Cümə axşamı günü, 05 noyabr 2026
     

Almaniyada cinayət faktına Müsavat Partiyasından gecikmiş və yarımçıq reaksiya...

Image


Artıq iki gündür ki, Müsavat Partiyası fəallarının Almaniyada saxta mühacir alveri ittihamı ilə həbs olunmaları ətrafında aparılan müzakirələr siyasi gündəmdən düşmür. Qeyd edək ki, alman polisinin reydləri zamanı 60-a yaxın şəxsin saxlandığı deyilir.

Onların arasında Müsavatın Avropa qanadının rəhbərliyində təmsil olunan və daima partiyaya dəstək verən şəxslər var. Maraqlıdır ki, hadisənin ilk günü ərzində Müsavat rəhbərliyi heç bir açıqlama verməyib. Bizim də bu istiqamətdə etdiyimiz cəhdlər uğursuz alındı. Yalnız gecə saatlarında partiyanın başqanı Arif Hacılı  öz “Facebook” səhifəsində məsələnin mahiyyətilə uzlaşmayan bir status paylaşdı. Müsavat rəhbərinin fikirlərini olduğu kimi təqdim edirik:

"Avropadan soydaşlarımız deport olunur. Onların öz məqsədi var. Ərazisində miqrantların sayını mümkün qədər azaltmaq hər Avropa ölkəsinin dövlət siyasətidir. Azərbaycanda nə baş verir? Bu olaydan hərə öz məqsədi üçün yararlanmağa çalışır. Real TV və başqa dövlət kanalları şadyanalıq edir. Biriləri bundan siyasi opponentlərə qarşı istifadə etməyə çalışır. Deport olunanlar arasında bir neçə ailə, xeyli çocuqlar var. Onları ən azı saxlanma, aşağılanma, sorğu-sual gözləyir. O qadınların, çocuqların üzüntüsünü, ürəklərinin sızıltısını, o üzüntüyə görə məhv olan ataların iztirabını düşünürsüzmü? Onlar Avropaya kefindən getməmişdilər. Bu yolla həyatlarını xilas etmək istəyirdilər. Bu da alınmadı. Nəyə sevinirsiniz? Nəyi bayram edirsiniz? Biz ki, belə amansız millət deyilik?! Bizə nə oldu?"

Şox maraqlıdır ki, Arif Hacılı bu statusu ilə sanki diqqəti gündəmdə olan mövzudan başqa istiqamətə yönəltməyə çalışıb. Təbiidir ki, uşaqlı azərbaycanlı ailələrin deport olunması bizim  üçün də xoş deyil. Ancaq yaxşı olardı ki, Arif Hacılı Avropada müsavatçılardan ibarət böyük bir dəstənin cinayət başında yaxalanması və “bu işdə partiya rəhbərlərinin də əli var” iddialarına aydınlıq gətirsin. Müsavat Partiyası rəhbərliyinin bu ittihamları cavablandırmaq gücündə olmadığını konkret faktlara əsasən telejurnalist Mahir Məmmədli də öz statusunda yazıb:  “Gəlmişik Müsavat Partiyasının başqanı Arif Hacılıdan müsahibə almağa. Özü qərargahda olmasa da, köməkçisi ilə xəbər göndərdi ki, müsahibə vermək istəmir. Biz isə israr elədik. Çünki söhbət çox ağır ittihamlardan, Arif Hacılının özünün yazdığı kimi, evlərini satıb saxta mühacirlik üçün külli miqdarda vəsait ödəyən insanların aldadılmasından, ailələri ilə Almaniyadan deportasiya edilməsindən gedir.

Arif Hacılı isə qərargaha gəlmək, ittihamlara cavab vermək əvəzinə bizə Facebook-dan söz göndərir. Bilirsiniz niyə? Çünki deyəcək sözü yoxdur. Partiya sədri bir jurnalistin sualından çəkinib öz qərarhagına gəlmir. Onun statusunun altındakı şərhlərdə bizi linçlə hədələyirlər. Arif Hacılı isə bu şərhə münasibət bildirmir. Arif Hacılı bilir ki, saxta mühacir əməliyyatının başlamasında jurnalistlərin rolu olub. Məhz biz saxta arayışları, saxta möhürləri nümayiş etdirmişdik”.

Qeyd edək ki, Müsavat rəhbərliyinin hadisəyə münasibət bildirməməsi tanınmış müsavatçıların da etirazına səbəb olub. ABŞ-da yaşayan tanınmış müsavatçı Ramiz Yunus oz “Facebook” səhifəsində Arif Hacılını istefaya çağıraraq bunları yazıb:“Gəlin hər şeyi öz adi ilə adlandıraq: Almaniyadakı mühacirlərə saxta sənədlərin verilməsi ilə bağlı yaşanan qalmaqal bir daha Müsavat Partiyasının imicinə zərbə vurdu və Alman federal polisi tərəfindən açilmiş cinayət işində adı hallanan Avropada bu partiyanın AKM adi altinda yaradilan mərkəzinin təşəbbüskarı şəxsən indiki başkan Arif Hacılıdir. Bütün sivil dünyada belə hallarda partiyanı zərbədən uzaqlaşdirmaq ücün onun rəhbəri istefa verir və məhz buna görə, hörmətli Arif bəy, istefa mədəniyyətini göstərməyinizi və bu biabırçı vəziyyətin öhdəsindən gəlmək üçün növbədənkənar partiya qurultayını çağırmağı məsləhət görürəm”.

Müsavat rəhbərliyindən Avropada baş verən həbslərlə bağlı mövqe öyrənə bilmədiyimiz üçün “belə vəziyyətdə partiya hansı reaksiyaları verməlidir” sualı ilə kənar bir ekspertə müraciət etdik. Hüquqşunas Mehman Muradlı “Bakı-Xəbər”ə bildirdi ki, burdan konkret nəticə çıxarmaq olar: “Deməyə sözləri yoxdur ki, yayınırlar. Nə deyəcəklər? Arif Hacılı deyə bilməz ki, Mehdi Xəlilbəylini tanımır. Bundan əlavə, Mehdi Xəlilbəyli və digərlərinin əməllərinə haqq qazandıra bilməz. Onlar barədə partiyadan çıxarılma qərarı çıxarsalar da vəziyyət yaxşı olmaz. İstintaqda Müsavat rəhbərliyi barədə “yağlı” ifadələr verə bilərlər. Bütün bunlar Müsavat  rəhbərliyini çıxılmaz vəziyyətə salıb. Məhz bu səbəbdəndir ki, Arif Hacılının ilk açıqlaması bir qədər təsirli notlar üzərində quruldu və tamamilə başqa mövzunu əhatə etdi. Ancaq biz sıravi, lakin tanınmış müsavatçıların dünyanın müxtəlif ölkələrindən bu məsələyə kəskin reaksiya verdiklərini görürük. Hətta həmin mövqelərin əksəriyyətində Arif Hacılı istefaya çağırılır. Müsavat rəhbərliyinin başqa bir narahatlığı istintaqın bir qolunun da onlara qədər uzana biləcəyi ilə bağlıdır. Artıq ölkəyə qaytarılan vətəndaşlar var. Onların izahatlarından sonra bir çox mətləblərə aydınlıq gələcək. İstənilən halda, bu hadisə həm hüquqi, həm siyasi, həm də mənəvi baxımdan Müsavatın imicinə böyük zərbə vurdu. Yəqin ki, yaxın zamanlarda məhz bu hadisəyə görə partiyadan kütləvi istefaların olacağını da müşahidə edəcəyik”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ