Cümə axşamı günü, 05 noyabr 2026
     

Bakıya gəlmiş 500-dən çox dini lider Qarabağ təcavüzünü açıq dəstəkləyən erməni katolikosuna necə təsir edə bilər?

Image


Dünyanın diqqət mərkəzində olan paytaxtımızda tez-tez beynəlxalq səviyyəli tədbirlər, sammitlər, toplantılar keçirilir. Şərqlə Qərbin qovuşağında yerləşən ölkəmizdə keçirilən bu toplantılardan dünya ictimaiyyətinə çox vacib mesajlar verilir. 

Məlum olduğu kimi, noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammitində dünyanın 500-dən çox dini lideri iştirak edib. Onlar Azərbaycandakı multikulural, tolerant mühitlə tanış olublar, eyni zamanda da Prezident İlham Əliyevin sammitin açılış mərasimindəki çıxışı zamanı Dağlıq Qarabağ problemi haqqında dəqiq məlumat alıblar. Dini liderlər aydın şəkildə gördülər ki, Azərbaycan təcavüzkar ölkə deyil, inkişaf edən, mədəni, tolerant bir ölkədir. Sammitdə iştirak edən dünyanın 500-dən artıq dini lideri erməni hərbçiləri qədər aqressiv mövqe tutan erməni katolikosu qarşısında hər hansı bir dini demarş edə bilərlərmi? Dağlıq Qarabağ məsələsi ilə bağlı katolikosa təzyiq göstərə, ona çağırışlar edə, təcüvüzlə bağlı başqa mövqe tutmasına təsir edə bilərlərmi?

  • “Dini liderlər bilirlər ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanmasına erməni katolikosu açıq dəstək verir”

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, dünya dini liderlərinin erməni katolikosuna bu məsələdə təsir göstərməsi, onun mövqeyinin dəyişməsinə nail olması tam mümkündür. “Əvvəla deyim ki, dünya dini liderlərinin II Bakı Sammiti bizim tarixşünaslığımız, tariximiz üçün çox böyük əhəmiyyət daşıyır. Dünyanın xristian, eyni zamanda da müsəlman dini liderlərinin bu sammitdə iştirakı ölkəmizə göstərilən böyük diqqət və hörmətdir. Bu, dövlətçilik ənənələrimiz üçün də çox təsirli, qiymətli bir hadisədir. İkinicisi, bu sammitdə 500-dən artıq nüfuzlu dini liderin iştirakı, onların burada əsl həqiqətləri dinləməsi dövlətimizin, xalqımızın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə birmənalı olaraq müsbət təsir göstərə bilər. Sammitdə elə dini liderlər iştirak edir ki, onlar xristian dünyasında böyük nüfuza malikdirlər və erməni katolikosuna da təsir etmək, onu öz mövqeyini dəyişməyə məcbur etmək gücünə sahibdilər. Erməni katolikosunun açıq şəkildə Ermənistanın  Dağlıq Qarabağa təcavüzünü dəstəkləməsi, işğalçılarla həmrəylik göstərməsi dünyanın dini liderlərini də narahat etməlidir. Hesab edirəm ki, onlar katolikosa güclü təsir edə bilərlər. Dünyanın elə dövlətləri var ki, bütün siyasi məsələlərdə dini mərkəzlərlə daha çox məsləhətləşirlər, bu mərkəzləri daha çox eşidirlər. Hətta Moskvanın və Bütün Rusiyanın dini lideri Kirilin, eləcə də digər nüfuzlu din xadimlərinin bu sammitə qatılması onu göstərir ki, onlar Azərbaycana çox diqqətlə yanaşırlar və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini bilirlər, bu problemin həlli üçün çalışacaqlar. Dünya dini liderləri erməni-qriqorian kilsəsinin neqativ fəaliyyəti haqqında məlumatlıdırlar. Dini liderlər  bilirlər ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanmasına erməni katolikosu açıq dəstək verir. Onlar yaxşı  bilirlər ki, erməni qriqorian kiləsi siyasətə, korrupsiyaya bulaşıb. Dünya dini liderləri xristianlığa ləkə olan erməni xristianlığının iç üzünü yaxşı tanıyırlar. Hesab edirəm ki, dünyanın dini liderləri istəsələr, erməni katolikosuna təsir edə, onun Dağlıq Qarabağ probleminə münasibətinin, mövqeyinin kökündən dəyişməsinə nail ola bilərlər. Bunun da nəticəsində Dağlıq Qarabağ probleminin həlli istiqamətində yeni addımlar atılmış olar”.

Q.Hacıyevin qeyd etdiyinə görə, erməni katolikosunun bu sammitə qatılmaması onu göstərir ki, o, açıq şəkildə olmasa da, dolayı yolla Ermənistanın Azərbaycan torpaqlarını təcavüzə məruz qoyduğunu etiraf edir. Q.Hacıyevin fikrincə, II Qaragen bu sammitə qatılardısa, onu burada dünyanın dini liderləri Azərbaycan torpaqlarının işğalda saxlanmasına dəstək verən bir şəxs kimi ittiham edərdilər. 

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ