Cümə axşamı günü, 05 noyabr 2026
     

Almaniyada tutulmuş müsavatçılara dair cinayət araşdırması Müsavat Partiyasınadək uzana bilər - gizli biznes... - YENİLƏNDİ

Image


Almaniyada miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə üzvlərinin saxlanması ölkədə əsl şok effekti yaradıb. Almaniya Federal Daxili İşlər Nazirliyinin yaydığı məlumat görə, Federal Kriminal Polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerində əməliyyat keçirib. Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.

Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyindən verilən məlumatda isə deyilir ki, bu əyalətdə 180-ə yaxın polisin iştirakı ilə ev və iş yerlərinə təşkil edilən axtarışlar nəticəsində miqrant alveri ilə məşğul olan şəbəkənin bağlantıları müəyyən olunub. Kriminal polisin Düsseldorf, Köln, Frankfurt və Koblenz şəhərlərində keçirdikləri əməliyyatlar nəticəsində iki Azərbaycan vətəndaşı saxlanıb. Polis onların ilkin ifadələri əsasında azərbaycanlılardan ibarət dəstənin izinə düşüb.

Saxlanan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı çoxlu sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, möhür və ştamplar aşkar olunaraq götürülüb. Artıq həbs olunanların adları da bəlli olub. Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat Partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir. M.Xəlilbəyli və siyahıda adları keçən şəxslərin bir çoxu Müsavat Partiyasının ən fəal üzvləri sayılır.

Xatırladaq ki, cinayətkar dəstənin saxlanan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda, o cümlədən, 3-10 min avroarası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər.

Jurnalist Yafəz Əkrəmoğlu Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərinin saxlanmasına münasibət bildirərkən deyib ki, bu xәbәri alandan sonra araşdırmalara başlayıb və bir çox sәnәdli fakt toplayıb.

“Əvvəllər də bildirmişdim ki, Almaniya Federal Polisi Azәrbaycandan Almaniyaya mühacir daşıyan dəstəni ifşa edib vә bu işlә bağlı xeyli azәrbaycanlının evindә vә ofisindә axtarış edib, bir neçә nәfәr hәbs olunub”.

Hәmin faktları qısa şәkildә paylaşan jurnalist qeyd edib: "Evlәrdә vә ofislәrdә axtarış Koblenç Prokurorluğun sanksiyası әsasında hәyata keçirilib. Sanksiyada insan alveri ilә bağlı açılmış bir cinayәt işindә tәqsirlәndirilәn Azәrbaycan vәtәndaşlarının soyadları göstәrilir (ad göstәrilmir). Bunlar Xәlilbәyli, Hәsәn (soyaddır), Cavadov vә başqalarıdır. Cinayәt işinә әsaslanmış sanksiyadakı mәlumatların qısaldılmış forması belәdir: Azәrbaycan vәtәndaşı, tәqsirlәndirilәn şәxs, Xәlilbәyli әn azı 2015-ci ildәn bәri pul müqabilindә saxta sәnәdlәrlә Azәrbaycandan Almaniyaya qaçaq adamlar daşıyıb. Onların indiyә kimi mәlum olan sayı 60 nәfәrdir. Xәlilbәyli minlәrlә avro qarşılığında onlara saxta siyasi mühacir sәnәdlәri dә verib. Guya hәmin şәxslәr siyasi sәbәblәrdәn Azәrbaycanda tәqib olunurmuşlar.

O, gәtirdiyi adamlara özünü Almaniyada sözükeçәn biri kimi tәqdim edib. Xәlilbәyli qaçaq yolla gәtirdiyi adamlara mühacir işi ilә bağlı necә davranmaları ilә bağlı tәlimatlar verib. Bundan әlavә, o, qurbanlarının әlindәn hәqiqi sәnәdlәrini alıb, hәmin şәxslәrin guya Azәrbaycanda siyasi sәbәbdәn izlәnmәlәri ilә bağlı saxta sәnәdlәri tәqsirlәndirilәn şәxs Hәsәn (soyaddır - İlham Hәsәn ola bilәr) vә tәqsirlәndirilәn Cavadovun vasitәsilә әldә edib. İndiyә kimi әn az 50 bu cür iş görülüb vә bu yolla 300.000 avrodan çox pul әldә olunub. Tәqsirlәndirilәn şәxs Hәsәn әn az 7 dәfә dolu paketdә Xәlilbəyliyә saxta sәnәdlәr göndәrib. Çoxsaylı azәrbaycanlının ev vә ofislәrindә axtarışlara sәbәb istintaq dövrü toplanan bu cür mәlumatlar olub".

Daha bir azərbaycanlı mühacir Rəfail Priyev Fransada saxlanıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, bir neçə il əvvəl Azərbaycandan Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən R.Priyevin barəsində Berlin Əyalət Məhkəməsinin qərarı ilə deportasiya qərarı çıxarılıb.

R.Priyev Almaniya Federal Daxili İşlər Nazirliyinin təqdimatı ilə Fransadakı qaçqın düşərgəsində saxlanıb.

Azərbaycan vətəndaşının yaxın günlərdə Almaniyaya deportasiya edilməsi gözlənir.

Müsavat Partiyası üzvlərinin qanunsuz miqrasiya işləri və "siyasi mühacir alveri"nə görə Almaniya Polisi tərəfindən həbs edilməsi sosial şəbəkədə müzakirələrə səbəb olub. Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlının yazdığı status “ReAl”çıları bərk hiddətləndirib. S.Soltanlı "Facebook"da belə yazıb: “Kim olmasından asılı olmayaraq, hansısa qanunsuz işdə adı keçən hər kəs cəzasını almalıdır. Qanunsuz əməllərdə iştirakı sübut olunan heç bir kəs bizimlə bir yerdə ola bilməz!”.

Bu statusa “ReAl” Partiyası üzvlərinin yazdığı rəylər qarşılıqlı mübahisəyə səbəb olub. Belə ki, “ReAl” partiyasının üzvü Dağlar Mustafayev onun paylaşımı barədə yazıb: "O zaman Müsavat rəhbərliyindən başlayın. Zamanında o da üzə çıxacaq. Necə ki, əvvəl inkar etdikləriniz bu gün üzə çıxır”.

S.Soltanlı isə yazıb ki, deyilənlər şər-böhtandır. “ReAl”çı D.Mustafayev onun fikirlərinə "Bu gün bu məsələni inkar edənlər ya sadəlövhdür, ya da işin içindədirlər. Bilə-bilə susurlar" - deyə cavab verib.

Ardınca Müsavat və “ReAl” üzvləri bir-birini "şərəfsiz" və digər sözlərlə təhqir ediblər.

Qeyd edək ki, Müsavat Partiyasının adının saxta miqrant işində hallanması ilk hadisə deyil. Artıq bir neçə ildir ölkənin daxilində aparılan müzakirələrdə bu mövzulara toxunulur. Hətta Müsavatın öz funksionerləri arasında gedən polemikalarda belə mühacir alveri ilə bağlı ittihamlar bir-birinin ünvanına səslənib. Təbii ki, belə bir əməliyyat Azərbaycanda keçirilsəydi, radikal dairələr bunu siyasi təqib kimi qələmə verəcəydi. Hazırda isə onların cinayətini məhz bəyənərək sığındıqları ölkənin polisi ifşa edir. Çox təəssüflər olsun ki, Müsavat Partiyası hələ də bu qalmaqalla bağlı açıqlama vermək istəmir. Bu yöndə bizim də cəhdlərimiz alınmadı. Aydındır ki, konkret faktlar qarşısında deməyə söz tapa bilmirlər. Almaniyada başlanan bu irimiqyası əməliyyatın  istintaqının bir ucu da Azərbaycandakı Müsavat Partiyasının rəhbərliyinə qədər uzana bilərmi?

Müsavat Partiyasının fəal üzvlərindən olan, tez-tez partiyanın saxta mühacir alverində əlinin olduğuna dair ittihamlar irəli sürən, sonra isə bu mövqeyinə görə Müsavatdan uzaqlaşdırılan hüquqşünas Taleh Xasməmmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, məhz bu mövzuda Almaniya Polisi Azərbaycanın hüquq-mühafizə orqanları ilə birlikdə iş apara bilər: “Yəqin ki, şübhəli şəxslər barəsində Azərbaycan hökumətinə ətraflı məlumatlar veriləcək. Deməli, bir müddət əvvəl ictimaiyyətin diqqətinə çatdırmış olduğumuz "mühacir biznesi" və Almaniya Federal Miqrasiya İdarəsi ilə Almaniya Polisinin apardığı araşdırmalar son nəticədə öz təsdiqini tapdı. Həmin vaxt biz ehtimallar üzərində dayanaraq, qanundan irəli keçmək istəmirdik. Yəni birbaşa ittiham səsləndirmək təqsirsizlik prezumpsiyasının pozulması hesab oluna bilərdi. Amma indi şərait dəyişib. Məhz Almaniya Polisinin keçirdiyi əməliyyat və axtarış tədbirləri nəticəsində 60 nəfər şübhəli şəxs saxlanıb, bu şəbəkənin də bağlantısı Azərbaycanda fəaliyyət göstərən bir neçə siyası təşkilatla bağlıdır. Azərbaycan hakimiyyəti baş vermiş bu hadisənin hüquq-mühafizə orqanları səviyyəsində araşdırılmasını təmin etməlidir.

Çox böyük ehtimalla müxalif düşərgədə bu cür qara işlərlə məşğul olanların Azərbaycan hakimiyyətinin bəzi dairələrində də əlbirləri mövcuddur. Bütün bu faktların tam aşkarlanması üçün obyektiv araşdırma təmin olunmalıdır”.

Qeyd edək ki, baş verən bu biabırçı hadisəyə ən sərt reaksiya verən elə tanınmış müsavatçılardır. Maraqlıdır ki, onların hər biri işin bu yerə çatmasında Müsavatın rəhbərliyini qınayır. Keçmiş Divan üzvü Alya Yaqublu baş vermiş hadisəyə belə münasibət bildirdi: “Bizi bu adamlara görə düşmən elan elədilər. Onlara qarşı çıxdığımız üçün. Şəxsən mənə buna görə “sizin maraqlarınız hakimiyyətin maraqları ilə üst-üstə düşür” dedilər. Halbuki, böyük Rəsulzadə hələ 100 il qabaq xəbərdarlıq etmişdi, “şübhəsiz, həqiqət bir gün parlayacaqdır” demişdi. Tərifləyənlər və dəstəkləyənlər, utanıın. Susanlar, siz də”.

Partiyanın son qurultayında başqanlığa namizədliyi irəli sürülən Yadigar Sadıqlının isə məsələyə münasibəti daha kəskin olub. Onun öz sosial şəbəkə hesabında paylaşdığı fikirləri təqdim edirik: “Son iki ildə azsaylı həmfikirlərimlə birlikdə Müsavat Partiyası daxilində apardığım mübarizənin nə qədər ağır olduğunu təsəvvür edə bilməzsiniz. Hakimiyyətə qarşı 19 illik mübarizəmlə bağlı çəkdiyim əziyyət bu qədər ağır olmayıb. Bu iki ildə baş verənlər mənəvi cəhətdən daha ağır idi. İllərlə çiyin-çiyinə mübarizə apardığın insanların eyhamına, şərinə, böhtanına, təhqirinə dözmək çox ağır idi. Hökumətdən mən şəxsən bu qədər böhtan və təhqir eşitməmişəm. Halbuki, özümüz üçün heç nə istəmirdik. Bu gün baş verənləri, sadəcə, ehtimal edirdik və qarşısını almağa çalışırdıq. Bütün istədiyimiz Müsavat üçün idi, bütün təlaşımız Müsavatın adına, nüfuzuna görə idi. Hər nəyə əlimizi yelləyib sakit dura bilərdik. Amma məzarları Fransadan Sibirə qədər bütün Avrasiya materikinə səpələnən o əski müsavatçıların ruhu qarşısında duyduğumuz məsuliyyət imkan vermirdi. İçimi dağıdırdı o məsuliyyət. Çox təəssüf ki, bacarmadım”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 15:53
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 15:50
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ