AVCİYA bələdiyyə seçkiləri ilə bağlı maarifçilik tədbirlərinə başladı

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCIYA) Seçki Qərargahı 2019-cü ilin dekabrında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri ilə əlqədar özünün FƏALİYYƏT PROQRAMI əsasında işlərini təşkil edir.
AVCIYA Seçki Qərargahından baki-xeber.com-a verilən məlumata görə, assosiasiya 2019-cü ilin dekabrında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri ilə bağlı fəaliyyət proqramına uyğun olaraq ilk mərhələdə aşağıdakı işləri həyata keçirib: Bələdiyyələrə aid beynəlxalq təcrübənin öyrənilməsi;Bələdiyyə seçkilərinə aid qanunvericilik bankının yaraldılması;“Seçki məcəlləsi”nə dəyişiklərlə bağlı tövsiyyələrin hazırlanması;Seçki öncəsi vəziyyətin monitorinqinin təşkili;Broşura və bülletenlərin hazırlanması; Seçki prosesi ilə məşğul olan beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması və əməkdaşlığın təşkili;Seçkilərin monitorinqi ilə məşğul olan digər ölkələrinin QHT-ləri ilə əməkdaşlığı genişləndirilməsi: AVCİYA Seçki Qərargahının fəaliyyəti ilə bağlı KİV-ə mütəmadi məlumatlar verilməsi və s. Bundan başqa 3 oktyabr 2019-cu il tarixdə assosiasiya “Bələdiyyə seçkiləri: Yerli və beynəlxalq təcrübə” adlı konfrans keçirib.
Assosiasiya bu gündən fəaliyyət proqramına uyğun olaraq regionlarda seçici fəaliğının artırılması üçün maarifçilik işlərinə start verib. Regionlardakı tədbirlərdə t.ü.e.d.,professor Məhərrəm Zülfüqarlının rəhbərliyi ilə ekspertlər məruzələrlə çıxışlar edəcəklər.
Məlumat üçün qeyd edək ki, assosiasiya Azərbaycan Respublikasında 2004-cü ildən başlayaraq hazırki dövrə qədər keçirilmiş bütün seçkilərin və referndumun monitorinqini təşkil edib.Seçkilərin şəfaf keçirilməsinə yardım etmək məqsədilə 2004 – cü ildən bu günə kimi bir sira metodik vəsait və 16 kitabça nəşr etdirib. Assosiasiyanın hazırladığı sənədlər, Aralıq, Yekun hesabatlar və kitabların elektron variantları www.avciya.az saytında yerləşdirilib. Assosiasiya nümayəndələri Bolqarıstan, Gürcüstan, Belarus, Moldovada müxtəlif missiya tərkiblərində seçkiləri müşahidə etmişlər. AVCİYA, sıralarında 36 ölkənin nümayəndələrini birləşdirən Seçki Müşahidəçilərin Dünya Şəbəkəsinin (World Network od Election Observers – www. worldelection.net) üzvüdür.