Cümə axşamı günü, 05 noyabr 2026
     

Rusiyada erməni faşistlərinə qarşı yürüş başladı - səfir Rusiyanı millətlərarası gərginliklə hədələdi…

Image


İşğalçı Ermənistanın bu gün faşizm ideyalarına sadiq qalması, onu inkişaf etdirməsi istiqamətində fəaliyyəti Azərbaycan tərəfindən tam şəkildə ifşa edilib. Elə bunun nəticəsidir ki, Ermənistanda, nasist Qaregin Njde də daxil olmaqla, faşist və ya terrorçu ermənilərin adlarının əbədiləşdirilməsi, heykəllərinin ucadılmasına dünya miqyasında təpkilər artır.

Xatırladaq ki, bu məsələ MDB ölkələrinin Aşqabaddakı son sammitində Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət mərkəzində yer alıb. Məhz bu çıxışdan sonra erməni tərəfinin faşizm sevgisi  yenidən aktuallıq qazanıb və geniş müzakirələrə səbəb olub.

Xatırladaq  ki, həmin sammitdə Prezident İlham Əliyev Ermənistanda nasistlərlə birlikdə minlərlə insanın qətlində iştirak etmiş Qaregin Njdeyə İrəvanda abidə qoyulmasını sərt tənqid edib və bunu müharibə qurbanlarının xatirəsinə hörmətsizlik kimi qiymətləndirib. Bütün bunlardan sonra artıq Rusiya ictimaiyyətində də erməni tərəfinin faşizm sevgisinə qarşı sərt tənqidi mövqe müşahidə olunur. Məhz bundan irəli gəlir ki, Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov Qareqin Njdenin xatirə lövhəsini qara rəngə boyayıb. Xatırladaq ki, bundan əvvəl deputat lövhənin söküləcəyi ilə bağlı vədlər yerinə yetirilməyəcəyi halda məsələni müstəqil həll edəcəyini bildirmişdi.

Qeyd edək ki, hələ 2017-ci ildə Armavir sakinləri Njdenin xatirə lövhəsinin sökülməsi tələbilə yerli hakimiyyət, hüquq-mühafizə orqanlarına və prokurorlara kollektiv şəkildə müraciət ünvanlayıblar, lakin yerli sakinlərin tələbləri hələ də kağız üzərində qalıb. Məsələ cari ildə yenidən gündəmə gəlib. Məlumata görə, noyabrın 11-də Nijdenin xatirə lövhəsinin sökülməsi üçün qoyulan iki həftəlik müddət başa çatıb. Bu müddət ərzində Armavirin regional və yerli rəhbərliyi, həmçinin Rusiya Erməniləri Birliyinin yerli şöbəsinin nümayəndələri erməni SS Legionunun təşkilatçısı Garegin Njdenin xatirə lövhəsini sökəcəyini vəd edib. Aleksey Vinoqradov isə dəfələrlə bildirib ki, lövhənin sökülməsi vədləri yerinə yetirilmədiyi təqdirdə, bu məsələni müstəqil şəkildə həll edəcək. Regional və yerli hakimiyyət orqanları heç bir tədbir görmədiyi üçün deputat Njdenin xatirə lövhəsini qara rəngə boyayıb. O, müstəqil vətəndaş olaraq bu addımı atdığını deyib: “Üçüncü Reyxlə əməkdaşlıq edib çirkli əməllər törədən insanlara abidə qoyulması nasist işğalçılarına qarşı döyüşən xalqa təhqirdir. Garegin Njde qəhrəmandırsa, bəs onun üçün xatirə lövhələri qoyanlar kimlərdir?".

Artıq baş verənlər fonunda Ermənistanın Rusiyadakı səfirliyi Njdenin xatirə lövhəsinin qara rəngə boyanmasından dərin narahatlığını ifadə edib. Səfirliyin yaydığı açıqlamada bu barədə bildirilib: “Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradovun erməni Apostol kilsəsi ərazisindəki hərəkətləri bizim tərəfimizdən vandalizm və qanun-qaydalara zidd olan özbaşınalıq kimi qiymətləndirilir. Bu hərəkətlər Ermənistan-Rusiya münasibətlərinin ruhuna uyğun deyil və millətlər arasında gərginliyə səbəb ola bilər”. Məlumatda qeyd olunub ki, Armavirdə baş verənlər həm Ermənistanda, həm də Rusiyada yaşayan çoxsaylı ermənilər arasında ciddi narahatlığa səbəb olub. Səfirlik Armavirdəki erməni məbədinin ərazisindəki hadisə ilə bağlı Rusiyanın müvafiq orqanlarına müraciət edəcək. Amma belə görünür ki, ermənilərin bu müraciətləri hansısa nəticə verməyəcək. Çünki Rusiyada Njde ilə bağlı konkret mövqe formalaşması özünü qabarıq göstərir. Rusiyanın hərbi eksperti İqor Korotçenko bildirir ki, Rusiya, Njde də daxil olmaqla, nasistləri qəhrəmanlaşdıran bütün obyektlərdən təmizlənməlidir. Onun sözlərinə görə, faşist cinayətkarların qəhrəmanlaşdırılması qəti şəkildə yolverilməzdir: “General Vlasov milli xəyanətkar hesab olunur, o damğalıdır. Njde də buna bənzər fiqurdur. Vlasov xainlər ordusu hazırlayırdısa, Njde Qırmızı orduya qarşı diversant qrupları, SSRİ-nin dinc vətəndaşlarına qarşı dəmir yolu nəqliyyatında və strateji obyektlərdə təxribatlar hazırlayırdı. Müasir beynəlxalq hüquq normaları baxımından Njde, onun fəaliyyəti beynəlxalq terrorizm kimi təsnif edilir. O, faşistlərlə işbiriliyində olub, onlarla əməkdaşlıq edib". Ekspertin fikrincə, Armavir səlahiyyətlilərinin nədənsə bu problemə göz yumması təəccüblü görünür: "Biz Baltikyanı ölkələrdə nasistliyin təzahürünü qınayırıq, nasist ortaqlarının qəhrəmanlaşdırılmasına qarşı çıxırıq, ancaq Rusiyada oxşar hadisələr baş verir ki, bu faktlar tamamilə yolverilməzdir. Bu lövhə sökülməlidir. Onu quraşdıranlar barəsində “Faşizmin, Hitlerin rəmzlərinin təbliğatı” maddəsi ilə cinayət işi açılmalıdır. Böyük Qələbənin 75 illiyi ərəfəsində Rusiya ərazisi bu cür abidələrdən, xatirə lövhələrindən tamamilə təmizlənməlidir. Bununla əlaqədar olaraq səlahiyyətli şəxslərin, prokurorluğun və İstintaq Komitəsinin dərhal reaksiyası lazımdır. Biz niyə susmalıyıq? Rusiyanın ərazisi və Rusiyanın nüfuzu bizim problemimizdir, Ermənistanın problemi deyil. Buna qarşı cavab tədbirləri olmalı, faşist cinayətkarlarını qəhrəmanlaşdıran insanlar mühakimə edilməlidir”. 

Maraqlıdır ki, Rusiyada yaşayan bəzi ermənilər də eyni mövqedən çıxış edir. Məsələn, Rusiya Federasiyası höküməti yanında Maliyyə Universitetinin siyasi elmlər üzrə dosenti Qevorq Mirzoyan bu xüsusda bildirir: "Erməni xalqının necə qiymətləndirməsindən asılı olmayaraq, Rusiyada nasist Nijdenin abidəsi olmamalıdır.  Biz Hitlerlə işbirliyində olan, onu dəstəkləyən istənilən şəxs üçün abidələrdən danışırıqsa, nəinki İkinci Dünya Müharibəsi, məhz Böyük Vətən Müharibəsi zamanı sovet xalqını məhv etmək üçün vuruşanlara qarşı ortaq mövqe olmalıdır. Böyük Vətən Müharibəsi dövründə Hitlerlə əməkdaşlıq edən, onunla işbirliyində olan insanlara Rusiya ərazisində xatirə lövhələri, abidələr qoyulmamaldır". 

Rusiyalı tarixçi Oleq Kuznetsov da bildirib ki, bu gün Ermənistanda qəhrəman kimi təqdim olunan Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar, sənədlər var: "Bu sənədlərdə Njde hərəkət etməyi Hitlerdən öyrənməyin lazım olduğunu deyir. Njde Hitlerin yəhudilərin başına gətirdiklərini misal göstərərək, ermənilərin türklərə və müsəlmanlara qarşı eyni hərəkət etməsi ilə bağlı çağırış edib. Bu onun üçün yeni deyildi, o, dörd müharibədə bu praktikadan uğurla istifadə edib".

Xatırladaq ki, faşizmə xidmət etməklə yanaşı, Njde müasir Ermənistan ərazisində etnik təmizləmə aparan, dinc müsəlman əhalisini qıran cinayətkar daşnak təşkilatına da rəhbərlik edib. Njde Zəngəzur və Qarabağın minlərlə müdafiəsiz vətəndaşını öldürməkdə də günahkardır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ