12/12/2019 09:20
728 x 90

Dünya dini liderlərinin Bakı Sammitinə gəlmiş bir sıra dövlət nümayəndələri Azərbaycan Prezidentinin qəbulunda oldular - FOTO

img

Prezident İlham Əliyev noyabrın 13-də Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanovu, Rusiya Federasiya Şurasının Regional məsələlər üzrə komitəsinin sədri Sergey Melikovu, Dağıstan Xalq Məclisinin sədri Xızrı Şıxsəidovu və Dağıstan Xalq Məclisi sədrinin müşaviri Məhəmməd Qurbanovu, həmçinin İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyətini, Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Elsayed Elşerinin başçılıq etdiyi nümayəndə heyətini və Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı ayrı-ayrılıqda qəbul edib.

Qeyd edək ki, qonaqlar 14-15 noyabr tarixlərində Bakıda keçiriləcək Dünya Dini Liderlərinin İİ Sammitində iştirak etmək üçün ölkəmizə gəliblər. Onu da bildirək ki, bu mötəbər tədbirdə iştirak etmək üçün müxtəlif ölkələrdən təriqət və konfessiya rəhbərləri, siyasi, ictimai və elm xadimləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ölkəmizə səfərə gəlib. Dünyanın 5 qitəsindən 70-dən artıq dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçilərinin, 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500 nəfərədək nümayəndəsinin qatılacağı Sammitin işinə Dünya Dini Liderlərinin Bakı Bəyannaməsinin qəbul edilməsilə yekun vurulacaq.

Baki-xeber.com

Son xəbərlər