14/12/2019 11:55
728 x 90

Dünya din başçıları Azərbaycanda bir formul da eşitdilər – “Bu inkişaf multikultural dəyərlər sayəsində mümkün olub”.

Ramil Hüseynov: “Prezidentin sözügedən məsələ ilə bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirir”

img

“Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.

Bunu Prezident İlham Əliyev Dünya Dini Liderlərinin II Bakı Sammitinin açılışı zamanı bildirib.

Ölkə başçısının sözlərinə görə, Azərbaycanın qədim dinlərarası ənənələri var:“Azərbaycan, ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.

Ölkə başçısının fikrincə, əldə etdiyimiz nailiyyətlər deməyə əsas verir ki, inkişafımız bundan sonra da uğurlu olacaq: “Gələcəyimiz parlaq olacaq və uğurlu gələcəyimizin əsas şərti daxili sabitlikdir. Sabitliyin də təminatçısı Azərbaycan xalqıdır, onun rəyidir, onun bizə verdiyi dəstəkdir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir və eyni zamanda, dinlərarası münasibətlər də bizim gücümüzü artırır”.

Həqiqətən də Azərbaycanda bu sahədə çox uğurli vəhdət mövcuddur. Bu da ölkənin inkişafına öz töhfəsini verir. Bu baxımdan Prezidentin bununla bağlı dəyərləndirməsi nə dərəcədə uğurlu izahdır?

  • “Mövcud olan bu vəhdət ölkədə siyasi sabitliyə, iqtisadi inkişafa öz müsbət töhfəsini verir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən VİP-in sədr müavini Ramil Hüseynovun fikrincə, Prezidentin sözügedən məsələ ilə bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirir: “Bununla bağlı çoxsaylı arqumentlər gətirmək olar. Məsələ ondadır ki, Azərbaycanda mövcud olan multikultural dəyərlər ölkədə sabitliyin yaranmasında, inkişafın təmin olunmasında mühüm rol oynayır. Azərbaycanda çox uğurlu dinlərarası vəhdət mövcuddur. Mövcud olan bu vəhdət ölkədə siyasi sabitliyə, iqtisadi inkişafa öz müsbət töhfəsini verir. Təbii ki, ölkədə bütün bunların təmin olunmasında multikultural dəyərlərin özünəməxsus rolu var. Azərbaycanda müxtəlif dini icmalar arasında həmrəylik mövcuddur. Dini konfessiyalar arasında hansısa zərərli tendensiyaların özünü göstərməsi üçün zəmin yoxdur. Təsadüfü deyil ki, Azərbaycan dünyada ən tolerant ölkə hesab olunur. Bütün bunlar, əlbəttə ki, Azərbaycanın xeyrinədir”.

Vidadi ORDAHALLI

Son xəbərlər