12/12/2019 18:53
728 x 90

Elmar Məmmədyarov: “Qarabağa dair danışıqlar dalana dirənib”

Azərbaycan XİN başçısı Lavrovla danışıqları “məzmunlu” adlandırıb

img

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar dalana dirənib. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Hazırda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda durğunluq vəziyyəti yaranıb”, - Məmmədyarov çərşənbə axşamı rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarn yekunları üzrə bildirib.

Məmmədyarov qeyd edib ki, münaqişə mərhələli şəkildə həll olunmalıdır. “İlk növbədə, əlbəttə ki, ordu kazarmalara qayıtmalıdır, çoldə olmamalıdır. Daha sonra qaçqınların qaytarılması, iqtisadi imkanların və yolların təcrid olunmasının aradan qaldırılması barədə düşünmək olar”, - Məmmədyarov bildirib.

Azərbaycan və Rusiya Xarici İşlər nazirləri arasında 2020-ci il üçün siyasi məsləhətləşmələr Protokolu imzalanıb. Bunu Azərbaycanın XİN başçısı Elmar Məmmədayrov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekunlarına dair bəyan edib.

“Danışıqlar olduqca məzmnlu keçdi. Azərbaycanla Rusiya arasında gələn il üçün siyasi məsləhətləşmələrə dair protokol imzaladıq”, - Məmmədyarov mətbuat konfransında bildirib.

Son xəbərlər