biz “Nuhçıxan” İnformasiya Agentliyində olduq. Hazırda onun 300 mindən çox izləyicisi var. Qürurverici bir rəqəmdir. Bu memorandumdan sonra mən düşünürəm ki, Naxçıvan jurnalistləri beynəlxalq qurumlara inteqrasiya sahəsində artıq konkret bir platormada təmsil olunacaqlar. Bunun özü çox böyük uğurdur. Səfər çərçivəsində  “Şərq qapısı” qəzetinin redaksiyasında olduq.  Müasir texnologiya ilə təmin olunmuş və kifayət qədər də kadr potensialı olan bir mətbu orqandır. Bir neçə ay bundan öncə Əl-Cəzirə televiziyasının böyük çəkiliş qrupu ilə Naxçıvanda olduq. Onlar Naxçıvanla bağlı film hazırlayırlar. Naxçıvanla bağlı o qədər yüksək fikirdədirlər ki, çevrələrində belə aldıqları təəssüratı paylaşırlar”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə Naxçıvanda keçirilən konfransı təkcə medianı yox, cəmiyyəti düşündürən önəmli tədbir adlandırdı: “Elektron media qurumları, internet portalları Azərbaycanda və dünyanın bir çox ölkələrində sürətlə inkişaf edir. Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv qəbul olunması, hesab edirəm ki, önəmli hadisədir. Bunun Naxçıvan Mətbuat Şurasının dünya media qurumlarına çıxışında böyük təsiri olacaqdır. Biz universitetdə yaradılmış studiyanı gördük.  Bu nümunəvi bir addımdır. Jurnalistika ixtisası olan universitetlərdə belə studiyaların olması çox vacibdir. Peşəkar jurnalistlərin hələ tələbəlikdən formalaşması üçün önəmli rol oynayır. Gözəl bir mətbəənin yaradılması və “Şərq qapısı”  qəzetinin fəaliyyətinin yüksək səviyyədə təşkil olunması, Naxçıvan televiziyasında yaradılan müasir  şərait mediaya olan dəstəyin bir nümunəsidir. Naxçıvan Mətbuat Şurası ilə əlaqələrin olması bizim üçün də vacibdir. Və bundan sonra əlaqələrin daha yüksək səviyyədə inkişafına aidiyyəti olan qurumlar öz töhfələrini verəcəklər. Son illər ölkə mediası ilə əlaqələrin qurulması çox yüksək inkişaf edib. Naxçıvan haqqında ölkə mediasında kifayət qədər mövzuların yer alması çox yaxşı haldır. Naxçıvan jurnalistlərinin ölkə mətbuatı ilə, eləcə də rəhbərlik etdiyim “İki sahil” qəzeti ilə əməkdaşlığı məmnunluq doğurur. Assosiasiyaya üzv olmaq artıq ölkədən də kənara bu yazıların çıxışına imkanlar açacaq”. 

Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ