Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənilər faşist Njdenin qisasını ruslardan Qriboyedovu təhqir etməklə aldılar

Image


Ermənilərin Qafqaza, xüsusən də Azərbaycan torpaqlarına köçürülməsi planının müəllifi və əsas icraçısı olan rus diplomatı, şair və dramaturqu Aleksandr Qriboyedova qarşı ermənilər nankorluq edirlər.

Halbuki, Qriboyedovun erməniləri bizim ərazilərə köçürərək onlardan azərbaycanlılara qarşı alət kimi istifadə etmək ideyası olmasaydı, çar hökuməti onların Qafqaza köçürülməsi haqqında bəlkə də düşünməzdi. Amma tarixi reallıq budur ki, ermənilərin kütləvi olaraq İran və Türkiyə ərazisindən Azərbaycan torpaqlarına köçürülməsi, onların burada məskunlaşdırılması layihəsinin müəllifi Qriboyedov olub. O Qriboyedov ki, vaxtilə ermənilər ona İrəvanın mərkəzində heykəl ucaldıblar, indi isə bu heykəli təhqir edirlər. Səbəb isə Rusiyanın faşist Njdenin heykəlinin sökülməsi ilə bağlı etdiyi çağırışlar, bəzi Rusiya vilayətlərində Njdeyə aid büstlərin sökülməsi göstərilir. 

Erməni mətbuatının yazdığına görə, İrəvanda dekabrın 2-də axşam saatlarında rus diplomatı, şair və dramaturqu Aleksandr Qriboyedovun abidəsi təhqir olunub. Bu haqda “Vereleg” adlı erməni saytı yazır. Abidəni təhqir edən və onun üzərinə qırmızı boya tökən isə yerli millətçi-fəal Şaqen Arutyunyandır. Arutyunyan özü bu haqda “Facebook”da bildirib. “Rusiya imperiyasının səfiri, şair Qriboyedovun abidəsinə Njdenin xatirə lövhəsinin təhqir olunmasına cavab olaraq qırmızı boya tökdüm” - deyə erməni millətçisi qeyd edib. Məlumatlara görə, o, “Vahid milli təşəbbüslər” partiyasının lideri Şant Arutyunyanın oğludur. “Mən bunu bilərəkdən dekabrın 2-də-Ermənistanın bolşevikləşdirilməsi və Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri günündə etdim” -Ş.Arutyunyan bildirib.

Xatırladaq ki, noyabrın 13-də Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində yerli deputat Aleksey Vinoqradov faşist Njdeyə erməni kilsəsinin həyətində qoyulmuş xatirə lövhəsini qara boyayıb. Daha sonra yerli sakinlər lövhənin sökülməsi məsələsini qaldırıblar. Noyabrın 30-da lövhənin söküldüyü məlum olub.

Siyasi analitiklər və tarixçilər qeyd edirlər ki, ermənilər faşist cinayətkarı və başkəsəni Qaregin Njdenin qisasını böyük rus şairindən və diplomatından alıblar. Onlar haqlı olaraq vurğulayırlar ki, ermənilər indiki coğrafiyada, xüsusən də Dağlıq Qarabağda yaşadıqlarına görə məhz Qriboyedova və onun təmsil etdiyi Rusiya imperiyasına minnətdar olmaq əvəzinə, nankorluqlarından qalmırlar. Onlar hesab edirlər ki, Qriboyedovun abidəsi də bu minnətdarlığın ifadəsi kimi İrəvanda ucaldılmışdı. İndi isə ermənilər abidəni və Qriboyedovun ruhunu təhqir edirlər. Bu, erməni nankorluğunun bariz nümunəsidir və Rusiyanı düşündürməlidir. Bu da onların fikridir.

  • “Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri zamanı əldə edilən uğurlar, onun ardınca isə Lavrovun Bakı səfəri Ermənistan hakimiyyətinin ciddi narahatlığına səbəb olub”

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, faşist Qaregin Njdenin qisasını böyük rus şairi və diplomatının heykəlindən almaq böyük nankorluqdur. Q.Hacıyevin sözlərinə görə, ermənilərin Qriboyedovun heykəlini bu şəkildə təhqir etməsi yalnız Njdeyə görə deyil, həm də Azərbaycan və Rusiya arasında inkişaf edən səmərəli ikitərəfli əlaqələrlə bağlıdır. Müsahibimizin dediyinə görə, bu gün Rusiyada faşist Njdenin İrəvandakı heykəlinin sökülməsi ilə bağlı başlanan hərəkat, eləcə də Rusiya vilayətlərində onun heykəlinin sökülməsi prosesinin həyata keçirilməsi erməniləri möhkəm qəzəbləndirib. Ermənilərin Qriboyedovun heykəlini təhqir etməsinin kökündə böyük siyasi mənanın gizləndiyini deyən Q.Hacıyev hesab edir ki, erməni şovinstləri bu addımı atmaqla həm də Rusiyanı şantaj etmək məqsədi güdürlər. “Bu gün Ermənistanda vəziyyət nəzarətdən çıxıb. Orada nə baş verirsə, hökumət “bizim bu işdən xəbərimiz yoxdur” deyir. Başa düşə bilmirəm, bu necə ölkədir ki, baş verənlərdən hökumətin xəbəri olmur. Njdeyə heykəl qoyulur, indiki hakimiyyət deyir bizim xəbərimiz yoxdur. Tələt Paşanın başını kəsən mənfur terrorçuya heykəl qoyulur, heykəldə Tələt paşa təhqir olunur, hökumət yenə də özünü xəbərsiz kimi aparır. İndi də ermənilərin Qafqaza, xüsusən də Azərbaycan torpaqlarına köçürülməsinin banisi olan Qriboyedovun heykəli təhqir olunur, hökumət yenə də hər hansı bir açıqlama vermir, iş yenə də ictimaiyyət nümayəndələrinin boynunda qalır. Qriboyedov olmasaydı, heç ermənilərin ayaqları bizim torpaqlara dəyməzdi. Ermənilər öz “xaç ata”ları Qriboyedovun heykəlini təhqir etməklə Rusiyanı şantaj etmək istəyirlər. Ermənistan hökuməti Qriboyedovun heykəlinin təhqir edilməsini təşkil etməklə göstərmək istəyir ki, siz Njdedən əl çəkməsəniz, biz də heykəli kökündən çıxarıb ata bilərik, hələlik isə onu təhqir etməklə kifayətləndik. Son zamanlar Rusiya və Azərbaycan arasında əlaqələrin daha da inkişaf etməsi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri zamanı əldə edilən uğurları, onun ardınca isə Lavrovun Bakı səfəri Ermənistan hakimiyyətinin ciddi narahatlığına səbəb olub. Rusiya və Azərbaycan arasında yaxınlaşmalar Ermənistanı narahat etməyə bilməz. Faşist Njdenin heykəlinin sökülməsinin vacibliyi ilə bağlı çağırış Azərbaycan Prezidentinə məxsusdur. Bu da erməniləri narahat edir”.

Q.Hacıyev, həmçinin, bildirdi ki, Qriboyedovun ölümü də ermənilərin fitnəsi, hiyləsi və məkri ilə baş verib. Qriboyedovun İranda vəhşicəsinə öldürülməsinin səbəbkarının müsəlmanlar deyil, ermənilər olduğunun tarixi faktlarla sübut edildiyini deyən Q.Hacıyev bildirdi ki, o, ermənilərin əli ilə elə ermənilərə görə öldürülüb: “Ermənilər nankor toplumdur. Qriboyedovun öldürülməsi də ermənilərlə bağlıdır. Onu İranda müsəlmanlar yox, ermənilər öldürüblər. Sonra bunu müsəlmanların üstünə atmaq istəyiblər, amma buna nail ola bilmədilər. İndi də Qriboyedovun heykəlini təhqir ediblər, amma Ermənistanda ermənilərdən başqa millət yaşamadığı üçün, bunu heç bir millətin boynuna qoya bilməyiblər. Ermənilər onlara görə öldürülən Qriboyedova qarşı ən böyük tarixi nankorluqlarını ortaya qoydular”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ