Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanın Ermənistana “faşizmə rəğbət” zərbəsi öldürücü effekt verməyə başlayır…

Image


Ermənistanda faşizmə bəslənən sevginin Azərbaycan tərəfindən ifşa olunması, bu ölkədə həmçinin antisemitizmə rəğbət xüsusunda baş verənlərin də diqqət mərkəzinə gətirilməsi düşmən ölkədə böyük təşvişlə qarşılanır. Erməni faşizminə Prezident İlham Əliyevin Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini, yəhudi din xadimi Rabbi Abraham Kuper və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri, yevangelist din xadimi Conni Murlə görüşündə yenidən toxunması da Ermənistanın narahatlığını əhəmiyyətli dərəcədə artırıb.

Xatırladaq ki, bu görüş zamanı dövlət başçısı Ermənistanın monoetnik ölkə olmasına da diqqət yetirib: “Azərbaycan çoxkonfessiyalı, multietnik ölkədir, Ermənistan isə monoetnik ölkədir. Bütün digər etnik qrupların nümayəndələri qovulmuşdur. Eşitmişəm ki, Ermənistanda guya yəhudi icmasının rəhbəri var, lakin onun Karapetyan və ya Varapetyan kimi bir adı var. Orada yəhudilər yoxdur, azərbaycanlılar yoxdur”. Rabbi Abraham Kuper də bu fonda diqqətə çatdırıb ki, orada antisemitizm var.

Məsələ ilə bağlı Prezident İlham Əliyev bildirib: “Bəli, əlbəttə ki, antisemitizm var. Bilmirəm, sizin bu barədə məlumatınız var, ya yox. Bu ilin oktyabr ayında keçmiş Sovet İttifaqı respublikalarının rəhbərlərinin görüşdüyü Aşqabad şəhərində keçirilən MDB Sammiti çərçivəsində mövzulardan biri İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümünün qeyd olunması ilə bağlı idi və mən söz alaraq dedim ki, Azərbaycan və MDB-yə üzv olan digər ölkələr faşizmin pislənməsi ilə bağlı ortaq mövqedən çıxış edirlər. Nasistlərin qəhrəmanlaşdırılması haqqında danışarkən mən dedim, təəssüf ki, bizim bölgədə, MDB məkanında faşistləri tərənnüm edən bir ölkə var. Mən faşistlərə xidmət edən, Ermənistan hökuməti tərəfindən şərəfinə 6 metr hündürlüyündə abidə ucaldılmış Qaregin Ter-Arutunyanın adını çəkdim. O, faşist Almaniyası, müharibə vaxtında “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” ifadəsini işlədən bir şəxs idi və bu şəxsin müxtəlif millətlərin, o cümlədən yəhudilərin və digər insanların qətlində əli olub… Qələbənin 75-ci ildönümü ərəfəsində biz İrəvanın mərkəzində bu abidənin olmasına necə dözə bilərik? İndi onlar - mən mətbuatdan eşitmişəm - Bolqarıstanda abidə tikməyə çalışırlar. Onlar birini Rusiyanın Armavir şəhərində ucaldıblar. Çox cəsur bir insan gəlib onun üstünə qara boya töküb və indi erməni diasporu ona hücum edir. Onlar faşisti müdafiə edirlər. Ona görə də, əlbəttə ki, biz ümid edirik dünyadakı yəhudi icmaları bizim səsimizə səs verəcək və Ermənistan hökumətini bu abidəni sökməyə məcbur edəcəklər”. Rabbi Abraham Kuper də bildirir ki, Ermənistanın mövqeyi qəbuledilməzdir və bu ölkədə nasistlərin silahdaşlarına, kütləvi qırğın törədənlərə abidələr ucaldılır.

Bütün bunlarla bağlı Ermənistanın “armenianreport” portalında Razmik Akopcanyan yazır ki, Azərbaycan faşizm məsələsində artıq Ermənistana dəqiq və sistemli hücumlar edir:  “Azərbaycan prezidenti Rabbi Abraham Kuper ilə görüşündə Njde məsələsinə xüsusi olaraq toxundu. Azərbaycan bu fonda Ermənistana faşizm məsələsində dəqiq, sistemli hücumlar edir. Həm də görünən budur ki, bu məsələdə yəhudi lobbisinin gücündən istifadə etməyə də çalışır. Ermənistan hakimiyyəti isə bunların qarşısında sadəcə susqunluq nümayiş etdirir. Azərbaycan isə fəaliyyətini davam etdirir. Ermənistanda buna qarşı çıxa bilən qüvvə yoxdur. Əksinə, Azərbaycanın gedişlərindən sonra Rusiyada da bu məsələyə diqqət artıb. Bəziləri Ermənistan hökumətinin Rusiyanın İrəvandakı səfirliyi qarşısında aksiyalar təşkil edəcəyini gözləsə də, bu baş vermədi. Amma baxın Azərbaycan necə fəaliyyət göstərir. Burada Qarabağ müharibəsində iştirak edən Albert Aqarunova heykəl qoyuldu və onun açılışında İsrailin Azərbaycandakı səfiri də iştirak etdi”. Portal yazır ki, belə vəziyyətdə Njde ilə bağlı olayların da xüsusi qabardılması yəhudi lobbisinin Azərbaycanın yanında yer almasını şərtləndirir. Eyni zamanda, Rusiyada baş verənlər də Ermənistanın lehinə olmayan hal kimi dəyərləndirilir.

Xatırladaq ki, bu günlərdə Rusiyanın Krasnodar diyarının Armavir şəhərində yerli qanunvericilik orqanının deputatı Aleksey Vinoqradov Qaregin Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyayıb. Şəhərin erməni diasporunun və Ermənistanın Rusiyadakı səfirliyinin etirazlarına baxmayaraq, lövhə bərpa edilməyib. Aleksey Vinoqradov  özü isə dəfələrlə bildirib ki, Üçüncü Reyxlə əməkdaşlıqda adı hallanan şəxslərin xatirəsinin əbədiləşməsi alman qəsbkarlarına qarşı müharibədə qanını tökmüş bir xalq üçün təhqirdir. Armavir əhalisi də uzun illərdir Njdenin xatirə lövhəsini sökməyi tələb edir, yerli hakimiyyət orqanlarına, prokurorluğa kollektiv ərizələr yazır. Hakimiyyət orqanları isə guya Rusiya Dövlət Arxivindən Njde barədə sənədlər tələb etdiklərini, lakin hələ cavab almadıqlarını bəhanə gətirirlər. Nəhayət, bu məsələni deputat Aleksey Vinoqradov özünəməxsus şəkildə həll edib.

Rusiya Kommunist Partiyasının Krasnodar bölməsinin katibi Aleksandr Safronov özünün sosial şəbəkə hesabında yazır ki, faşizmlə əməkdaşlıqda adı hallanan şəxslərin xatirəsinin əbədiləşdirilməsinə heç vəchlə yol vermək olmaz. Armavir hakimiyyət orqanlarının Njdenin xatirə lövhəsinin quraşdırılmasına icazə verməsi həqiqətən də təəccüb doğurur. Rusiya bütün dünyada faşist havadarlarına bəraət qazandırılmasına qarşı mübarizə aparır. Elə bu il noyabrın əvvəllərində BMT Baş Assambleyası Rusiyanın irəli sürdüyü “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrıseçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə mübarizə” adlı qətnaməni təsdiqləyib. Qətnamədə dövlətlərə Böyük Vətən Müharibəsinin nəticələrinə yenidən baxılmasına və bu müharibə dövründə törədilən cinayətlərin inkar edilməsinə qarşı tədbirlər görmək tövsiyə olunur. Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bu mənada Vinoqradovun tamamilə doğru addım atdığını vurğulayıb. O, Njdenin nasist rejiminin əməkdaşı olduğuna şübhə etmir və Armavirdə Njdenin xatirəsinin əbədiləşdirilməsini böyük məsuliyyətsizlik sayır.

Xatırladaq ki, Njde Böyük Vətən Müharibəsi illərində nasional sosialistlərin erməni legionunun yaradıcısı olub. O, Şimali Qafqazda Sovet ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. Njdenin satqın olması, nasist Almaniyasına qulluq etməsi artıq bir çox müstəqil tarixçilər tərəfindən tarixi faktlarla sübut olunub. Amma Ermənistan bu ideologiyaya sadiq olduğunu göstərməyə davam edir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ