11/12/2019 04:13
728 x 90

"Google maps"ın əcaib ixtirası - “Dağlıq Qarabağı Azərbaycan işğal edib”…

Faiq Ələkbərli: “Google maps”ın rəhbərliyində çalışanlar arasında erməni əsilli şəxslər olduğu üçün…”

img

"Google maps" Azərbaycan xəritəsində Dağlıq Qarabağın sanki Azərbaycan tərəfindən işğal edildiyini göstərir. “Asasmedya.info”nun yaydığı məlumatda qeyd olunur ki, “Google maps”da Azərbaycanın Dağlıq Qarabağ ərazisi, Xankəndi, Şuşa, Kəlbəcər, Qubadlı, Əsgəran, Minkənd, Ağdərə, Vəngli, Heyvalı və başqa bölgələrin adları Azərbaycan türkcəsi ilə yanaşı, həm də erməni dilində qeyd olunub.

Qeyd edək ki, “Google maps” tərəfindən törədilmiş bu təxribat Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir.

  • Bizim tərəfimizdən həm siyasi, həm də hərbi sahədə daha kəskin addımlar atılmalıdır

“Google maps” tərəfindən törədilmiş bu təxribatla bağlı fikir bildirən tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “Google maps”ın rəhbərliyində çalışanlar arasında erməni əsilli şəxslər də var. Hətta onlara bir neçə dəfə Azərbaycanın xəritəsi göstərilib. Xəritə ilə tanış olanlar iddia edirlər ki, baş vermiş təxribatdan xəbərsizdirlər: “Bu hal onu deməyə əsas verir ki, həmin yerdə çalışan ermənipərəstlərin rolu əsasında Dağlıq Qarabağın sanki Azərbaycan tərəfindən işğal edildiyi göstərilir. Azərbaycanın Dağlıq Qarabağı işğal edən ölkə kimi tanınması və ya işğal olunan ərazilərin adlarının erməni dilində yazılması ölkəmiz tərəfindən aparılan işlərin düzgün şəkildə qurulmaması ilə bağlıdır. Onu da nəzərə almaq lazımdır ki, bir çox məsələdə kəskin mövqe ifadə edilmədiyi üçün, xoşagəlməz hallarla rastlaşırıq. İşğal altında olan torpaqlar geri alınmadığı halda bu cür təxribatların sayı durmadan artacaq. Ermənilər gah qondarma “Artsax” bayramını qeyd edəcək, ya Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərəcək, ya da Azərbaycanı işğalçı ölkə kimi göstərəcəklər. Bizim tərəfimizdən həm siyasi, həm də hərbi sahədə daha kəskin addımlar atılmalıdır”.

Tarixçi-alim onu da vurğuladı ki, ermənilər öz məkrli işlərini görməkdə davam edirlər: “Bizim mövqeyimiz daha sərt olmalıdır. Azərbaycan tərəfi sözdən əmələ keçməlidir”.

Günel CƏLİLOVA

Son xəbərlər