Cümə axşamı günü, 05 noyabr 2026
     

Almaniyada cinayət ittihamı ilə tutulan mühacir müsavatçıların mühacirətdən əvvəlki həyatları…

Image


Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə olan polis müdaxiləsi zamanı Almaniyada qanunsuz miqrasiya işləri ("miqrant alveri") ilə məşğul olmaqda şübhəli bilinən cinayətkar dəstənin saxlanan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Barələrində həbs-qətimkan tədbiri seçilən şəxslər aşağıdakılardır:

1. Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi, 2. İlham Həsən - Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, 3. Mehdi Xəlilbəyli - Müsavat Partiyasının üzvü, Müsavat AKM sədrinin müavini, 4. Abdin Cavadov - Müsavat AKM-in üzvü, 5. Əlövsət Əliyev - “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi, 6. Rəşad Məmmədov, 7. Elşən Abdullayev - Müsavat Partiyasının üzvü.

İlk baxışdan adi gələn bu adlar arasında, əslində, məşhurluğu ilə seçilənlər də az deyil. “Bakı-Xəbər” olaraq siyahıda olanlarla bağlı araşdırmalar apardıq.

Siyahda adı keçən məşhur şəxslərdən biri Mehdi Xəlilbəylidir. Söhbət Müsavat Partiyasının fəallarından olmuş Mehdi Xəlilbəylidən gedir. Əslən Şərur rayonunun Siyaqut kəndindən olan Mehdi Xəlilbəyli 2003-cü ilin 15-16 oktyabrında Müsavat Partiyası qərargahı önündə baş verən hadisəyə görə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Onun telejurnalist Sahil Kərimlinin döyülməsi faktına görə axtarışa verildiyi bildirilir. Elə həmin vaxtdan Mehdi Xəlilbəyli ölkəni gizli yollarla tərk edərək, Almaniyada yaşayır. Orada yaşadığı müddət ərzində də fəal Müsavatçı kimi özünü aparıb, partiyanın Avropada təşkil etdiyi tədbirlərin sponsoru və təşkilatçısı olub.

Digər maraqlı persona isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi olmuş Elçin Əkbərovdur. Apardığımız araşdırma zamanı müəyyən etdik ki, E.Əkbərovun Almaniyada yerləşməsinə də elə M.Xəlilbəyli kömək edib. M.Xəlilbəyli ilə hazırda siyasi sığınacaq alan E.Əkbərovun arasında yaxın dostluq münasibəti olub. Onların hər ikisi həm də həmyerlidirlər, əslən Şərur rayonundandırlar.

Maraqlıdır ki, E.Əkbərovun Azərbaycanda işləri pis getməyib. Onun mənsub olduğu ailənin hazırkı hakimiyyətlə heç bir kəsişən marağı da olmayıb. Əslən Şərur rayonunun Yuxarı Daşarx kəndindən olan Elçinin anası Nigar xanım fəal YAP-çılardan sayılır. Onun Mahir Əkbərov adlı qardaşı isə polis orqanlarında çalışıb. M.Əkbərovun həyat yoldaşı dələduzluqda təqsirli bilinib həbs ediləndən sonra onun özünü də polis orqanlarından xaric ediblər. Bizə məlumat verən mənbənin sözlərinə görə, paytaxtda böyük biznes obyektləri olan E.Əkbərovun mühacirətə getməsinin kökündə qətiyyən siyasi maraqlar durmur: “Hakimiyyət tərəfindən sıxışdırılan adamın belə var-dövləti olar? Axtarışda olan zaman M.Xəlilbəylinin ölkədən çıxarılmasında o vaxt Elçinin böyük rolu olub. Onların münasibətləri sonra da davam edirdi. Əsasən də bahalı avtomobillərin Almaniyadan ölkəyə gətirilib satılması sahəsində müştərək biznesləri olub. Elçin Əkbərovun guya general Mədət Quliyevlə ziddiyyətinin olması səbəbindən ölkəni tərk etməsi inandırıcı görünmür. Elçinin Almaniyada məskunlaşmasına da məhz Mehdi kömək edib”.

Mənbə bildirir ki, E.Əkbərovun hakimiyyət daxilində böyük himayədarları da olub. Hətta o səviyyədə ki, sabiq rəis 90-cı illərdə həmin dövrün məşhur “Laləndə” restoranında münaqişə zəmnində öz tabel silahı ilə iki nəfəri güllələyərək ağır yaralasa da, sabiq rəis nəinki məsuliyyətə cəlb edilməyib, hətta həmin hadisədən sonra onun karyerasında yüksəliş baş verib.

Siyahıda adı qeyd olunan müsavatçı Abdullayev Elşən Adil oğlu bloger  Orduxan Teymurxanın dostudur. Onlar Azərbaycan hökuməti əleyhinə keçirilən aksiyalarda daim bərabər iştirak ediblər. Hər iki şəxs aşkar surətdə kütləvi iğtişaşlara, hakimiyyət nümayəndələrinin qanuni tələbinə tabe olmamağa çağırışlar ediblər.

“Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev Xalq yazıçısı Sabir Rüstəmxanlının qardaşıdır. AXC hakimiyyəti dönəmində Lerik və Lənkəranda polis rəsi olub. Sonra isə DİN Pasport Qeydiyat İdarəsində rəhbər postda çalışıb. Ölkəni bir neçə il əvvəl tərk edib.

Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin sədri kimi həbs edilən İlham Həsən isə AXC hakimiyyəti dönəmində Kəlbəcərin icra başçısı olub. Kəlbəcərin işğalından sonra Elçibəy tərəfindən səriştəsiz fəaliyyətinə görə vəzifəsindən azad olunub. 1998-ci ildən xaricdə yaşayır. Müsavatın indiki və əvvəlki rəhbərləri ilə sıx münasibətlərə malikdir.

Rəşad Məmmədov kimi adı qeyd edilən şəxsin isə M.Xəlilbəylinin sürücüsü və yaxın qohumu olduğu bildirilir. Ölkədə heç bir təqibə məruz qalmayıb. Saxta əsaslarla Almaniyaya sığınıb.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ