Bazar ertəsi günü, 14 iyul 2025
     

Dünyanın din xadimləri gələn il Bakıda dini və siyasi liderləri birləşdirəcək böyük konfrans keçirməyi qərara aldılar

Image

Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib. “Trendin məlumatına görə, bəyannamədə Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyi vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Dünya dini liderlərinin II Bakı Sammitinin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə qərarları, habelə II Bakı Sammitində iştirakı və dərin məzmunlu çıxışı yüksək dəyərləndirilib.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin əhəmiyyəti, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələri qeyd edilib.

Dünya dini liderlərinin II Bakı Sammitinin yüksək səviyyədə təşkili, habelə müxtəlif mədəniyyətlərin və dinlərin daşıyıcılarının, dövlət, ictimaiyyət və elm xadimlərinin görüşləri və fikir mübadilələrinin aparılması üçün yaradılan şəraitə görə tədbirin Təşkilat Komitəsinə minnətdarlıq bildirilib.

Moskva və Bütün Rusiya Patriarxı Kirillin sivilizasiyalararası və dinlərarası əməkdaşlığa töhfələri, bölgədə və beynəlxalq miqyasda sülhün və əmin-amanlığın qorunmasında, eləcə də qarşılıqlı etimad mühitinin yaradılmasında önəmli rolu qeyd olunub.

Roma Papası Fransiskin 2016-cı il noyabrın 2-də Azərbaycana apostol səfəri zamanı Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa verdiyi dəyər yüksək qiymətləndirilib. Habelə Papa Fransisk və Əl-Əzhərin baş imamı Şeyx Əhməd əl-Tayyib tərəfindən 2019-cu il fevralın 4-də Əbu-Dabidə imzalanmış “İnsani qardaşlıq, dünyada sülh və birgəyaşayış” Birgə Sənədi alqışlanıb.

Bütün Gürcüstan katalikos-patriarxı II İliyanın Qafqaz regionunun ənənəvi tolerantlıq mühitinin qorunmasında, bölgədə sülhə və əminamanlığa nail olunmasında və dinlərarası anlaşmanın bu məqsədlər naminə dərinləşməsində müstəsna xidmətləri vurğulanıb.

Qafqaz və ona qonşu olan bölgələrin, Mərkəzi Asiya ölkələrinin dini liderlərinin dinlərarası və məzhəblərarası əməkdaşlığın inkişafına və mənəvi dəyərlərin qorunmasına verdikləri töhfələr qeyd edilib.

Dünyanın müxtəlif regionlarını təmsil edən xristian, müsəlman, yəhudi, buddist, induist və digər dini birliklərin rəhbərləri və dini konfessiya təmsilçilərinin müasir dünyanı təhdid edən problemlərə dair birgə mövqeyinin bildirilməsi, o cümlədən dinlərarası və sivilizasiyalararası həmrəyliyin vacibliyinin bütün dünyaya nümayiş etdirilməsi məqsədilə belə tədbirlərin davamlı əsaslarda təşkil olunmasının əhəmiyyəti vurğulanıb.

Dünya dini liderlərinin II Bakı Sammitində irəli sürülən, Azərbaycan tərəfinin 2020-ci ildə Bakıda “Media və sosial şəbəkələrdə nifrətə çağırışlara qarşı mübarizədə dini liderlərin və siyasi xadimlərin birgə fəaliyyəti” mövzusunda BMT, KAİCİİD və Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin həmtəşkilatçılığı ilə beynəlxalq konfransın keçirilməsi təşəbbüsü alqışlanıb.

Dünya dini liderlərinin sülh, əminamanlıq və humanizm ideyalarına xidmət edən dövlət və ictimaiyyət institutları, habelə beynəlxalq və regional təşkilatlarla əməkdaşlığının vacibliyi qeyd edilib.

2018-ci ilin 25 iyun tarixində BMT-nin Cenevrədəki Ofisində “Dinlər, inanclar və dəyər sistemləri: bərabər vətəndaşlıq hüquqları” mövzusunda keçirilmiş ümumdünya konfransında qəbul olunmuş və BMT Baş katibi tərəfindən təsdiq edilmiş Bəyannamə alqışlanıb.

Qarşılıqlı etimad və anlaşma mühitində mədəni müxtəlifliyin, sivilizasiyalararası və dinlərarası əməkdaşlığın təşviq edilməsinin sülhə, təhlükəsizliyə və bəşəri həmrəyliyə töhfə olduğu vurğulanıb və bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilib.

Dünyada terrorizmin, müxtəlif zəminlərdə ayrı-seçkiliyin, ksenofobiyanın, dini və etnik zəmində dözümsüzlüyün artması, terrorçu və ekstremist qruplaşmalar tərəfindən dini dəyərlərin məqsədyönlü təhrif olunması, mədəni, dini və tarixi irsin dağıdılması, eləcə də qaçqınların, məcburi köçkünlərin və miqrantların humanitar fəlakət həddinə çatmış kütləvi axını nəticəsində dünyada sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərar olmaması ilə bağlı dərin narahatlıq ifadə edilib.

Silahlı münaqişələr, terror aktları, dini və etnik zəmində baş verən zorakılıqların insan tələfatı ilə yanaşı, mədəni və dini irsin talan və məhv edilməsi ilə nəticələndiyindən və bu xüsusda dünya mədəni və mənəvi irsinə aid olan, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və dini abidələrin dağıdılmasından dərin narahatlıq ifadə olunub.

Özündə bəşəri dəyərləri ehtiva edən dinlərin dünya sivilizasiyasına, mədəniyyətinə və mənəvi irsinə əhəmiyyətli töhfə verdikləri, humanizmin təşviq edilməsinə, sülhün və ədalətin təmin olunmasına xidmət etdikləri xüsusi vurğulanıb.

Dayanıqlı tərəqqiyə, sabitliyə və təhlükəsizliyə əsas maneə olan silahlı münaqişələrin həllinə, eləcə də aqressiv təbliğatlara, etnik və dini zəmində yaranan münaqişələrin təhrik olunmasına qarşı mübarizə sahəsində beynəlxalq birlik tərəfindən səylərin gücləndirilməsinə olan zərurət bildirilib.

Bəyannamədə dövlətlər, Birləşmiş Millətlər Təşkilatı, digər beynəlxalq və regional və ictimai təşkilatlar, dini liderlər sivilizasiyalararası və dinlərarası qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviq edilməsini və gücləndirilməsini davam etdirməyə, terrorizmin və insaniyyətə qarşı cinayətlərin din adı ilə bağlanması, ayrı-seçkiliyə, ksenofobiya, islamofobiya, antisemitizm, xristianofobiya zəminində törədilən terror aktları və digər xüsusilə ağır cinayətlərin qarşısının alınması üçün təsirli tədbirlər görməyə, din adından törədilən hər hansı terror aktını bütün dinlərə qarşı törədilmiş terror aktı kimi qiymətləndirməyə, terrorçuların öz məkrli niyyətləri naminə dinlərin müqəddəs dəyərlərindən istifadə etməsi cəhdlərinin qarşısının alınmasına çağırılır.

Həmçinin dini dəyərlər rəhbər tutulmaqla yanaşı, dini ayinlərin aidiyyəti dini məkanların yerləşdiyi ölkələrin dövlət siyasəti və milli qanunvericiliyinə tam riayət etməklə yerinə yetirilməsinin təmin olunmasına, media, rabitə və informasiya texnologiyaları vasitəsi ilə irqi, dini və etnik zəmində zorakılığa təhrik edən zərərli ideologiyaların və təbliğatların, nifrətə çağırışların qarşısının alınmasında əməkdaşlığın artırılmasına, gənclərin bu sahədə maarifləndirilməsinin təşviq edilməsinə, BMT-nin mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə qarşı yönəlmiş təhdid və təhlükələrin qarşısının alınması üçün birgə səylərin artırılmasına və qlobal dialoqun gücləndirilməsinə, silahlı münaqişə, təqib və zorakılıq nəticəsində əziyyət çəkmiş qaçqınlar, məcburi köçkünlər və miqrantların problemlərinin həllinə, onların pozulmuş hüquqlarının bərpa olunmasına, eləcə də bu cür vəziyyətlərin yaranmasına gətirib çıxaran amillərin aradan qaldırılmasına səy göstərilməsinə çağırış öz əksini tapıb.

Bundan başqa, bəyannamədə bütün dinlərin müqəddəs ibadətgahlarında, o cümlədən səmavi dinlərin müqəddəs məkanı olan Qüdsdə təxribatların və zorakılıq hallarının qarşısının alınmasında əməli səy göstərməyə, BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsinə və bu prinsiplərə riayət olunmasının beynəlxalq ictimaiyyət və yerli cəmiyyət daxilində təşviq edilməsinə, dünyanın bir çox bölgələrində, o cümlədən Yaxın Şərqdə davam edən münaqişələrin, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq sülh yolu ilə həll olunmasına töhfə verməyə, UNESKO-nun Nizamnaməsinə istinadən, dini, mədəni və etnik müxtəlifliyin qəbul olunması və buna hörmətlə yanaşılmasının təşviq edilməsinə, habelə dini və mədəni irsin qorunmasına, İnsan Hüquqları haqqında Ümumi Bəyannamə və BMT-nin Uşaq Hüquqları Konvensiyasına riayət etməyə, insan hüquqları, o cümlədən qadın və uşaq hüquqlarının təşviqi və müdafiəsi sahəsində din, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətini dəstəkləməyə çağırış yer alıb.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO/VİDEO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910