Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan və erməni jurnalistlərinin qarşılıqlı səfərləri nəyi dəyişə bilər ki - Paşinyan aşkar pozuculuqla məşğuldursa...

Image


Bir çox KİV-də noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfərlik erməni jurnalist qrupunun gələcəyi haqda xəbər yayılıb. Eyni zamanda, noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfərinin planlaşdırıldığı bildirilir.

Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı. Ehtimallar var ki, jurnalistlərin  qarşılıqlı səfəri həmin layihənin tərkib elementinə aiddir.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev bildirib ki,  bu səfərin təşkili və seçimində əlaqə və iştirakı yoxdur. Arif Əliyev deyib ki, “Mənə müxbir yaxınlaşıb soruşdu, mən də dedim bu barədə eşitmişəm, amma bizim bu səfərlə, təşkilatçılıqda heç bir iştirakımız yoxdur”.

Bu səfərlərdə özünün iştirak edib-etməyəcəyinə gəlincə, Arif Əliyev vurğulayıb ki, bu, Rusiya hökumətinin təşəbbüsüdür: “Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərini təşkil etməyin vacibliyini vurğulamışdı, söyləmişdi ki, bununla bağlı konkret iş gedir. Bu barədə əvvəllər də soruşublar, cavabım “yox” olub, ehtiyac və imkan olsa, bu sahədə öz işimizi qura bilərik. Jurnalistika sahəsində əlaqələrin yaradılmasını perspektivli hesab etmirəm, bu proses gedərsə, bir neçə istiqamətdə paralel olaraq getməlidir”.

Qeyd edək ki, yayılan bu xəbər Azərbaycan jurnalistləri arasında birmənalı qarşılanmayıb. Tanınmış jurnalist Azər Rəşidoğlu  jurnalistlərin qarşılıqlı səfərləri ilə bağlı fikirlərini paylaşıb. Biz jurnalistin sosial şəbəkədə bu mövzu ilə bağlı paylaşdığı mövqeyini olduğu kimi təqdim edirik: “Erməni jurnalistlərin Bakıya, bizim jurnalistlərin İrəvana və işğalda olan Qarabağa səfərlərinə müsbət yanaşmıram. Bu layihə başlayan gündən ilk təklif alanlardan olmuşam və o vaxt verdiyim cavab dəyişməz qalır - İrəvana və işğal altında olan Qarabağa yalnız tankla gedə bilərəm. Heç bir sülhməramlı səfər və layihəni qəbul etmirəm. Torpaqlarımızı azad etmirlərsə, savaş tərəfdarıyam. Torpaq uğrunda qan tökmək bir şərəfdir, özüm və doğmalarım fəda olsun bu torpağa. "Günahsız erməni" imici yaradanlar sonunda Mübarizləri qatil çıxardacaqlar. Torpaq uğrunda ölməkdən və öldürməkdən böyük şərəf yoxdur”.

Məlumdur ki, Ermənistan, başda Paşinyan olmaqla, danışıqlar prosesinə açıq dirəniş göstərir. Onların son davranışlarında konstruktivlikdən əsər-əlamət yoxdursa, jurnalistlərin qarşılıqlı səfərlərinin Dağlıq Qarabağla bağlı sülh prosesinə nə kimi təsiri ola bilər?

  • “B bütün bunlar sülhün möhkəmlənməsi layihəsi çərçivəsində olunursa,  biz bunun əlamətlərini qəti müşahidə etmirik”

Media eksperti Azər Həsrət qəzetimizə açıqlamasında bildirdi ki, belə səfərlərin sülh prosesinə hansısa müsbət təsirinin ola biləcəyini iddia etmək mümkün deyil: “Əvvəla, bu səfərlə bağlı məndə dəqiq bilgi yoxdur. Mən də bunu mətbuatdan oxumuşam. Kim gələcək, kim gedəcək, bunu burdan və ya ordan kim təşkil edir? Bu  barədə dəqiq məlumat verilmir. Məlumat doğru olsa belə, indiki məqamda bunun baş tutmasını məqbul saymıram. Əgər bütün bunlar sülhün möhkəmlənməsi layihəsi çərçivəsində olunursa,  biz bunun əlamətlərini qəti müşahidə etmirik. Belə səfərlərlə bağlı əvvəlcədən hazırlıq aparılmalıdır ki, ictimai rəy buna hazır olsun. Nə Azərbaycan ictimai rəyi, nə də jurnalistikası hər hansı bir hazırlıq mərhələsini keçib. Yəni izah olunmayıb ki, bunlar necə gəlir, necə gedir, nəticə nəyə hesablanır. Gedib kimlə orda görüşəcəklər və ya onlar gəlib burda nə edəcək? Bunlar aydınlaşmayıb. Kimsə bunu gerçəkləşdirirsə, məsələ olduqca çiydir. Bu da xeyirdən çox ziyan gətirə bilər. Mən düşünürəm ki, belə alayarımçıq iş görməyə ehtiyac yox idi. Azərbaycan cəmiyyətində bir müddət əvvəl bunun müzakirəsi aparıldı. Onda biz də öz fikirlərimizi dedik ki, intensiv deyil,  məhdud çərçivədə bu cür görüşlərin, gediş-gəlişlərin olmasının əleyhinə deyilik, amma istənilən  halda məsələnin tam olaraq  şəffaf təqdimatı lazımdır. Həm də bunun üçün uyğun şərait olmalıdır. İndiki halda mən bu şəraiti görmürəm. Çünki Ermənistan rəhbərliyi özünü sülhə yaxın olan tərəf kimi aparmır. Rusiyanın patronajlığı altında keçirilən layihədən isə ümumiyyətlə fayda gözləmirəm. Çünki həmin ölkə işğal faktının arxasında duran dövlətdir”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ